Qərbi Hun dövlətinin süqutu və Avropalıların yaddaşında Atilla

Atilladan sonra 453-cü ildə İlək hakimiyyətə gəldi. Atilla hələ sağ ikən ona öz yerini tutmağı əmr etdi. Əvvəllər o, Ural-Balkaş bölgəsində şərq ağası kimi hökm sürürdü. İlkin etirazlara baxmayaraq, o, dövlətin görkəmli şəxslərinin dəstəyi ilə taxta çıxdı. İlk işi mərkəzi gücləndirməyə çalışmaq oldu, üsyanlarla məşğul oldu. Alman tayfaları dövlətin zəifliyindən istifadə edərək oranı tabelikdən çıxdılar. Atilla dövründə Hun mərkəzi əcnəbi xalqların başçılarının yetişdiyi mərkəz idi. Bölgə xalqları Atillanın sözünə əməl etməmiş, sonralar bir-bir ayrılaraq Mərkəzi Avropa və İtaliya torpaqlarını öz aralarında bölmüşlər. O, ilk üsyan edib gedən Atillanın sadiq təbəəsi olan Qepid Kralı oldu. Bundan sonra Şərqi Qot kralı Tisa vadisində üsyan qaldırdı. Bölgə xalqları zaman keçdikcə bu iki şahın ətrafına toplaşdılar.

Cavab olaraq İlək bəzi tabe xalqlara Qepid padşahının üzərinə yürüş etdi. 454-cü ildə Dunaydan Pannoniyaya qayıtdı. Hun ordusu Karpat hövzəsində german və sarmatların dəstəklədiyi Qepid ordusu ilə qarşılaşdı. 454-cü ildə Pannoniyada Nedao çayı ətrafındakı bu döyüşdə hunlar məğlub oldu və İlək öldü. Hunlar Pannoniyadan çəkildilər və onların yerinə Qepidlər bölgəyə yerləşdilər. Qepidlərin yanındakı german və sarmat xalqları tutduqları torpaqlarda məskunlaşdılar. Beləliklə, Dunay və Sava çayları boyunca Şərqi Alman Krallığının əsasları qoyuldu. Sarmatlılar Sirmiumdan Vyanaya qədər olan torpaqları ələ keçirdilər. Almanlar ona Daçya ətrafında hunların qohumları olan tayfaları aid edirdilər. Lonqabardlar indiki Slovakiyanın Ağ Karpat bölgəsinə keçdilər. Slavlar Dunay çayına qədər endilər.

Skirlər və bəzi alan tayfaları Aşağı Moeziya və Kiçik İskitiyanın cənub torpaqlarında məskunlaşdılar. Bu arada Hun qoşunlarının bir hissəsi Şərqi Romaya bağlanmışdı. Atillanın digər iki oğlu Dəngizik və İrnək qalan hunlarla birlikdə Dunay boyu şərqə çəkilərək Dobruca və Basarabiya çöllərində və onun şimalındakı bölgələrdə, Qara dənizin şimal torpaqlarında məskunlaşdılar. Dəngizik, əksəriyyəti ona tabe olan Hun və Bittiqur (Beş Oğur) tayfaları ilə Başarabya və onun şimalında idi. Bu arada hunlar sağalmağa çalışdılar və 456-cı ildə Şərq Qotlarına qarşı yürüş etdilər. Hunların hücumu ilə Şərqi Qotlar Şərqi Romalılara şikayət etdilər. Şərqi Roma sərhədlərində iki gücün toqquşmasını istəmirdi, üstəlik, hunlar tərəfindən boşaldılan Pannoniyada Roma hakimiyyətini yenidən qurmaq və müttəfiqlərini orada yerləşdirmək istəyirdi. Daha güclü Qepidlər və Skirlər cənubda Dunay və Tisa çayları arasındakı ərazini ələ keçirdilər. Beləliklə, 456-cı ilin yay-payız aylarında Şərqi qotlar Pannoniyada məskunlaşdılar. Dəngizik və İrnək 456-457-ci illərdə qotların izinə düşdülər. Qotlar müqavimət göstərdilər, lakin Dnepr və ya Dunay hövzəsinin bölgələrinə qədər geri çəkildilər. Şərqi qotlar daha sonra Pannoniyada hunlara bağlı tayfalara hücum etdilər.

Bunun üzərinə Dəngizik hərəkətə keçərək köməyə gəldi. O, birbaşa Qot Kralı Valamirin olduğu yerə getdi. Lakin hunlar məğlub oldular. Dəngizik Dunay çayının sol sahilini izləyərək öz torpaqlarına qayıtdı.Yenə 466-467-ci ilin qışında Hun orduları donmuş Dunaydan keçərək Moesiyaya hücum edərək qarət etdilər. İmperator I Leon onlara qarşı ordu göndərdi. Bu ordu hunları Sofiyanın dağlıq bölgələrinə çəkdi. Romalılar Sofiyaya girərək hunları sıxışdırdılar. 467-ci ildə hunlar, xüsusilə aşağı Dunayda Dəngizik və İrnək imperator I Leona elçilər göndərərək sülh bağlamaq istədilər və Dunayda müəyyən ediləcək bir yerdə sərbəst qarşılıqlı ticarətə icazə verilməsini tələb etdilər. Digər tərəfdən, imperator ticarət üçün gələcək hunların basqın edib talan edə biləcəyindən narahat olduğu üçün bu təklifi qəbul etmədi. Hunlar daha sonar döyüşə hazırlaşdılar. İrnək və tərəfdarları Qafqazda akatzirlər və Saraqur kimi tayfaların Sasanilərə qarşı döyüşdüyünü, ikinci cəbhənin açılmasının düzgün olmadığını, Şərqi Romaya qarşı döyüşməmələrinin lazım olduğunu deyərkən, Dəngizik və tərəfdarları isə Şərqi Romaya ibrət dərsi verməyin lazım olduğunu söylədilər. Bu iki qardaş arasındakı fikir ayrılığı sonda ayrılığa səbəb oldu.

İrnək və tərəfdarları Qara dəniz boyu çölləri tərk edərək Şərqi Romadan torpaq istədilər. Bundan sonar sərhədləri qorumaq müqabilində Dunay boyu ərazilərə yerləşdirildi. Dəngizik isə öz qoşunları ilə Şərqi Romaya qarşı yürüş etmək üçün Aşağı Dunay və Qıpçaq çöllərinə yayıldı. 466-467-ci illərdə donmuş Dunay çayını keçərək Qərbi Transilvaniyaya daxil olur. Romalılar elçilər göndərib vəziyyəti soruşsalar da, cavab ala bilməmişlər. Dəngizik İstanbula elçi göndərərək, əvvəllər olduğu kimi sərhəd bazarlarında ticarət hüququ, torpaq və illik vergi tələb edirdi. İmperator hunlara tabe olsalar, onların istəklərini yerinə yetirəcəyini söylədi. Dəngizik bu cavabı gözləmədən Dunay çayını keçdi və qoşunlarını sağ sahilə topladı. Moesia döyüş meydanına çevriləcəkdi. Dəngizik daha əvvəl ayrılmış bəzi Hun tayfalarını da özünə birləşdirdi. Buna cavab olaraq Roma üç ordu göndərdi. Bu ordular meydan müharibəsinə girmək istəmirdilər, məqsədləri hunları içəri çəkib taqətdən salmaq, bir hücumda sıxıb məğlub etmək idi. Həqiqətən də Hun qoşunları keçiddə tamamilə mühasirəyə alınaraq bu tələyə düşdülər. Həqiqətən ilişib qalan Dəngizik elçi göndərib dedi ki, onlara torpaq verilsə, barışıb vətənə qayıdacaqlar.

Bu təklifi İstanbula Roma sərkərdələri çatdırdılar. Bu gözləmə müddətində orada hunlar arasında fikir ayrılıqları və münaqişələr yarandı. Bunu görən Şərqi Roma ordusu hücuma keçərək Hun ordusunu məğlub etdi və Dəngizik ona sadiq bir dəstə ilə Dunaya çəkildi. Şərqi Romaya qarşı yenidən hərəkətə keçməyə qərarlı olan Dəngizik 469-cu ildə yenidən hücuma keçdi. Lakin Moesiada Hun orduları tamamilə dağıldı və Dəngizik öldü. Bu hadisə mənbələrdə belə təsvir olunur: “Zenonun və Martianusun konsulluğu dövründə və imperator Leonun 11-ci ilində Atillanın oğlu Dəngizikin kəsilmiş başı İstanbula gətirilir”. Bu igid insanın başı İstanbul küçələrində gəzdirilirək Hipodromda (At Meydanı) nümayiş etdirilirdi. Dəngizik öldükdən sonar Avropa Hundövləti sona çatdı. Dunay ətrafında məskunlaşan Hun tayfaları dağınıq idi; bəziləri şimala çəkildi, bir qismi Şərqi Romaya tabe olub Roma torpaqlarında məskunlaşdı. Bu arada qərbə gələn avarların hərəkəti ilə Oğur boylarının çoxu Qara dənizin şimalındakı çöllərə gəldi. Basarabiya və onun şimalında hunlar oğurlarla qarışmağa başladılar. Beləliklə, sonradan Bolqar adlanacaq türk birliyi meydana çıxacaqdı.

Atillanın ölümündən sonra oğulları imperiyanı öz aralarında bölüşdürməyə çalışdılar .Qəbilələrin üsyanı  və Nedeo üzərində qızğın döyüş gedir, nəticədə Pannoniyada qepidlər qələbə qazanırlar. Atillanın  böyük oğlu İlek öldürülür, qardaşları isə Qara dəniz sahillərinə qaçırlar. Biz artıq  bu yerdə yaşayan qotları təsvir etdik. Beləliklə, kainatın qarşısında diz çökdükləri düşünülən hunlar da oradan ayrıldılar . Bunun üzərinə hunların qüdrəti sayəsində  öz yerini tutan qepidlər sanki qalib gəlmiş kimi bütün Dakiya (Daçya) sərhədlərini ələ keçirdilər. Bu qepidlər sonra Roma ilə sülh bağladılar. Qotlar isə qepidlərin onlar üçün hunların yerini müdafiə etdiyini və hunların əvvəlki yerlərini tutduğunu görərək Roma ərazisində məskunlaşmağa üstünlük verdilər və Pannoniyanı aldılar. Sarmatlar , kemandrilər və hunların bir hissəsi İlliriyada, Kastra-Martisdə qaldılar . Alanlar , ruqilər və başqaları səfər üçün Sari , Sidaqari , Kiçik İskit və Moesiyada , Atillanın kiçik oğlu İrnək digərlərini və qohumlarını isə İskit diyarının kənarlarında , Ermençur və Ülkindur Dakiya Ripensisdə məskunlaşdırdı .

Ostqotlar Pannoniyada üç qardaş kimi yaşayırdılar. Atillanın oğulları ölkəsindən qaçan qaçaqları qaytarmaq bəhanəsi ilə ostqotlardan olan Valamirə hücum etdilər . Valamir onları məğlub edir və qalanlarını Dunayın İskit hissəsinə aparır. Hunlar bu hissələri öz dillərində “Var” adlandırırlar. Qotlar romalılarla qəti sülh bağladıqdan sonra ərazilərini özləri üçün dar gördülər . Bu səbədən də onlar Sadaqiyə ( Sədağana) hücum etdilər . Sadagi daxili Macarıstana sahib idi. Bunun üzərinə Atillanın oğlu Dəngizik öz hakimiyyəti altında olan bir neçə adamı ( Ultzinzures , Anqiskiros , Bittuqur , Bardor ) toplayıb Basianaya hücum etdi. Qotlar ona hücum edir və öz sərhədlərindən utanc verici şəkildə onları qovurlar. O qədər ki, o dövrdən qalan hunlar indi də qotların silahlarından qorxurlar. Hun xalqı nəhayət , özünə gəldi. Qotlara , Sueb-quadslara və skirlərə qarşı yürüşlərə başladılar.

Onun dövləti dağılsa da , Atilla bir daha gəlməyəcəksə də , onun Avropa xalqlarının dastan və rəvayətlərindəki yeri hələ də qorunub saxlanılır. Söhbət Modena mühasirəsindən gedir . Atillanın İtaliya şəhərlərini tutmasından bəhs edilən “Müqəddəs Geminianus” əfsanəsində belə qeyd olunur: ” Xalqı təşviq edən möhtərəm baş keşiş Atilla onun kim olduğunu soruşur. Bu suala ata cavab verir: Allahın qulu;  və Atilla cəsarətlə deyir : Əgər sən Allahın qulusansa, mən də Tanrı qırmancı Atillayam. Onlar itaətsiz olan və ağasının əmrinə tabe olmayan qulları haqlı olaraq döyüb qamçılayırlar. Geminianus təvazökarlıqla cavab verir : Bütün qüdrət Allahın əlindədir . Sən Tanrı Qırmancısan deyirsən , buna etiraz etmirəm , çünki mən onun quluyam , onun qırmancına müqavimət göstərə bilmərəm . Bunun üzərinə o , şəhərin qapıların açır və hunlar şəhərin ətrafında dolanırlar, lakin kor olduqarı üçün şəhəri yellənərək və əliboş tərk edirlər “.

QAYNAQ: Küşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİLƏR: Aynur Zeynalova və Gülay Mirzəliyeva
HƏMÇİNİN BAX: Atillanın şəxsiyyəti
HƏMÇİNİN BAX: Tehsilim.org/xarici-isler-nazirliyinde-diplomatik-xidmete-qebul-olunmaq-isteyen-namizedlerin-nezerine/