Rəqəm telekommunikasiya sistemlərinin xətt traktının layihələndirilməsi

Xətt traktının layihələndirilməsi üçün ilkin verilənlər və onun yerinə yetirilmə mərhələləri

  İstənilən məqsəd üçün istifadə olunan rabitə xətlərinin layihələndirilməsi axtarış, hesabat və cizgi işlərinin böyük kompleksini özündə birləşdirir. Bu işlərin yerinə yetirilməsi xətti, stansiya və mülki avadanlıqların montaj və tikintisini əhatə edir. Layihələndirmə normativ sənədlərin əsasında qüvvədə olan qanunlara uyğun olaraq həyata keçirilir.

Rəqəm telekommunikasiya sisteminin xətt traktının layihələndirilməsi üçün tələb olunan əsas ilkin verilənlər bunlardır:

  • Çoxkanallı telekommunikasiya sisteminin növü;
  • Kanalların sayı;
  • Magistralın uzunluğu;
  • Kabelin tipi;
  • Kabelin basdırılma dərinliyində hesabat temperaturu;
  • Telekommunikasiya sisteminin və kabelin texniki verilənləri.

Rəqəm xətt traktının layihələndirilməsi, əsasən, iki mərhələdə yerinə yetirilir:

  • Rəqəm telekommunikasiya sisteminin xətt traktının layihələndirilməsi;
  • Son və aralıq xidmət olunan regenerasiya məntəqələrinin yerləşdirildiyi xətt-aparat sexinin layihələndirilməsi.

Rəqəm telekommunikasiya sisteminin xətt traktının layihələndirilməsi aşağıdakı bölmələrdən ibarətdir:

  • Kabel rabitə xəttinin keçdiyi trassanın seçilməsi;
  • Telekommunikasiya sisteminin və kabelin tipinin seçilməsi;
  • Regenerasiya məntəqələrinin kabel magistralında yerləşdirilməsi;
  • Rabitənin təşkili sxeminin tərtib olunması;
  • Rəqəm veriliş traktının maneəyə davamlılığının hesabatı;
  • Regeneratorların və xidmət avadanlığının məsafədən qida gərginliyinin hesabatı.

YAZAR: Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat  Kollecinin Telekommunikasiya fakültəsi, Çoxkanallı Telekommunikasiya Sistemləri ixtisasının son kurs tələbəsi Əhmədli Lamiyə

Həmçinin bax: Rəqəm çoxkanallı telekommunikasiya sistemləri

Həmçinin bax: https://turaz.org/prezident-bir-qrup-herbcini-azerbaycan-bayragi-ordeni-ile-teltif-edib/

Həmçinin bax: https://tehsilim.org/qarabagin-meshur-muellimleri-qara-bey-eliverdiler/