“Qonşusunun həyətində çətənə kolu yetişdirdi”

Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səbuhi Səmədov qonşusu C. Əhmədova məxsus yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu açkar olunaraq götürülüb.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Şəbnəm Heydərli

Mənbə:Qafqazinfo