Rusiya Aerokosmik Qüvvələri daha iki ədəd “Su-34” qırıcı-bombardmançı əldə edib
Rusiya Aerokosmik Qüvvələri daha iki ədəd “Su-34” qırıcı-bombardmançı əldə edib
İyul ayında Rusiyanın Aerokosmik Qüvvələrinə daha iki ədəd “Su-34” qırıcı-bombardmançı təyyarəsi təhvil verilib.
Ordu.az xəbər verir ki, bu barədə BMPD nəşri yerli mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, təyyarələr “Suxoi” şirkəti ilə Rusiya Müdafiə Nazirliyi arasında 2012-ci ildə imzalanan müqaviləyə əsasən tədarük edilib.
Qeyd olunur ki, Rusiya ordusuna 2005-ci ildən etibarən ümumilikdə 136 ədəd “Su-34” döyüş təyyarəsi təhvil verilib.
Mənbə: ordu.az
Müxbir: Aytac Cəfərova