Rus-Türk müharibələri – 350 ilin qarşıdurması

Xırda toqquşmaları çıxsaq, bu günə qədər rus və türk əsgərləri düz 10 dəfə müharibə meydanlarında üz-üzə gəliblər. Bu savaşlar müxtəlif səbəblərdən olub: Qara Dənizin şimalını və Qafqazı ələ keçirmək uğrunda, boğazlarından keçmək hüququ qazanmaq üçün, xristianları Osmanlı imperiyasından qorumaq adı ilə…

Üst-üstə götürsək, Rusiya və Türkiyə 69 il bir-biri ilə vuruşublar, 350 il faktiki müharibə vəziyyətində olublar. Rus-Türk müharibələrinin birini o birindən cəmi-cümlətanı təxminən 25 il ayırıb. Ruslarla türklərin ilk hərbi toqquşması 1556-cı ildə baş verib: həmin il Moskvaya hücum edən Krım xanı Sahib Gireyin qoşununda Osmanlı türkləri də vardı. Bu döyüşdə türklər məğlub olurlar, rus qoşunları isə Matvey Rjevskinin rəhbərliyi ilə gəlib Krıma çatır, hətta iki türk gəmisini də ələ keçirilər. 1568-1570-ci il müharibəsi Sultan Süleyman Qanuni əvvəlcə şimaldakı hərbi məğlubiyyətləri ciddiyə almır. Amma məsələnin çox dərinləşdiyini anlayanda Həştərxanı ruslardan qoparmaq fikrinə düşür. Amma 1566-ci ildə vəfat etməsi bu planı yubadır. Nəhayət, 1568-ci ildə onun xələfi sultan II Səlim Qasım paşanı 20 minlik qoşunla Həştərxanı tutmağa göndərir. Paşa həm də Volqa ilə Don arasında kanal çəkdirməli idi ki, Osmanlı gəmiləri Xəzərə gələ bilsinlər. Amma Həştərxanda olan 15 minlik rus qarnizonu qalanın mühasirəsinə və kanalın çəkilməsinə imkan vermir. Bu işə cəlb olunmuş 50 minlik Krım ordusu da darmadağın edilir. 1672-1681-ci illər 1669-cu ildə Şərqi Ukrayna kazaklarının getmanı Pyotr Doroşenko Osmanlı təbəəliyini qəbul edir. Yeni müttəfiqinə arxalanan sultan II Mehmet 1672-ci ildə Polşa ilə savaşa başlayır və Podoliyanı ələ keçirir. Türklərin bu uğurlarından qorxuya düşən ruslar Osmanlıya müharibə elan edirlər. 1673-76-cı illərdə Ruslar Ukraynanın şərqində don kazaklarının da köməyilə ardıcıl qələbələr qazanırlar. 1678-ci ildə türklər yenidən üstünlüyü ələ alır və rus qoşunlarını geri otuzdurur. Bütün bunlar 1681-ci ildə imzalanan və status-kvonu möhkəmləndirən Baxçasaray sülh müqaviləsilə başa çatır. 1686—1700-cü illərin savaşı 1683-cü ildə Avstriya-Osmanlı müharibəsi başlayır. Birləşmiş Polşa-Avstriya-Alman qoşunları kral III Yan Sobeskinin rəhbərliyilə Vyananı türklərin mühasirəsindən qurtara bilirlər. 1684-cü ildə Osmanlı İmperiyasına qarşı Avropa xristian dövlətlərinin “Müqəddəs Liqa”sı yaradılır. Ora Müqəddəs Roma İmperiyası (Habsburqlar), Reç Pospolita və Venesiya daxil idi. Polşa ilə sülh müqaviləsi imzalanandan sonra Rusiya da bu ittifaqa qoşulur. 1687-89-cu illərdə ruslar Zaporojye kazakları ilə birlikdə iki dəfə Krıma yürüş etməyə cəhd göstərsələr də, uğursuz alınır. 1695-ci ildə təşkil olunan Azov yürüşü də nəticə vermir. Amma 1696-cı ildə Azovu dənizdən mühasirəyə götürən ruslar qalanı ələ keçirə bilirlər. 1700-cü ildə imzalanan sülh müqaviləsi Azovun ruslara keçməsini təsdiqləyir. 1710—1713-cü il müharibəsi 1710-cu ildə Osmanlı Rusiyaya müharibə elan edir. 1711-ci ildə Yassı adlanan yerdə I Pyotr ilə böyük vəzir Mehmet Baltaçı paşanın qoşunları üz-üzə gəlirlər. Bu döyüşdə I Pyotr əsir düşür, amma indiyə qədər də müəmmalı olan səbəblərdən buraxılır. Bəzi versiyalara görə, Mehmet Baltaçı Paşa onu çox böyük rüşvət müqabilində azad edib. Əgər əsir düşmüş Pyotr azad edilməsəydi, şübhəsiz ki, Rusiyanın da, Osmanlının da, Avropanın da tarixi tamam ayrı cür inkişaf edəcəkdi… Müharibə 1713-cü ildə Ədirnə sülh müqaviləsilə başa çatır. 1735—1739-ci illərin savaşı Rusiya və Avstriya “Polşa mirası”na görə birlikdə Osmanlıya qarşı döyüşürlər. Bundan başqa, müharibə Rusiyanın Qara Dənizə çıxmaq strategiyasının həyata keçməsinə xidmət etməli idi. Amma bu müharibə tam şəkildə Osmanlının üstünlüyü ilə keçir. 1739-cu ildə imzalanan Belqrad sülh müqaviləsinə görə, Rusiya Qara dənizdə hərbi gəmilər saxlamaq hüququnu itirir. Dənizdə ticarət də ancaq türk gəmilərilə aparıla bilərdi.

     1768-ci ilin sentyabrın 25-də Osmanlı sultanı Fransanın təzyiqi ilə Rusiyaya qarşı müharibəyə başladı. Bu zaman Osmanlı-Krım hərbi qüvvələrinin ümumi sayı 600 minə çatırdı. Hərbi əməliyyatlar bir neçə cəbhədə: Balkan yarımadasında, Qafqazda, Azov ətrafında və Şimali Qara dəniz sahillərində başlandı. Müharibənin əvvəlində Osmanlı dövləti Şimali Qafqaz tayfalarını və regionun nüfuzlu feodal hakimlərini öz tərəfinə çəkmək üçün addımlar atdı. Şimali Qafqaza çoxlu sayda Osmanlı nümayəndələri göndərildi. Mənbələr sultanın adından Kabarda knyazlarına sədaqətlə  xidmət etmək və öz hərbi dəstələri ilə Krım xanı tərəfində döyüşlərdə iştirak etmək əmr edildiyini yazmışdır. Osmanlı tarixçisi Əhməd Cövdət paşa sultan elçilərinin Quba xanlığına da göndərildiyini, Dərbənd əhalisini və ləzgiləri Rusiyaya qarşı müharibəyə çağırdığı haqqında məlumat vermişdir. Osmanlı dövləti XVIII əsrdə tədricən öz keçmiş qüdrətini itirir, XV-XVI əsrlərdə ələ keçirdiyi ərazilərdən məhrum olurdu. Osmanlı imperiyası daxilində feodal-patriarxal qaydalarının sosial-iqtisadi inkişafa mane olması, Qərbi Avropa ölkələrindən fərqli olaraq kapitalist münasibətlərinin çox ləng inkişaf etməsi, ümumiyyətlə hərbi-siyasi sahədə çətinliklərin artmasına gətirib çıxarmışdı. Osmanlı sultanının Rusiya ilə yeni başladığı müharibədə isə ən böyük uğursuzluğu Qafqazın yerli xalqlarını kütləvi şəkildə öz tərəfinə çəkə bilməməsi olmuşdu. Osmanlı sultanı III Mustafa dünya müsəlmanlarının xəlifəsi kimi öz elçilərini 1769-cu ildə Gəncə, Təbriz, İrəvan, Tiflis, Dərbənd şəhərlərinə, Dağıstan və Kabardanm feodal hakimlərinə, həmçinin o zamankı İran hökmdarı Kərim xan Zəndin yanına göndərərək, onları bütün qüvvələri ilə xristian Rusiyasına qarşı çıxmağa, müsəlmanların “müqəddəs müharibə”sində yaxından iştirak etməyə çağırmışdı.

     Osmanlı tərəfi Qafqaz xalqlarından alacağı hərbi yardımla Qızlyar və Terek istiqamətində hücuma başlamaq, Həştərxana qədər irəliləmək ümidində idi. Sultan Xəzər dənizindən də Rusiyanın limanlarına zərbə vurmağı planlaşdırırdı. Bu haqda Xarici işlər kollegiyasına Dərbənd və Tarkudan keçərək Həştərxana gələn “Ararat ermənisi Sukiaş Ayvazyan” məlumat vermişdi. 1770-ci ilin noyabr ayında Osmanlı sultanının adından Qubalı Fətəli xanın və Dağıstan feodal hakimlərinin yanma yenidən 3 nəfərdən ibarət elçilik göndərilmişdi. Sultan Rusiyaya qarşı müharibəyə qoşulan feodallara böyük miqdarda pul bəxşişi verməyidə vəd etmişdi. Osmanlı sultanı Gürcüstan hökmdarlarını da Rusiyaya meyl etməkdən çəkindirməyə çalışırdı. Onun adından Imereti hökmdarı Solomona göndərilmiş məktubda bildirilirdi ki, gürcü hökmdarı öz mülklərində sakit dayansa, ona qarşı cəza dəstəsi göndərilməyəcəkdir.

     1768-ci ilin sentyabrın 25-də Osmanlı sultanı Fransanın  təzyiqi ilə Rusiyaya qarşı müharibəyə başladı. Bu zaman Osmanlı-Krım hərbi qüvvələrinin ümumi sayı 600   minə   çatırdı. Hərbi əməliyyatlar bir neçə cəbhədə: Balkan yarımadasında, Qafqazda, Azov ətrafında və Şimali Qara dəniz sahillərində başlandı. Müharibənin əvvəlində Osmanlı dövləti Şimali Qafqaz tayfalarını və regionun nüfuzlu feodal hakimlərini öz tərəfinə çəkmək üçün addımlar atdı. Şimali Qafqaza çoxlu sayda Osmanlı nümayəndələri göndərildi. Mənbələr sultanın adından Kabarda knyazlarına sədaqətlə  xidmət etmək və öz hərbi dəstələri ilə Krım xanı tərəfində döyüşlərdə iştirak etmək əmr edildiyini yazmışdır. Osmanlı tarixçisi Əhməd Cövdət paşa sultan elçilərinin Quba xanlığına da göndərildiyini, Dərbənd əhalisini və ləzgiləri Rusiyaya qarşı müharibəyə çağırdığı haqqında məlumat vermişdir.

    Osmanlı dövləti XVIII əsrdə tədricən öz keçmiş qüdrətini itirir, XV-XVI əsrlərdə ələ keçirdiyi ərazilərdən məhrum olurdu. Osmanlı imperiyası daxilində feodal-patriarxal qaydalarının sosial-iqtisadi inkişafa mane olması, Qərbi Avropa ölkələrindən fərqli olaraq kapitalist münasibətlərinin çox ləng inkişaf etməsi, ümumiyyətlə hərbi-siyasi sahədə çətinliklərin   artmasına gətirib çıxarmışdı. Osmanlı sultanının Rusiya ilə yeni başladığı müharibədə isə ən böyük  uğursuzluğu  Qafqazın yerli xalqlarını kütləvi şəkildə öz tərəfinə çəkə bilməməsi olmuşdu. Osmanlı sultanı III Mustafa dünya müsəlmanlarının xəlifəsi kimi öz elçilərini 1769-cu ildə Gəncə, Təbriz, İrəvan, Tiflis, Dərbənd şəhərlərinə, Dağıstan və Kabardanm feodal hakimlərinə, həmçinin o zamankı İran hökmdarı Kərim xan Zəndin yanına göndərərək, onları bütün qüvvələri ilə xristian Rusiyasına qarşı çıxmağa, müsəlmanların “müqəddəs müharibə”sində yaxından iştirak etməyə çağırmışdı.

     Ümumiyyətlə, 1768-1774-cü illərdə baş vermiş  Rusiya-Osmanlı müharibələri dövründə Azərbaycan xanları və Dağıstanın feodal hakimlərinin əksəriyyəti ehtiyatlı hərəkət etmiş, bitərəf mövqe tutmağa üstünlük vermişdilər. Yerli müsəlman əhali, xüsusən sünni məzhəbinə mənsub din xadimləri   Osmanlı dövlətinə rəğbət bəsləsələr də, feodal hakiyasi və iqtisadi mənafeləri əsas götürürdülər. Həmçinin xanlıqlar   Rusiya və Osmanlı dövlətləri arasındakı müharibədən yararlanaraq, kənar təsirin azaldığı bu dövrdə öz daxili işlərini sahmana salmağa daha çox vaxt ayırırdılar. Hərbi əməliyyatlara daha yaxşı hazırlaşmış Rusiya bütün istiqamətlərdə apardığı döyüşlərdə uğur qazandı. Müharibənin başlanğıcında Osmanlı-Krım hərbi qüvvələri KrımGərayın başçılığı altında Ukrayna və Don istiqamətində böyük hücuma başlasa da, tezliklə məğlub olub Krıma çəkildi. Azov ətrafı ərazilər rus qoşunlarının əlinə keçdi. 1770-ci ildə Moldovada döyüşən rus ordusu istedadlı sərkərdə P.A.Rumyantsevin başçılığı ilə Larda və Kaqul çayı sahilindəki döyüşlərdə Osmanlı qoşunlarını ağır məğlubiyyətə uğratdı. Gürcüstanda Totlebenin başçılıq etdiyi rus hərbi hissəsi Kutaisi tutdu və osmanlıları İmeretidən vurub çıxardı. Şimali Qafqazda general Medemin başçılıq etdiyi rus qoşunu Eşkonen adlı yerdə Kabarda feodallarının hərbi qüvvələrini məğlub etdi. Rusiyanın Şimali Qafqazda daha böyük qələbəsi güclü hərbi qüvvəyə malik Noqay tayfalarının Krım xanının vassal asılılığından imtina etmələrinə nail olması idi. Noqaylara Kuban çayının sağ sahili boyunda məskunlaşmağa və özlərinə xan seçmələrinə imkan verildi. Rus hökuməti bununla həm noqayları neytrallaşdırmaq, həm də rus sərhədlərinin dağlı hücumlarından qorunmasını təmin etmək ümidində idi. Lakin 1771-ci ildə Krımın işğal edilməsi, yeni Krım xanı Sahib-Gəraym Rusiya ilə müttəfiqlik müqaviləsi bağlaması ilə əlaqədar, rus hökuməti həmin dövrdə Kuban boyunu Krımdan ayırmaq planından imtina etmişdi. 1774-cü ildə Osmanlı dövlətindən hərbi yardım alan Krım xanının digər varisi Dövlət-Gəray böyük qoşunla Kabardaya hücum etdi. Lakin rus qoşunu kazakların və noqayların köməyi ilə bu hücumu dəf edə bildi. Osmanlı dövlətinin Şimali Qafqazda möhkəmlənmək cəhdinin qarşısı alındı. Osmanlı dövləti məğlubiyyəti qəbul etdi və 1774-cü il iyulun 10-da Kiçik Qaynarca adlı bolqar kəndində sülh bağlandı. Sülh müqaviləsi 28 maddədən və iki məxfi əlavədən ibarət idi. Sülhün şərtlərinə görə, Krım müstəqil elan edildi, Azov sahilləri, Kerç, Yeniqala, Dnepr və Cənubi Buq çayları arasındakı torpaqlar Rusiyaya keçdi. Taman yarımadası Osmanlı dövlətinin əlində qaldı. Gürcüstanda Rusiyanın ələ keçirdiyi ərazilər “qədimdən məxsus olduğu dövlətə aid edildi”. Osmanlı tərəfi Qərbi Gürcüstandan xərac almaqdan imtina etdi. Müqavilənin 21-ci maddəsinə görə Kabardanın taleyi Krım xanının ixtiyarına verilirdi. Rusiya hələ 1772-ci ildə Krım xanlığı ilə belə bir razılaşma əldə etmişdi ki, Böyük və Kiçik Kabarda əhalisi Rus dövlətinin təbəəsi sayılacaqdır. Bununla Kabardanın Rusiyaya birləşdirilməsi qəti başa çatdı.

    1787-1791-ci illər Osmanlı özü başlayır və uduzur. Səbəb bu idi ki, savaş qərarı yanlış informasiyalara əsasən qəbul edilmişdi. Ağır məğlubiyyətin xəbərini eşidəndə sultan I Əbdülhəmid ürək sarsıntısı keçirir və vəfat edir. Onun yerinə gələn III Səlim Osmanlı ordusunun müfuzunun tam itməməsi üçün heç olmasa bir qələbə qazanılmasına çalışsa da, mümkün olmur. Quruda Suvarov, dənizdə Uşakov kimi sərkərdə və admiralları olan rus hərbisi bu dövrdə çox güclü idi. Üstəlik, ruslarla münasibəti yenicə düzəlmiş Avstriya da fürsətdən istifadə edib, Osmanlıyla savaşa girir. Müharibə 1791-ci ildə Yassı müqaviləsilə bitir. Krım və Oçakovo Rusiyada qalır, iki dövlətin sərhədi Dnestrə qədər geri çəkilir. 1806-1812-ci illər Məlum olanda ki, Napoleonla müharibə qaçılmazdır, çar I Aleksandr buna qədər cənub sərhədlərində vəziyyəti qaydaya salmaq istəyir. Mixail Kutuzovun apardığı uğurlu hərbi kampaniya Osmanlının Buxarest sülh müqaviləsini imzalayaraq, Bessarabiyanı Rusiyaya verməsilə başa çatır. 1828-1829-cu illər I Nikolayın elan etdiyi müharibə Ədirnə müqaviləsilə başa çatır. Nəticədə Qara dənizin şərq sahilləri, Qafqazın bir hissəsi Rusiyanın nəzarətinə keçir, Serbiyaya müxtariyyat verilir. Krım savaşı (1853-1856) Britaniya, Fransa və Osmanlının Rusiyaya qarşı apardığı müharibə üçlüyün qələbəsilə başa çatır. 1856-cı ildə imzalanan Paris müqaviləsilə cənubi Bessarabiya və Dunayın mənsəbi Osmanlıya keçir, Qara Dəniz neytral hövzə elan olunur. 1877-1878-ci illərin savaşı Rusiya güclü millətçilik dalğasının qalxdığı Balkan dövlətlərinin tərəfindən Osmanlı ilə müharibəyə girişir. Plevna yaxınlığında Osman paşanın ordusu təslim olandan sonra rusların Konstantinopola yolu açılır. Bu, boğazları ələ keçirmək üçün real şans idi, amma Avropa dövlətlərinin təpkisindən qorxan Rusiya buna getmir. Müharibəyə nöqtə qoyan Berlin müqaviləsilə cənubi Bessarabiya, Qars, Ərdəhan, Batum Rusiyaya keçir; Serbiya, Çernoqoriya və Rumıniyanın ərazisi böyüdülür, Bosniya və Herseqovina isə Avstriya-Macarıstan imperiyasına birləşdirlir. Birincü dünya müharibəsi Rusiya və Osmanlı ayrı-ayrı hərbi blokların üzvü kimi savaşa cəlb olunurlar. Sarıqamışda və Qafqaz cəbhəsində məğlubiyyətdən sonra türklər Ərzurumda da yenilirlər. Ərzurum və Trabzonu qaytarmaq üçün əks hücum hazırlayan Osmanlı ordusu Ərzincanda məğlub olur, ardınca Bitlis də rusların əlinə keçir. Bundan sonra hərbi əməliyyatlar dayandırılır. 1918-ci ildə bolşevik çevrilişi nəticəsində Rusiya müharibədən çıxır, bununla da olaraq Qafqaz cəbhəsi bağlanır. Türkiyədə isə Qurtuluş Savaşı başlayır.

Yazar: İbrahimli Samirə

Həmçinin bax:https://kafkazh.com/16-iyul-2020-ci-il-tarixinde-ermenistan-silahli-quvveleri-terefinden-azerbaycan-ermenistan-serhedinin-tovuz-rayonu-istiqametinde-yeniden

Həmçinin bax: https://turaz.org/turkiye-herbcileri-iraqin-simalinda-3-terrorcunu-zerersizlesdirib/