“Qlobal hava hücumundan müdafiə sistemlərinin bazar dəyəri artdı”

Qlobal hava hücumundan müdafiə sistemləri bazarı 2027-ci ilə qədər 4.6% artaraq 45,6 milyard dollara çatacaq.

Ordu.az xəbər verir ki, bu barədə “ResearchAndMarkets” nəşrində dərc olunan qlobal hava hücumundan müdafiə sistemləri bazarının araşdırıldığı yeni hesabatda qeyd olunub.

Hesabatda qeyd olunur ki, bazarın 2020-ci ildə ümumi dəyəri 33.2 milyard dollar hesablanıb.

Hesabatda təqdim olunan xüsusi bölmələrdən biri də raketdən müdafiə sistemləri bazarıdır. Bildirilir ki, bu bazar proqnoz dövrünün sonunadək 5.1% artaraq 21.4 milyard ABŞ dollarına çatacaq.

ABŞ-ın HHM sistemləri bazarının ümumi dəyəri 2020-ci ildə 9 milyard dollar olaraq hesablanıb. Hesabatda Çinin 2027-ci ilə qədər HHM sistemi bazarının 7.1% artacağı qeyd olunub.

Bazarın əsas iştirakçı şirkətləri ASELSAN, “BAE Systems”, “Hanwha Corporation”, İsrail Aerokosmik Sənayesi (IAI), “Almaz-Antey” ASC, “Kongsberg Gruppen”, “Leonardo”, “Lockheed Martin”, MBDA, “Northrop Grumman”, “Raytheon”, “Rheinmetall”, SAAB, “Thales” və “Boeing” şirkətləridir.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Nuray Ələkbərova

Mənbə: Ordu.az