Reklam müraciətlərinin hazırlanması
Hisen Universitetinin reklam professoru, Mannhaym Dizayn və Reklam Universitetinin rəhbəri Klaus Mozerin fikrincə reklam mətnlərinin anlaşıqlığı və təsiri həm mətnlərin özlərindən, həm də onların oxucularından asılıdır. Mətn tərəfdən mühüm amillər kimi leksik minimum, sintaksik struktur, eləcə də məzmunun quruluşu göstərilir. Reklam müraciətlərinin hazırlanması zamanı vacib olan funksiyalardan biri də mətnlərin qurulmasıdır. Mətnlərin anlaşıqlığını müxtəlif üsullarla yaxşılaşdırmaq olar. Birinci məsləhət qısa cümlələrdən istifadə etməkdir. Cümlə nə qədər qısadırsa, bir o qədər başa düşüləndir. 8 sözdən artıq olmayan cümlələr daha yaxşı başa düşülür. Mətnlər elə qurulmalıdır ki, ümumi xüsusinin, sadə mürəkkəbin, məlum naməlumun qarşısında dayansın, müvafiq olaraq ikinci birincidən irəli gəlməlidir. Bu üsulla konkret təfərrüatları sadə qarşılıqlı əlaqələrə çevirmək mümkündür. Naməlumun qarşısında məlumun işlədilməsi məsləhətinin əsasında o durur ki, yeni informasiya artıq mövcud olan biliklərə qoşulduqda daha yaxşı saxlanılır. Əgər artıq məlum olan informasiyadan başlansa, oxucu və ya tamaşaçı üçün hər şey əvvəldən aydın olacaq ki, söhbət nədən gedir və hansı biliklərə istinad etmək lazımdır. Maraqlı və mühümü maraqsız və əhəmiyyətsizin qarşısında yerləşdirməklə mətnin vadaredici məzmununu artırmaq olar.
Mətnin tərtibatı üçün ən mühüm məsləhətlər:
• Mənaya malik olan obrazlı leksik minimumdan istifadə edilməsi;
• Sözlərin deyilişinin nəzərə alınması;
• Resipientlərin danışıq səviyyəsinə sazlanması;
• Qısa cümlələrin yaradılması;
• Mötərizələrdən istifadədən qaçmaq;
• Məchul növlü təsirli cümlələrdən istifadəyə üstünlük verilməsi;
• Mənfi əvəzinə müsbət təxribatlar; • Substantivasiyadan istifadə etməmək;
• Yaxşı keçidlərin yaradılması;
• Sematik deduksiya;
• Ümumi xüsusinin önündə;
• Sadə mürəkkəbin önündə;
• Məlum naməlumun önündə;
• Resipientlərin ilkin biliklərinə əsaslanma;
• Ayırıcı ilkin və ara qeydlərin qoşulması;
• Maraqlı və mühümün maraqsız və əhəmiyyətsizin qarşısında təqdim olunması.
Nitq və yazı nəyinsə təqdimatı və izahından daha çox mənaya malikdirlər. Reklamda da belə olur.
Əgər artıq istehlakçılara tanış olan məhsulun satışını daha çox stimullaşdırmaq əsas məqsəd olaraq irəli sürülürsə, bu halda da reklam başqa cür qurulur. Onda reklamlarda xüsusi arqumentlər vasitəsi ilə insanları inandırmaq lazımdır ki, “X” diş məcunu ilə dişlərini gündə bir deyil, üç dəfə sürtmək lazımdır və ya şirələri təkcə səhər yeməyində deyil, bütün gün ərzində içmək lazımdır.
Yetkinlik mərhələsində, yeni reklamın məqsədi yalnız məşhur markanı yenidən xatırlatmaq olduqda qısa lakonik reklamdan istifadə edilir. Belə reklam, adətən, özündə reklamın başlıca informasiya fraqmentlərini birləşdirir.
Reklam elanında istifadə olunan hər bir element öz öhdəsinə düşən tapşırığı həll etməyə çalışır. Yaradıcı reklamlar çox qəti şəkildə konkred kommunikativ hədəflərə tabe olmalıdır.
YAZAR: Rəsmiyyə Səfiyeva
Həmçinin bax: Marketinq nədir?
Həmçinin bax: https://turaz.org/bdu-thik-ve-genius-club-esse-musabiqesi-elan-edir/
Həmçinin bax: https://tehsilim.org/emin-emrullayev-onlayn-konfransda-istirak-edib/