Robert Prosineçkinin evezine yeni baş meşqçi

Robert Prosineçkinin əvəzinə yeni baş məşqçi

Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az “Fanatik”ə istinadla xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Bayram Bektaş çalışdıracaq. 46 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

O, bu vəzifədə Azərbaycan millisinin keçmiş baş məşqçisi olan xorvatiyalı Robert Prosineçkini əvəz edib.
Mənbə:sportal.az
Müxbir: Ramid Əskərov