Qərbi Hun dövləti Atilla xaqanın hakimiyyəti illərində
Rua xaqanın qəfil ölümündən sonra Atilla xaqan qardaşı Bleda ilə dövlətin başçısı oldu. Rəsmi başçı Bleda sayılsa da, bütün dövlət işlərini Atilla idarə edirdi. Atilla əmisinin yarımçıq qalmış sülh danışıqlarının başına keçdi. Marqusda (indiki Orasje Dobruca) Şərqi Roma səfirlərini atdan düşmədən hamı qarşısında sülh şərtləri qəbul etməyə məcbur etdi. Tarixə Marqus Sülhü (434) adı ilə daxil olan müqavilənin maddələri aşağıdakı kimidir:
1. Əsir romalılar Hun dövlətindən Romaya qaçanlar ilə birlikdə Romaya təhvil verilməyəcək.
2. Roma qaçqınlar və əsirlərin hər biri üçün 8 qızıl xilas haqqı ödəyəcəklər. Bunu ödədikdən sonra məhkumlar geri qayıda biləcəklər.
3. Romalılar hunların hakimiyyəti altında olan xalqlarla ittifaq etməyəcəklər.
4. Ticarət bərabər şərtlərlə aparılacaq.
5. Romalılar və hunların təhlükəsizliyi təmin olunacaq.
6. Müqavilə daimi olacaq, ona hörmət ediləcək.
7. Hunlara əvvəllər ödənilən 300 librə vergi 700 librə olaraq dəyişdiriləcək.
Bu müqavilə üçün ata -baba andı içildi, dini mərasim keçirildi. Müqaviləyə görə Romaya sığınan hunlar geri qaytarılırdı. Müqavilə bağlandıqdan sonra hunlar bir müddət Romanın qarşısında görünmədi. Əsasən Avropanın şimalına və şərqinə səfər edirdilər. Atilla indiki Almaniya xalqını özünə tabe etdi. Alaman, burqundlar, Ripuar frankları, Reyn sahillərində yaşayan almanlar, saksonlar, slavlar, Fin xalqları hunların hakimiyyəti altına girdi. Hunların sərhədləri Şimal və Baltik dənizlərinə qədər uzandı. Aetius, oğlunu Hun sarayına girov göndərdi. Hunların köməyi ilə Roma, almanlar da daxil olmaqla çoxlu xalqları özünə tabe etdi. Qaliyada hunlar Visqotlatın üzərinə yürüş edən Roma ordusuna kömək etdi. Aetiusun Romadakı güclü hakimiyyəti hunların dəstəyi ilə əlaqəli idi. Aetiusa qarşı hərəkətə keçən Auqusta, müxtəlif ittifaqlar axtarır və qoşunlarını Afrikadan geri çəkirdi. Hunlar da öz növbəsində bu müxalif qüvvəni məhv etdilər. 441 -ci ildə Aetius İtaliyaya qayıdarkən, Dunay bölgəsini hunların ona olan dəstəyinə qarşılıq olaraq tərk etdi. Beləliklə, hunlar Roma ilə həmsərhəd oldu. Hunlar Romanı hərbi gücü ilə dəstəkləyərək torpaq, sərvət və güc əldə etdilər. 10 illik hakimiyyəti dövründəə əyləncəyə meyilli olan Bleda 445-ci ildə vəfat etdi. Dövlət işlərini idarə edən və dövlət işlərində təhsili və ustalığı ilə seçilən Attila rəsmi olaraq hakimiyəti ələ aldı. Atillanın qardaşını öldürərək hakimiyyəti ələ keçirdiyi fikirləri doğru deyil.
HUN-BİZANS MÜNASİBƏTLƏRİ:
Atillanın hakimiyyəti dövründə Şərqi Romanın hər fürsətdə sıxışdırmaq siyasəti dəyişmədi. Dünyaya hakim olmaq istəyən Atilla, yolunun Şərqi Romadan keçdiyini bilirdi. Bu səbəbdən o, siyasətini Şərqi Romanın paytaxtına yönləndirdi. Beləliklə, həm yaxşı əsgər, həm də yaxşı siyasətçi olan Attila, doğru vaxtı gözlədi. Alman, Slavyan və Fin xalqlarını Marqus müqaviləsi ilə tabe edən Atilla, 440 -cı illərdə yenidən hərəkətə keçdi. Qərbi Romada isə vəziyyət qarışıq idi, 439 -cu ildə vandallar Karfagen və Afrikanın bir çox hissəsini ələ keçirmişdilər. Bunun üzərinə Şərqi və Qərbi Roma orduları 440 -cı ildə Siciliyanı qorumaq üçün hərəkətə keçdilər. Bu proseslərdən sonra Attila Dunayda ən sonuncu Şərqi Roma mövqelərinə hücum etdi. Bunun üzərinə Roma dərhal bir elçi göndərdi və hücumun əvvəlki müqaviləyə zidd olduğunu söylədi.Attila isə bunun hücum deyil, xəbərdarlıq əməliyyatı olduğunu qeyd etdi, çünki Marqus yepiskopu bəzi Hun qəbirlərini talamışdı. Atilla yepiskopu və onun ardıcıllarını tələb etdi. Romalılar imtina etdikdə müharibə başladı. Atilla 440 -cı ildə Dunayı keçərək bölgəni tapdaladı. Bunun üzərinə, romalılar yepiskopu təslim etməyi müzakirə edərkən, yepiskop Hunlara qaçdı. Nəhayət, yepiskopun köməyi ilə Marqus şəhəri Hunların əlinə keçdi. Beləliklə, Hunlar üçün Trakya və İstanbula yol açıldı.
QAYNAQ: Kürşat Yıldırım- Hun tarihi
TƏRCÜMƏÇİ: Çimnaz Kazımova
HƏMÇİNİN BAX: Qərbi Hun dövləti Rua xaqanın hakimiyyəti illərində
HƏMÇİNİN BAX: Tehsilim.org/huseyn-cavidin-dogum-gunu-qeyd-olunub/