Qorxular

Qorxu – fərdə, nəsnəyə qarşı yaranmış təhlükə reaksiyasıdır. Hər yaş dövrü üçün qorxular uşağın fiziki və mənəvi inkişafı ilə bağlıdır.

Azyaşlılarla böyüklərin qorxuları bir qədər fərqlidir

✓ Uşaqların qorxuları heç də həmişə reallığa və gerçəkliyə uyğun səbəblərdən yaranmır.

✓ Balaca uşaqlar daha çox reallıqda olmayan varlıqlardan qorxuya düşürlər. Məsələn: Xoxan, xortdan, əjdaha və s.

✓Böyüklərin qorxuları: ağlını itirmə qorxusu, imtahan qorxusu, ölüm qorxusu, uğursuzluğa düçar olmaq qorxusu  və s.

🔸Yaş dönəmləri və qorxular :

*0-6ay: Ani səs-küy.
*7-12ay: Tanış olmayan insanlar, qəfil səslər, valideyndən ayrılma ən çoxda anadan ayrılma qorxusu.
*1-2yaş: aralarında uşaqların əsas qorxuları çimməkdir.
*2-5yaş: Tanış olmayan insanlar, qaranlıq, heyvanlardan
*4-7yaş: qaranlıq, ruhlar, yaralanma, fırtına, göy gurultusu, valideyn itirmək qorxusu
*8-12yaş: Qeyri-real varliqlar (cinlər, şeytanlar, qulyabanı və s.) xəstəliklərdən, tibbi əməliyyatlar, diş həkimi, məktəb problemi, qəza, ölüm, ətraf mühit tərəfindən qəbul olunmaması.
*13yaş və yuxarı: Məktəbdə cəzalandırmaq qorxusu, cinsi qorxular, bədən quruluşundakı qorxular, ona verilən öhdəliklərin bacara bilməməyindən, mühit tərəfindən qəbul olunmaması.

  • Qorxu nələrə səbəb ola bilər?!
    ✓Kəkələmə
    ✓Yuxu problemləri
    ✓Nitqin itirilməsi
    ✓Şəkərli diabet
    ✓İçinə qapanmaq
    ✓Özgüvənsizlik
    ✓Hallusinasiya
    ✓ Bəzən isə fobiyanın başlangıcı ola bilər və s.

Qorxu , fobiya həmçinin digər psixolatoloji problemlərə erkən müdaxilə və psixoloji dəstək mütləqdir. Psixoterapiya və farmakoterapiya vasitəsilə müalicəsi mümkündür .

Yazar : Psixoloq Aysu Əliyeva

Həmçinin bax Bu gün Məhəmmədhüseyn Şəhriyarın anım günüdür

Həmçinin bax https://tehsilim.org/seyid-mehemmedhuseyn-behceti-tebrizi/