Rusiyanın yaratdığı yeni inzibati quruluş
İxtisas Fənnləri- Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati sistem yaradılmağa başladı.Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum edilir,xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər.Bu idarə üsulu komendant idarə üsulu adını almışdı.Komendant idarə üsulu hərbi işğal və hərbi feodal səciyyə daşıyırdı.
Komendant idarə üsulu camaatı ağır istismara,zülmə və özbaşnalığa məruz qoyurdu.Həm komendatlar,həm də onların təyin etdikləri mahal naibləri vergi toplayarkən zorakılığa və istismara yol verir,camaatı soyurdular.Komendatlar onun bir sözünü iki edənlərlə,itaət göstərməyənlərlə amansız rəftar edirdilər.Lənkəran komendantının bu əyalətin bir neçə sakinini suda boğdurması faktı məlumdur.Hətta çar məmurlarının özləri də komendatların zorakılığını etiraf etməyə məcbur qalmışdılar:”Dairə rəisləri,komendatlar və başqa başçılar mənfəətpərəst və qızğın özbaşınalıq əsasında hərəkət edirdilər”
Azərbaycanın müstəmləkəyə çevrilməsi həmçinin feodal istismarı,ağır vergilər xalqın haqlı narazılığına səbəb olur üsyanlara,çıxışlara gətirib çıxarırdı.1826-cı ildə Gəncədə,1830-cu ildə Car-Balakəndə xalq üsyan etmişdi.Üsyançılarla müstəmləkə qoşunları arasında dəfələrlə şiddətli toqquşmalar olsa da bu üsyanlar çar qoşunları tərəfindən amansızlıqla yatırılmışdır.Lənkərandakı üsyan iki aya qədər davam etsə də o da eyni qaydada yatırıldı.Həmin dövrdə ən böyük üsyan Qubada 1837-ci ildə 12 mindən çox üsyançının iştirakı ilə baş verdi.Bu üsyana kəndxuda Hacı Məhəmməd və xalq arasında böyük nüfuzu olan Yarəli başçılıq edirdi.Lakin topla silahlanmış çar qoşunları bu üsyanı da xüsusi qəddarlıqla yatırdı və üsyançılar edam edildi.1838-ci ildə Şəkidə müstəmləkə zülmünə qarşı eyni zamanda keçmiş xanlığı bərpa etmək uğrunda üsyana Şəki xanı Səlim xanın oğlunun göndərdiyi Məşədi Məhəmməd başçılıq edirdi.O Dağıstanlıların köməyi ilə bura gəlmiş,yerli əhalini öz ətrafında toplamış,şəhəri tutmuşdur.Lakin hökümət dairələri əlavə qoşun çağırıb bu üsyanı da amansızlıqla yatıra bildi.Beləliklə,çar hökümətinin işğal edilmiş Azərbaycan torpaqlarında tətbiq etdiyi ciddi üsul idarə sistemi əhalinin haqlı narazılığına və üsyanlara gətirib çıxartdı və özünü doğrultmadı.
YAZAR: NƏRMİN HÜSEYNLİ
Həmçin bax: Tuqdamenin türk olması ilə bağlı faktlar
Həmçin bax: https://turaz.org/malazgirt-zeferi/
Həmçin bax: https://tehsilim.org/dovlet-imtahan-merkezinde-avqustun-29-da-sat-imtahani-kecirilecekdir/