Regenerasiya prosesi. İnsan orqan səviyyəsində regenerasiya edə bilərmi?

Yəqin ki, bir çoxumuz kərtənkələnin təhlükə anında düşmənin fikrini yayındırmaq üçün quyruğunu həmin ərazidə saxlayıb, oranı tərk etdiyini bilirik. Ona bu xüsusiyyəti verən hansı prosesdir? – Elmdə bu proses regenerasiya adlanır. Regenerasiya  –  zədələnmiş toxumaların və ya bədənin ayrı-ayrı hissələrinin bərpasıdır. Bu proses bütün canlılar üçün xarakterik hesab olunur. Və əsas 3 növü mövcuddur: fizioloji,       reperativ,       patoloji.   Fizioloji regenerasiya – orqanizmin hüceyrə və toxumalarının  canlının normal həyatı boyunca yenilənməsidir. Məsələn, qandakı hüceyrələrin qocalıb parçalandıqca, yerinə sümük illiyində yeni qan hüceyrələrinin yaranması, dərinin epitelisində buynuzlaşma nəticəsində səthi hüceyrələrin orqanizmdən ayrılması və s. Reperativ regenerasiya –   toxuma       və hüceyrələrin zədələnməsi ilə müşayiət olunan proseslər zamanı müşahidə  olunur.

Patoloji regenerasiya – regenerasiya nın təhrif olunmuş forması hesab olunur.

Hiporegenerasiya,   hipperregenerasiya, metaplaziya və s.

Bəs bu prosesin baş verməsi üçün hansı amillər vacib rol oynayır?

  • Orqanizmin yaşı
  • Sinir sisteminin funksional halı
  • Endokrin sistemi
  • Qan və limfa dövranı
  • Patoloji proseslərin növü, xarakteri.

Regenerasiyaya ən məşhur nümunə kimi yazının əvvəlində adını çəkdiyim kərtənkələni misal göstərə bilərik, təbii ki, bundan əlavə canlılarda da bu proses özünəməxsus şəkildə gedir. Gəlin bir neçəsi ilə tanış olaq:

1.Zebra balığı – zebra balığının ürəyinin bir hissəsini kəsdikdən sonra canlı hasarı bərpa edərək əvvəlki halına geri qaytara bilir. Və bu regenerasiya ürək əzələsinin hüceyrələrinin bölünüb çoxalması ilə gedir.

Zebra   balıqlarında       gedən   regenerasiya prosesini ətraflı şəkildə izləmək üçün: video material:

  1. Amfibilərə daxil olan Axolotl – bu canlı bütün orqanlarını yeniləmək qabiliyyətinə malikdir.Axolotl’larda gedən regenerasiya prosesinin mexanizmi:amfibilərdə     gedən regenerasiya prosesinə aid videomaterial:
    1. Yastı qurdlara aid olan Ağ planari – bu canlını neştərlə iki hissəyə bölsək, bölünmüş quyruq hissədən baş, baş hissədən isə quyruq inkişaf edəcəkdir.

     

Müxtəlif toxumaların və orqanların regenerasiya etmək qabiliyyəti bir-birindən fərqli olduğu üçün bu proses canlıdan-canlıya dəyişiklik göstərir. Vücudumuzdaki bəzi toxumalar və orqanlar y

yaraları, zədələri özözünə bərpa etmək qabiliyyətinə malik olduğu halda bəziləri bu funksiyanı yerinə yetirə

bilmir. Məsələn, insanda ağciyər və qaraciyər kimi orqanlar yenilənə bilərkən, qollar və ayaqlar tamamilə yenilənə bilməz. Hüceyrə səviyyəsində bu proses kök hüceyrələr ilə gerçəkləşir. (kök hüceyrə-başlanğıcda heç bir funksiyası olmayan, differensiasiya nəticəsində müəyyən hüceyrə tipinə çevrilən hüceyrələrdir)

 

 

 

İnsanda regenerasiya prosesinin inkişaf etdirilməsi sayəsində iflic olan üzvlərin yenidən işlək vəziyyətə gətirilməsi və yaxud da zədə görmüş orqanların yenidən bərpası mümkün ola bilər. Həqiqətən də belə bir hadisə baş verə bilər mi? Edilən son araşdırmalara görə “acorn soxulcanları” özünü yeniləyə bilən canlılardandır. Sinir sistemi də daxil olmaqla bütün bədən üzvlərini yeniləyə bilir. Bu canlını iki yerə böldükdən təqribən 15 gün sonra 2 ədəd yeni soxulcan əmələ gəlir. Və bu canlılar vücud və gen quruluşu baxımından insana bənzədiyi kimi iddialar irəli sürülür.

Bununla bağlı araşdırma aparan bioloq Billie Swalla araşdırma haqqında bunu açıqlayır:

“insanların da bu canlılar kimi eyni bacarığı inkişaf etdirə biləcəyini düşünürəm. Acorn soxulcanları ilə genetik cəhətdən çox bənzərik və bu genləri necə aktivləşdirəcəyimizi bilsək yaxın gələcəkdə bizdə regenerasiya qabiliyyətinə malik ola bilərik. Bizlər bu canlılarla yüzlərlə oxşar (eyni) geni paylaşırıq və bu potensialı içimizdə daşıyırıq. Əgər regenerasiya mexanizmini aydınlaşdıra bilsək, mərkəzi sinir sistemimizi belə yeniləyə bilməyimiz mümkün ola bilər.”

ARAŞDIRMAÇI YAZAR: GÜNAY  ADIGÖZƏL 

Həmçinin bax: Akondroplazi nədir?

Həmçinin bax: tehsilim.org/kimya-ixtisasi/