Rusiya tərəfindən ermənilərə “hədiyyə” edilən ərazilərimiz
1920-ci il 27 aprel tarixində ölkəmizin növbəti dəfə Rusiya tərəfindən işğal edilməsindən sonra bir sıra ərazilərimiz qeyri-qanuni şəkildə ermənilərə “hədiyyə” edilir.
Turaz.org bu vətən torpaqlarımızdan bəzilərini sizə təqdim edir:
1 dekabr 1920-ci il Zəngəzurun böyük hissəsi Moskova rəhbərliyinin qərarı ilə “Ermənistan”a verilir.
18 fevral 1929-cu il Moskova rəhbərliyinin qərarı ilə Naxçıvan MR-na məxsus 657 kvadrat kilometr ərazi: Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər “Ermənistan”a verilir.
18 fevral 1929-cu il Moskova rəhbərliyinin qərarı ilə Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi ermənilərə verilir.
1930-cu il Moskova rəhbərliyinin qərarı ilə Naxçıvan MR məxsus Əldərə, Lehvaz, Astaruz və digər yaşayış məntəqələri ermənilərə verilir və bu ərazidə Mehri rayonu yaradılır.
1938-ci il Moskova rəhbərliyinin qərarı ilə Naxçıvan MR-na məxsus Sədərək və Kərki kəndlərinin bir hissəsi “Ermənistan”a verilir.
1969-cu il Moskova rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmli ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi “Ermənistan”a verilir.
1982-ci ildə Moskova rəhbərliyinin qərarı ilə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsi “Ermənistan”a verilir.
1986-cı il Moskova rəhbərliyinin qərarı ilə Qazax rayonuna məxsus 2500 hektarlıq ərazi “Ermənistan”a verilir.
Bizim işimiz haqq işidir. Tanrı haqq ilədir. Gec-tez Tanrının izni ilə bizim olan bizə qayıdacaq, amin inşaAllah…
Həmçinin bax: Vətən Müharibəsi
Həmçinin bax: https://turaz.org/ermenistanin-556-ci-alayinin-taboru-siradan-cixarilib/