“Ruhun rəngi olmur”
Müasir dünya görüşülərinin nə qədər inkişaf etməsinə baxmayaraq, bu inkişafdan geridə qalan saysız-hesabsız insanlar var. Yeni Dünya proqnozlaşdırıla bilən və ağıllı olsa da, “irqçilik” adlı şüuru əlilliyə sahibdir.
Bəşər var olduqca bir çox yeni elmlər əldə etdi və elm özlüyündə müasir düşüncə və insan hüquqlarını da gətirdi. Bu vərdişlər bəşəriyyət üçün yeni qapılar açdı. Təəssüf ki, bu qapıya dəstək tapa bilməyənlər var. Elə kəslərdə var ki, bu dəstəkdən möhkəm yapışmaq əvəzinə
onu qırırlar. Həm də acınacaqlı tərəfi budur ki, insan ayrımcılığını edənlər arasında söz sahibi olan “insanlar” var. Gəlin ilk olaraq irqçiliyin nə anlam daşıdığını öyrənək.
İrqçilik və ya rasizm – insan irqlərinin bioloji və psixoloji bərabərsizliyi barəsində nəzəriyyələr toplusu. Həmin fərqin irqlərin iri toplum şəklində yaşadığı cəmiyyətlərin tarix və mədəniyyətlərinə ciddi təsir etdiyi iddia edilir. İrqçilik ümumi olaraq, öz qanını daşıyan, eyni dildə danışan və eyni soy-kökdən gələnin başqa soylardan gələnləri alçaltması, onlara yuxarıdan aşağı baxmasıdır. İrqçilərə görə avropoid
irqi-kromanyonlardan, neqroid pitekantroplardan, monqoloid isə sinantroplardan başlanğıc götürmüşdür.
İrqçiliyə hələ qədim zamanlarda müxtəlif filosoflar və dahi şəxslər müxtəlif anlam vermişlər. Məsələn: Tarixçi Dante, A. Puzzo, Aristotel, irqçilik və qədim dünyanı müzakirə edərkən yazır:
İrqçilik iki əsas fərziyyəyə söykənir: fiziki xüsusiyyətlər və mənəvi keyfiyyətlər arasında bir əlaqənin olması; bəşəriyyətin üstün və aşağı hissələrə bölündüyü. İrqçilik, beləliklə müəyyənləşdirilmiş, müasir bir anlayışdır, çünki XVI əsrə qədər Qərbin həyatında və düşüncəsində irqçi kimi təsvir edilə biləcək bir şey yox idi. Anlaşılmazlığın qarşısını almaq üçün irqçilik və etnosentrizm arasında aydın bir fərq qoyulmalıdır … Qədim İbranilər, əcdad olmayanların hamısını millət deyil, irqçilikdə deyil, etnosentrizmə meyl edirdilər… Beləliklə,
bütün qeyri-ellinləri təmsil edən Hellenlər – istər vəhşi İskitlər, istərsə də sivilizasiya sənətində müəllimi olaraq tanıdıqları Misirlilər – Barbarlar, qəribə və ya xarici olanları ifadə edən terminlərlə ifadə edirdilər.
Təbii ki, müəyən dövrlərdə irqçilik ideologiyalarının ortaya atılması bir çox insanların irqçi olmağına səbəb olmuşdur. İrqçilik 19-cu əsrdə bəşəriyyətin irqi təsnifatını təmin etməyə çalışan “elmi irqçilik” olaraq mövcud idi. 1775-ci ildə Johann Blumenbach dünya əhalisini dəri rənginə görə beş qrupa (qafqazlılar, monqollar və s.) Ayıraraq, qeyri-qafqazlıların degenerasiya prosesi nəticəsində meydana gəldiklərini təsdiqlədi. Elmi irqçiliyin digər bir erkən mənzərəsi fərqli irqlərin ayrı-ayrılıqda yaradıldığını göstərən poliqenist görüş idi. Məsələn, Polyenist Kristof Meiners, insanları “gözəl Ağ irqi” və “Çirkin Qara irqi” etiketlədiyi iki yerə böldü.
Meiners’in İnsanlıq tarixinin məzmunu kitabında, irqin əsas xüsusiyyətinin ya gözəllik, ya da çirkin olduğunu iddia etdi. Yalnız ağ yarışı gözəl hesab edirdi. Çirkin yarışları alçaq, əxlaqsız və heyvanlara bənzər bir şey hesab edirdi. Ümumilikdə isə bu kimi düşüncələr insana ləkə hesab olunur. Çünki bu cür lazımsız ayrımçılıq insanlıq adına ləkədir. Dini aspektdən baxsaq axı insanların qəbul etdiyi dinlərdən, məhzəbdən aslı olmayaraq irqçilik xoş görülən deyil. Bütün səmavi dinlərdə Tanrı insanın yer üzünün əşrəfi adlandırır və onları heç bir cəhətlərinə görə (dəri rənginə,cinsinə, sosial statusuna) bir- birindən ayırmır. Bəs insanlıq niyə bu çirkin əməli edir? Mövzuya sosial baxımdan yanaşmalı olsaq, rasizm sosial ayrı-seçgiliyə gətirib çıxarır ki, bu da öz növbəsində soyqırıma gedib çıxan şiddətə haqq qazandırır. Elə bu kimi hallara ABŞ və
yaxud Avropa ölkələrində baş verən qarşıdurmaları misal çəkə bilərik.
Sonda əziz oxucular, sizə onu demək istərdim ki, insanları sosial, zahiri və yaxud başqa keyfiyyətlərinə görə deyil məhz mənəviyyatına, düşüncələrinə görə qiymətləndirin və onuda
bilin ki, “Ruhun rəngi olmur”!
Yazar: Camalov İsmayıl (BDU, Jurnalistika)