Qəznəvilər dövləti
X əsrdə -Samanilərin yüksəliş dövründə Qəznə şəhəri üsyankar türk sərkərdələrinin diqqətini cəlb etmişdi. Qəznənin (Əfqanıstanın cənub-şərqində qədim şəhər idi) Samanilər dövlətinin mərkəzindən uzaqda yerləşməsi həmin ərazilərdə yaşayan türk tayfalarının başçılarının sərbəst hakimiyyəti üçün şərait yaradırdı. Türk tayfa başçıları oradan Hindistanın şimalında yerləşən Kəşmir, Pəncab, Multan və b. əyalətlərə hərbi səfərlər təşkil edirdilər. Samanilərin Qəznədə valisi, türk-Alp-Təkin 962-ci ildə oradakı hakimi yıxıb bir müddət hakimiyyəti əldə saxlamışdı. Sonra isə Alp-Tiqinin qulamı Səbuk-Təkin 977 –ci ildə hakimiyyəti ələ aldı və onun əsasını qoyduğu sülalə Qəznəlilər adlanmağa başlandı. Bu sülalə 1183-cü ilə qədər , yəni Səlcuq oğuzlarının hakimiyyətinə qədər davam etmişdi. Səbuk –Təkindən sonra Qəznəlilərin aşağıdakı hökmdarları olmuşdur:
İsmayıl (977-998), Mahmud Qəznəli (998-1038), Məhəmməd (1030), I Məsud (1030-1041), Mövlud (1041-1048) , IIMəsud (1049), Əli Əbülhəsən (1049—1051), Əbdürrəşid (1051-1053), Toğrul (1053), Fərruxzal (1053-1059), İbrahim (1059-1099), III Məsud ( 1099-1115) , Şirzad (1115-1116), Aslan (1116-1117), Bəhramşah (1117-1153), Xosrovşah (1153-1160) və Xosrov Məlik (1160-1187).
Samanilər dövləti vaxtında Xarəzm daxili müstəqilliyini saxlamış əyalət idi. Qaraxanilər Samanilər dövlətinə son qoyduqdan sonra da Xarəzm kənarda qaldı, ticarət yollarının kəsişdiyi yerdə yerləşən Xarəzm şəhəri Çin, Hindistan, Ön Asiya və İranın Mərkəzi Asiya və Altayla ticarətinin mərkəzlərindən biri idi. Xarəzm əyalətinin əhalisi əsas etibari ilə əkinçiliklə məşğul olurdu. Ərəb coğrafi Müqəddəsi yazırdı: “Xarəzm meyvə bağları, su kanalları və əkin tarlaları ilə məşhurdur”.
X əsrin II yarısında Xarəzm və onun mərkəzi Ürgənc iqtisadi inkişafda çox irəli çıxmışdı. 996-cı ilədək Xarəzm iki hissəyə ayrılırdı. Cənubi Xarəzm –paytaxtı Kət və Şimali Xarəzm –paytaxtı Ürgənc. Ürgənc də canişin , Kətdə isə Xarəzmşah titulunu daşıyan hökmdarlar otururdular. 996-cı ildə Şimali Xarəzmin hakimi, mənşəcə türk olan Məmun ibn Məhəmməd Xarəzmin hər iki hissəsini birləşdirərək, paytaxt Ürgənc olmaqla Xarəzm dövlətinin əsasını qoydu. Həm Məmun ibn Məhəmməd və həm də onun oğlu Əli ibn Məmnun Xarəzmi qüvvətli dövlətə çevirməyə başladılar. Bu zaman yuxarıda deyildiyi kimi, Əfqanıstan ərazisində Qəznə şəhərində türk sülaləsi olan Qəznəlilər hakimiyyətə gəlmişdirlər.
Qəznəli sülaləsindən Mahmud Qəznəli Xarəzmi heç olmasa vassal vəziyyətə salmaq üçün tədbirlər axtarırdı və bunun üçün qızını Əli ibn Məmuna, bacısını isə onun qardaşı Məmun ibn Məmuna ərə verdi. Deməli, bu nigahlar siyasi məqsəd daşıyırdı.Mahmud Qəznəli çox varlı adam idi, o qızı və bacısına eyni vaxtda təntənəli toy etdi, onlara çoxlu daş –qaş verərək, ər evinə yola saldı. Lakin 999-cu ildə Əli ibn Məmnun öldü, onun yerinə qardaşı Məmnun ibn Məmnun keçdi (999-1017). Məmun savadlı ağıllı və siyasətdə ehtiyatlı şəxs idi. Onun vaxtında Ürgəncdə Buxarada gözəl saraylar tikildi. Bu saraylarda yaxşı kitabxanalar vardı. Məşhur həkim Hüseyn Əli Əbu ibn Sina da məhz Məmun ibn Məmunun kitabxanalarında elmlərə yiyələnənmişdi. Bağdad xəlifi Qədir Məmuna qızıl sapla toxunmuş paltar hədiyyə göndərmişdişMahmud Qəznəli bundan narazı düşdü və bacısının əri olan Məmundan tələb etdiki, onun vassalı olsun. Məmun çətin bir vəziyyətə düşdü nə hə, nə yox cavabı vermədi. Məsələ xalqa əyan oldu və ordu şəhərə – Ürgəncə girərək sarayı tutdu və Məmunu tutub öldürdü. Hakimiyyətə onun qardaşı oğlu Abülhəris Məhəmməd ibn Əli keçdi. Lakin Mahmud Qəznəli ordu ilə Xarəzmə hücm etdi. 1017-ci ildə baş vermiş döyüşdə Mahmud Qəznəli qalib gəldi və Xarəzm Qəznəlilər dövlətinə birləşdirdi. Xarəzmdə canişinliyə Altuntaş adlı bir türk sərkərdəsi təyin edildi.
Səlcuq-oğuzlarla Qəznəlilərin münasibətləri
XI əsrin əvvəllərində Mərkəzi Asiyada Səlcuq oğuzlarının yüksəlişi başlayır. Mərkəzi Asiyada Səlcuq hərəkatının başında Toğrul bəy və Çağrı bəy qardaşları dururdular. Onlar Səlcuqun nəvələri idilər. Səlcuq bəyləri oğuzların Qınıq tayfasından çıxmışdılar. Onlara məxsus tayfalar Sırdəryanın aşağı axarlarında yaşayırdılar. Lakin onlar Mavərənnəhrdə hakimlə yola getmədiyindən həmin ərazini tərk etdilər və Mahmud Qəznəlinin oğlu Məsuddan ərazi istədilər. Lakin Məsud buna razılıq vermədi və Səlcuq oğuzların Qəznəlilər dövlətinin Mərkəzi Asiyadakı əyalətlərinə gəlməsinə imkan verməmək üçün onlara qarşı ordu göndərdi. Sərasx yaxınlığında Qəznəli ordusu ilə səlcuq- oğuzların arasında qanlı döyüşdə oğuzlar qələbə çaldılar və bununla da Səlcuqlar üçün Nişapura və Xorasana yol açıldı.
1040-cı ildə Sərasx və Mərv arasında Mərkəzi Asiya ərazisində Dəndənakan adlı çöldə Qəznəvi ordusu ilə Səlcuq oğuzlarının ordusu arasında çox böyük qanlı vuruşma oldu. Qəznəvi ordusunun özəyini elə türk tayfaları təşkil edirdi.
Beləliklə , iki türk ordusu üz-üzə gəldi. Vuruşma Qəznəvi ordusunun tam məğlubiyyəti ilə bitdi, ordudan heç kim çıxmadı, Məsud Qəznəvi bir neçə atlı ilə aradan çıxıb qaça bildi. Bununla da Qəznəvilər dövləti əslində süqut etdi və Mərkəzi Asiyadakı əyalətlərini itirən Qəznəvilər Əfqanıstan ərazisində kiçik xanlığa çevrildi.
Qəznəvi dövlətinin xarabalıqları üzərində Böyük Səlcuq dövləti yaranmağa başladı.
Ədəbiyyat siyahısı:
Əsməd Muxtarova-Türk xalqlarının tarixi Elm 1999;
YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Avropa hunlarının tarix səhnəsinə çıxması
HƏMÇİNİN BAX: Tehsilim.org/yeni-tehsil-ili/