Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə təhsil almaq istəyənlərlə onlayn test imtahanı və müsahibə keçirilib
Onlayn test və müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün Akademiyaya təqdim olunub.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyası və onun Rostov filialının hər birində 1 nəfər, Sankt-Peterburq filialında isə 2 nəfər olmaqla, “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılmış və bununla bağlı tələbə qəbulu elan edilmişdir.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün sənəd qəbulu onlayn qaydada 9-15 iyul 2020-ci il tarixlərində aparılıb.
Qeyd olunan müddət ərzində sənədlərini təqdim edən abituriyentlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən 16 iyul 2020-ci il tarixində ümumi intellekt səviyyəsinin yoxlanılması üçün onlayn test və onlayn müsahibə keçirilib.
Onlayn test və müsahibədən uğurla keçən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün Akademiyaya təqdim olunub.
Növbəti mərhələdə Rusiya Gömrük Akademiyası tərəfindən abituriyentlər üçün ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə distant formada imtahan keçiriləcək.
Müsabiqədən uğurla keçmiş abituriyentlər onları maraqlandıran əlavə məlumatları (+994 12) 404 22 00 (daxili 3302) telefonu və ya +994 50 216 17 99 mobil telefonu vasitəsilə, eləcə də müvafiq keçidlərdən əldə edə bilərlər.
Rusiya Gömrük Akademiyası
http://rta.customs.ru/nrta/index.php
Rusiya Gömrük Akademiyası Sankt-Peterburq filialı
http://spbrta.customs.ru/spbrta/index.php
Rusiya Gömrük Akademiyası Rostov filialı
http://donrta.customs.ru/
Mənbə: DİM
Xəbərçi: Aytən Abbasova