Rus jurnalistlərə hücum edildi – Zaxarovadan etiraz
ABŞ-ın Portland şəhərində polisin jurnalistlərə hücumu yolverilməzdir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova deyib.
“ABŞ-da Rusiya televiziyasının çəkiliş qrupu bu gün polislərin hücumuna məruz qaldı. Jurnalistlərə qarşı fiziki güc tətbiq olundu, iş avadanlıqları zərərsiz hala gətirildi. Amerika hüquq mühafizə orqanlarının mətbuat nümayəndələrinə qarşı qəsdən təcavüzkar hərəkətlərini yolverilməz hesab edirik”, – M.Zaxarova söyləyib
Mənbə:Axar.az
Müxbir: Nuray Ələkbərova