Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”

Türk Məmlük miniatürlərində görülən bu oyun, oxçuların balqabağı hündür bir dirəyə bağlaması və onu vurması prinsipinə əsaslanır. “Balqabaq oyunu” adı məhz buradan gəlir.

Məmlük Sultanı I Baybarsın ordusu Qahirədə  atlı ox yarışı ilə məşğul olurdu və o özü də bu yarışlara qatılırdı. Buna görə 1267-ci ildə Qahirədə I Baybars tərəfindən tikilən və müharibə hazırlıqlarının aparıldığı həmin meydan “Balqabaq Meydanı” adlanırdı.

Balqabağın xaricində olan bir halqa 20 metr hündürlüyündəki  bir dirəyə bağlanırdı və atlı oxçunun, oxunu bu halqadan keçirməsi gözlənilirdi. Və ya içinə canlı göyərçin qoyulmuş bir balqabaq şəkilli kürəyə ox atılırdı, oxçunun əsas hədəfi göyərçini oradan azad etmək idi.

“Oğuz Xaqan” dastanında da belə bir oyunun izlərinə rast gəlinir.  Oğuz Xaqan, bir qurultayda tikdirdiği uzunluğu 40 qulac olan iki dirəyin üstünə qızıl və gümüş toyuq simvolları qoydurmuşdu.  (40 qulac təxminən 70 metr)

Osmanlı dövründə də “Hədəf taxtası” kimi istifadə edilən balqabaq şəklində hərbi oxatma avadanlığı mövcud olmuşdur. Dəri və ya qumaşdan tikilmiş, içərisi yonqarla doldurularaq hazırlanmış balqabaq şəklindəki bu torbaya “Buta” deyilirdi.

Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”

Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”

Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”

Qədim türk hərb mədəniyyətində “Balqabaq oyunu”

 

Yazar: Nuray Bilgili

Tərcümə: Məleykə Mirzəli 

Həmçinin bax: Yakop Yordans

Həmçinin bax: turaz.org/nizami-gencevinin-880-illik-yubileyine-hesr-olunan-beynelxalq-konfrans-kecirilecek/