Reklam vasitələri
Reklam insanların hər hansı bir məhsulu almağına, xidmətdən istifadə etməyinə və ya hər hansı bir siyasi namizədi və ya onun ideyasını dəstəkləməsinə təsir etməkdə istifadə olunan məlumatlandırma vasitəsidir.
Reklam vasitələri kimi aşağıdakılar çıxış edir:
- İctimai fəaliyyət reklamı. Ticari məhsul və xidmətləri irəli çəkməkdə istifadə olunan üsullar ictimaiyyəti QİÇS, siyasi ideologiya, enerjiyə qənaət, meşələrin yox olması kimi qeyri-ticari mövzularda məlumatlandırmaqda, öyrətməkdə, motivə etməkdə istifadə oluna bilər.
- Televiziya reklamı. Populyar televiziya proqramlarının efir vaxtında göstərilən proqramlar üçün ödənilən yüksək məbləğlərdən də göründüyü kimi televiziya reklamları kütləvi istehlak malları bazarı üçün ən effektiv reklam formatıdır. ABŞ-da illik Super Bowl Football oyunu televiziyada ən görkəmli reklam hadisəsi hesab olunur. Bu proqram müddətində sadəcə 30saniyəlik reklam vaxtının orta qiyməti 3milyon USD-yə qədər çatmışdır. (2009-cu il üzrə)
- “İnformecials” (Reklam çarxları) reklamı. Reklam çarxı əsasən 5 dəqiqə və daha uzun müddətli uzun televiziya teklamı formatıdır. “İnformecial”, “information” və “commercial” sözlərinin birləşməsindən yaranan bir termindir. Reklam çarxlarının əsas məqsədi istehlakçılarda ani alma istəyi, alış impulsu yaratmaqdır: beləliklə, alıcı təqdimatı görür və dərhal göstərilən ödənişsiz telefon nömrələri və ya veb sayt vasitəsi ilə məhsulu alır.
- Radio reklamı. Radio reklamı radio vasitəsilə edilən reklam növüdür. Reklamların yayımlanması qarşılığında efir vaxtı stansiyadan və ya şəbəkədən alınır.
- Çap reklamı. Çap reklamı reklamın qəzet, jurnal, kataloq kimi yazılı vasitələrlə ifadə şəklidir. Bu növ reklam geniş oxucu bazasına malik olmaqla başlıca ümummilli qəzet və jurnallardan daha kiçik sayda oxucusu olan müxtəlif yerli qəzetlər və ya ixtisaslaşmış kataloqlara qədər geniş sahəni əhatə edir.
- Onlayn reklam. İnternet və World Wide Web istifadə istehlakçıları cəlb etmək üçün marketinq ismarıcını çatdıran reklam növüdür. Onlayn reklama axtarış sistemi nəticə səhifələrindəki kontekst reklamları, banner reklamları, sosial şəbəkə reklamlarını, onlayn rubrika reklamlarını, reklam şəbəkələrini və “spam mailler” də daxil olmaqla e-poçt vasitəsilə marketinqi misal göstərmək olar.
- Bilbord reklamı. Bilbordlar ictimai yerlərdə reklam məlumatını keçən piyada və avtomobillə hərəkət edən insanlara nümayiş etdirən iri strukturlardır. Bir çox hallarda onlar çoxlu sayda piyada və avtomobillərin keçdiyi əsas yolların yaxınlığında yerləşdirilir.
- Mobil bilbord reklamı. Mobil bilbordlar yük maşını və ya rəqəmli ekran ola bilər. Bu əvvəlcədən müştəri tərəfindən təyin olunmuş marşrut üzrə hərəkət edən və yalnız reklam daşımaq üçün nəzərdə tutulan bir nəqliyyat vasitəsi və ya xüsusi olaraq təchiz edilmiş yük maşınlarıdır.
- Gizli reklam. Gizli reklam “gerilla marketinqin” bir növü hesab olunmaqla məhsul və ya brendin mediada və ya əyləncə xarakterli hər hansı bir yerdə yerləşdirilməsidir.
- Məşhur insanların iştirakı ilə reklam. Bu növ reklamın malları tanıtmaq və ya müxtəlif mağaza və onların mallarını tanıtmaq üçün məşhur insanların gücündən, şöhrətindən və populyarlığından istifadə edilməsini nəzərdə tutur.
YAZAR: Rəsmiyyə Səfiyeva
Həmçinin bax: Pedoqoji ünsiyyət və müəllimə verilən tələblər
Həmçinin bax: https://turaz.org/uelsde-dordyasli-qiz-200-milyon-il-yasi-olan-dinozavrin-izini-tapdi/
Həmçinin bax: https://tehsilim.org/ugur-mm-tedris-merkezi/