Qədim və ilk müasir insanlar

Neandertal – qədim insanlardır. Onların qalıqları ilk dəfə İspaniyada tapılmışdır. 1856-cı ildə Almaniyanın Neander çayı vadisi ərazisində onların tam skeleti aşkar edilmişdir. Qalıqlara Avropa ilə yanaşı , Asiyada da rast gəlinmişdir. Boyları 155-165 sm olan bu insanlarda onurğa əyrilikləri zəif inkişaf etmişdir. Onlar nisbətən əyilərək hərəkət edirdilər. 50-100 nəfərlik qruplarla yaşayır, dəri paltarlar geyinir, oddan istifadə edir və onu əldə etməyi bacarırdılar.

Beyinlərinin həcmi təqribən 1400 sm3 idi. Beyin qabığında qırışlar müasir insanlara nisbətən az idi. Alınları maili idi, qaşüstü yastıqcıqları yaxşı inkişaf etmişdi. Çənəaltı çıxıntıları bəzilərində yox idi. Ancaq qazıntılar zamanı tapılan bəzi çənə sümüklərində çənəaltı çıxıntıya təsadüf olunur. Bu da onu göstərir ki, neandertallarda aydın olmayan, aydın nitq var imiş. Hannibal idilər. Əmək bölgüləri var idi. Əmək alətlərini daşdan, sümükdən, ağacdan (daş ucluq, ağac dəsti olan ucluq, qarpun, nizə) hazırlayırdilar. Kişilər ov edir, qadınlar və uşaqlar isə bitki mənşəli məhsullar toplayırdılar. Onlar müxtəlif sığınacaqlardan istifadə edir, ən çox isə mağaralarda yaşayırdılar. Mitoxondri DNT- si müasir insanlara çox yaxın olmuşdur. İlk dini rüşeymlər onlarda yaranmışdır.Ancaq onlar müasir insanın birbaşa əcdadı deyillər.

Kromanyonlar – ilk  müasir insanlar olmuşlar. Qalıqları ilk dəfə Fransanın Kromanyon kəndi yaxınlığında tapıldığı üçün onları belə adlandırmışlar. Sonralar bu qalıqlara Asiya, Afrika, hətta Avstralya qitələrində də təsadüf edilmişdir. Tapılan qalıqlara əsasən onların boylarının 180 sm – ə çatdığı , alınlarının enli və düz olduğu, qaşüstü yastıqcıqlarının olmadığı müəyyən edilmişdir. Kromanyonlar aydın nitqə malik olmuşlar. Onlar özlərinə sığınacaq düzəldir, paltarlarını tikmək üçün sümük iynələrdən istifadə edirdilər. Qayaüstü rəsmlər çəkir, öz əmək alətlərini bəzəyir , saxsıdan müxtəlif  qablar düzəldirdilər . Dini rüşeymlər kromanyonlarda daha da inkişaf etməyə başlamışdı. Onlar heyvanları əhliləşdirmiş, əkinçiliklə məşğul olmuşdular. Kromanyonlarda hannibalizm xeyli azalmışdır. Güman edilir ki, onlar özlərini ailəyə qurban vermişlər. Qadınların, uşaqların, qocaların, xəstələrin qayğısına qalmışlar. Onların təkamülündə sosial amillər daha üstün olmuşdur.

Azıxantropların əmək alətləri Afrikada yaşamış bacarıqlı insanın əmək alətləri iıə, demək olar ki, eyni olmuşdur.

Planetimizdə yaşayan bütün insanlar dərrakəli insan növünə (Homo sapiens) aiddir. İnsanlar yaşadıqları ərazilərə , mühitə uyğunlaşaraq irqlərə ayrılmışlar Hazırda alimlər insanları 3 əsas irqə – avropoid , monqoloid və ekvatorial irqlərə ayırırlar. Ancaq bu irqlərin içərisində qarışıq və kiçik irqlərə də rast gəlinir.

Avropoid:

Avropa,Cənubi Asiya və Şimali Afrika əhalisi bu irqə aiddir. Dəriləri açıq rəngli olduğundan, bunlara ağ irq də deyirlər. Onların nazik, dar burunları, düz,yumşaq, saçları, ensiz üzləri olur. Şimalda yaşayanların dəriləri daha açıq rəngdədir .

Monqoloid- Amerikanın yerli əhalisi, Sibirdə yaşayanlar, Mərkəzi və Cənubi Asiya əhalisi bu irqə aiddir. Sarı irq də adlandırılır. Üzləri iri və yastı , saçları düz və sərtdir. Gözlərinin ətrafları büküşlüdür.

Ekvatorial:

Bunlar iki- Afrika və Avstraliya şaxələrinə ayrılır. Bu irqə mənsub olanların dəriləri, gözləri qara burunları isə yastı və enli olur. Saçları qara və qıvrımdır ( Avstraliyalılarda dalğalı).

İrqlərin bu cür qruplaşdırılması onların yaşadıqları mühitə uyğunlaşması hesab olunur. Məsələn, dar burun ora daxil olan havanı isidir, enli yastı burun isə onun qızmasına mane olur. Qıvrım saçlar başı Günəşin zərərli  şüalarının təsirindən qoruyur. Açıq rəngli dəri Günəş şüalarını udur, qara dəri isə bədəni şüalardan qoruyur.

 

YAZAR: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://kafkazh.com/genetika-elminin-inkisaf-merheleleri-meqsed-ve-vezifeleleri/

Həmçinin bax: https://tehsilim.org/fevralin-19-da-dovlet-qullugunda-inzibati-rehber-a-novu-ev-inzibati-icraci-b-novu-vezifelere-aid-olan-vezife-qruplari-uzre-test-imtahanlari-kecirilecek/