Rəqabətli bazar-rəqabətin formaları

     Rəqabət geniş mənada iqtisadiyyat, sosiologiya və ekologiyada istifadə olunur və şəxslərin, qrupların və ya orqanizmlərin resurslar üzrə bir biri ilə mübarizə aparmağını bildilir. Rəqabəti bildirmək üçün xarici dillərdə əsasən razılaşma və ya toqquşmaq sözlərindən əmələ gələn terminlər istifadə olunur. Azərbaycan dilinə isə rəqabət sözü ərəb dilindən (ərəb. رقابت‎‎ “yarış” deməkdir) gəlib. İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə fəaliyyəti ilə şərtlənir.

Rəqabət nəticəsində istehsalçı və istehlakçılar bərabər imkarlara malik olmalarına baxmayaraq,bu imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaş-dırır. Rəqabət bazar əlaqə-lərinə cəlb olunmuş bazarın iştirakşıları arasında xüsusi formada təzahür edən münasibətləri ifadə edir. O, bir tərəfdən istehsalçıların öz aralarında, ikinci tərəf-dən, istehsalçılarla istehlakçılar arasında, üçüncü tərəfdən isə istehlakçıların öz aralarında mənafelərinin reallaşması uğrunda mübarizəni əks etdirir.

Onlar öz aralarında rəqabət mübarizəsi yolu ilə istehsalda, satışda alışda əlverişli şəraitə nail olmağa çalışırlar. Bu mübarizə isə həmişə onları istehsalı təkmilləşdirməkdə, inkişaf etdirməkdə maraqlı edir, çünki rəqabət mübarizəsinə dözməməkdə həmişə iflasa uğramaü təhlükəsi var. Rəqabət bazar iqtisadiyyatı şəraitində müəssisələrin, xüsusi sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinin başlıca amilidir.

Rəqabət nəticəsində subyektlər həmişə bir birini ötməyə, bir- birini öz iqtisadi göstəricilərini yaxşılaşdırmağa sövq etdirir, bir- birindən geri qalmamağa çalışır. Rəqabət bir tərəfdən istehsalın kifayət dərəcədə çevik olma-sında istehsalçıları stimullaşdırır, digər tərəfdən bu iqtisadi mübarizəyə tab gətirməyənlərin iflasa uğramasına səbəb olur. O elmi- texniki tərəqqinin nailiy-yətlərinin istehsala tətbiqinin sürətləndirilməsini, əməyin təşkilinin mütərəqqi for-malarının tətbiqini, eyni zamanda iqtisadiyyatda təşkilati və struktur dəyişikliyin aparılmasını zəruri edir. Əks təqdirdə iqtisadiyyatın dünya iqtisadi inkişafından geri qalması prosesi müşahidə olunur.

Tam rəqabət bazarı — Vikipediya

Rəqabət nəticəsində məhsulun keyfiy-yətinin yaxşılaşdırılmasına, dünya bazarına rəqabət qabiliyyətli məhsulla çıx-mağa imkan yaranır. Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymət-lərinə bazarın iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur. Bu cür bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Bazar rəqabətli bazar aşağıdakı əlamətlərlə səciyyələnir:

  1. satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və ya heç bir qrupu bazar proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;
  2. bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi əmtəə nişanları və markalarını əks erdirməyən eyni əmtəə və xidmətlər- özünəməxsus, identik- standartlaşmış əmtəələr təklif olunur;
  3. bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya( qiymət, əmtəə, tələb, təklif və s.) malikdirlər;
  4. satıcılar və alıcılar hər hansı qanunvericilik, malyyə, texnoloji maneələin olmadığı halda bazara azad surətdə daxil olub, onu azad surətdə tərk edə bilirlər;
  5. bütün maddi, maliyyə və digər resurslar tam çevikdir,  bazarın iştirakçıları azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı- ayrı subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz- özünə “ gözəgörünməz əl” ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad rəqabətli bazar- müəyyən dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud olmayıb.

İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə bazarın bir neçə əsas modellərini fərqləndirilər. Bu modellər aşağıdakılardır:

  1. Mükəmməl rəqabətli bazar;
  2. İnhisarçı rəqabətli bazar;
  3. Oliqapolik bazar;
  4. Xalis inhisarçı bazar.

Bazarın rəqabətli olması- istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir göstərən amillərdir. Bazarın rəqabətli olması- onun iştirakçılarının realizə olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən edilir. Yuxarıda göstərildiyi kimi xalis rəqabət ( mükəmməl rəqabət) şəraitində standart-laşdırılmış məhsul istehsal edən, çoxlu sayda xırda firmalar fəaliyyət göstərir və sahəyə daxil olmaq üçün maneə olan hədlərin olmaması və yaxud arzu edilən istənilən firmanın məhsul buraxması imkanının olması mümkün olur.

Oliqapoliya isə əmtəələrin qiymətlərinə, təklifin həcminə təsir göstərməyə qadir olan iri satıcıların çox olmaması, həmçinin sahəyə daxil olmağın çətinliyi ilə fərqlənir. Haqlı rəqabətlə yanaşı haqsız rəqabət də mövcuddur. Haqsız rəqabət təsərrüfat qanunvericiliyinə və ticarət ənənələrinə zidd gələn rəqabət mübarizəsidir.

Yazar :  Səbinə İsmayılova

Həmçinin bax : https://kafkazh.com/yer-kuresinin-relyef-xususiyyetleri/

https://tehsilim.org/qarabag-azerbaycandir-beynelxalq-resm-musabiqesine-yekun-vurulub/

Həmçinin bax : https://kafkazh.com/tropik-qursagin-torpaq-ortuyu/

Həmçinin bax : https://tehsilim.org/besetkar-naile-mirmemmedli-vefat-edib/