Rusiya ordusunun cənub dariəsinə S-350 “Vityaz” HHM sistemləri tədarük ediləcək

Rusiya ordusunun cənub dariəsinə S-350 “Vityaz” HHM sistemləri tədarük ediləcək

Rusiya ordusunun Cənub Hərbi Dairəsinə 2021-ci ildə S-350 “Vityaz” hava hücumundan müdafiə sistemləri tədarük ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarələr və qanadlı raketlərin qarşısını almaq üçün hazırlanan mobil HHM sistemi ölkənin cənubunu qoruyacaq.

Dövlət silah proqramı 2027-ci ilə qədər 12 S-350 batalyonunun verilməsini nəzərdə tutur. İyun ayında Rusiya Müdafiə Nazirliyi və “Almaz-Antey” müəssisəsi 2023-cü ilədək dörd “Vityaz” sisteminin istehsal edilməsi üçün müqavilə imzalayıb.

Mənbə:Ordu.az
Müxbir:Aytac Cəfərova