Qədim hunlarda sosial həyat
Hun xalqı qədim türklər idi. Qədim zamanlarda ilk türklər coğrafi şəraitinə görə bir-birinə bənzəməyən müxtəlif yerlərə yayılmışdılar. Meşə bölgələrində yaşayanlar üçün “meşə” mədəniyyəti; əkinçilik və ticarət üçün uyğun yerlərdə məskunlaşanların “şəhər” və “kənd” mədəniyyəti; çöllərdə yaşayan insanlar “çoban” mədəniyyətində yaşayırdılar. Hunun mərkəzində, Ötükəndə yaşayan türklərin çoxu da elə çoban idi. Monqolustanın cənub və cənub-qərbindəki şəhərlərdə yaşayan türklər, Monqolustan və Sibirin şimalındakı meşələrdə yaşayan türklər var idi. Hun dövləti çölün mərkəzində olan çöl tipli dövlət idi. Bu tip dövlətlərdə tayfalar konfederasiyası mövcud idi. Türklərdən başqa digər qəbilələrin də Hun dövlətinin himayəsi altına girdiyi məlumdur. Bu səbəbdən Hun mədəniyyəti, türk və xarici qəbilələrin əksəriyyətini əhatə edən bir mədəniyyətdir.
– Çobanlar: Qədim tariximizdə çöllərdə insanlar ümumiyyətlə dəniz kənarlarında, suyun yanında yaşamağa başladılar. Əvvəlcə onlar ovçulur və yığıcılıqla məşğul idilər. Onlar təbiətdən yeyə biləcəkləri meyvələr, köklər və göbələklər yığır, öz hazırladıqları sadə alətlərlə heyvanları ovlayırdılar. Zamanla heyvanları, xüsusilə də mal-qaranı evcilləşdirdilər, suyun kənarında tikdikləri ibtidai evlərdə yaşadılar və heyvanları üçün sığınacaqlı yerlər düzəltdilər. Zamanla isə, evlərini sudan daha kənara, su yığdıqları çuxurlara doğru hərəkət etdirdilər.
Heyvanların sayı artdıqca, təsərrüfat obyektləri heyvanları qidalandırmaq üçün yetərli deyildi, buna görə insanlar evlərindən çıxaraq köçü və köçəri həyatı qəbul etdilər. Başlanğıcda üstünlük verilən damazlıq mal-qara qışda bəslənmə çətin olduğu zaman saxlanılırdı, özlərini bəsləyə bilən qoyunlar qar altında olsa da otların arasından qida tapıb yeyə bilər və asanlıqla və sürətlə hərəkət edə bilərdilər. Böyük sürülərini otaran, geniş otlaqları gəzən, sürətli heyvanlar ovlayan qədim türklər, atları da özləri üçün əvəzolunmaz hala gətirdi.
Beləliklə, qoyunlar və atlar ilk dövrlərdə çöllərdə yaşayan türklərin həyatında əvəzolunmaz heyvanlar idi. Qoyunun əti yeyilir, dərisi geyilir, yun emal olunmaqla hazırlanmış paltar, çadır, xalı və s. istifadə edilmişdir. Süd emal edərək qidalarını istehsal etdilər. At nəqliyyat və müharibə üçün əvəzsiz vasitə olmuşdur. Türklərin çox geniş coğrafiyalara yayılması at sayəsində mümkün olmuşdur. Yenə at əti ən ləzzətli ət olaraq görülürdü və dişi atın (mare) südündən hazırlanan qımız türklərin milli içkisi oldu.
Bu həyat tərzinə rəhbərlik edən türklərin mədəniyyəti məqsədsiz və tükənən “köçəri” mədəniyyət deyil, planlı və məhsuldar olan “köçəri” mədəniyyətdir. Bozqır, bu iqlim zonasında yaşayan qədim türklərin həyatını və dünyagörüşünü təsir etdi. Köhnə köçəri türklər heyvandarlıq, dolanışıqla yanaşı yüksək döyüş və idarəetmə bacarıqlarına sahib idilər. Bu şəkildə geniş coğrafiyaların yanında divarlarla əhatə olunmuş şəhərlərə, kəndlərə və şəhər əyalətlərinə də hakim idilər.
– Şəhərli və Kəndli türklər (sakinlər): Qədim türklərin məskunlaşdığı şəhərlər, kəndlər, şəhər-dövlətlər var idi. Bu dövlətlərin yaşayış yerləri divarlarla əhatə olunmuşdu. Bu divarlarda hökmdarlar, ağalar, əyanlar, sərkərdələr, din xadimləri yaşayırdılar. Kəndlər şəhər ətrafında əkinçilik yerlərində yerləşirdi. Şəhərlərdə və kəndlərdə insanların ehtiyac duyduğu su müxtəlif kanallarla təmin edilir və anbarlarda yığılırdı. Şəhərlərin ət, taxıl, meyvə və tərəvəz ətraf kəndlərdən və əhatə edildikləri qonşu kəndlərdən, çöllərdən tədarük olunurdu. Şəhərlər üçün ən vacib şey divarların və şəhər qapılarının toxunulmaması idi. Gözətçi qüllələri və siqnal qüllələri şəhər müdafiəsi üçün əvəzsiz idi.
Şəhər: Divarlarla əhatə olunmuş mərkəz, hökmdar sarayının, məmurların, əsgərlərin, ruhanilərin, tacirlərin, sənətkarların və s. evlər, binalar, emalatxanalar və məbədlərinin yerləşdiyi ərazi idi. Divarlardan sonra əkinçilik ərazilərinin taxıl, meyvə və tərəvəz ehtiyaclarını ödədiyi, istehlak mallarının alınıb-satıldığı bazarların və adi insanların evlərinin yerləşdiyi ikinci nəsil kəndlər var idi.
Bu zonadan başqa sürülər şəhərin ən ucqar yerlərində otlaq və otlaqlarda yayılırdı. Qədim türklər çöllərdə olduğu kimi şəhər və kəndlərdə də yaşayırdılar. Türklərin çox böyük bir hissəsi geniş çöl ərazisi xaricində-Türküstan şəhərlərində yaşayırdı. Bununla birlikdə, şəhərlər daxili işlərində müstəqil və ümumiyyətlə türk çöllərində qurulmuş güclü dövlətlərimizdən xarici siyasətdə asılı idilər.
– Meşə (Meşəbəyilər): Tarix boyu çöl mənşəli dövlətlərimiz meşə ərazisi ilə bağlı olmuş və çox sayda türk əhali burada yaşamışdır. Bunlardan ən məhşuru isə Sibir meşələri olmuşdur. Türk mədəniyyətinin ilk dövrləri, hətta türklərin vətəni Cənubi Sibirin meşəlik ərazilərində olmuşdur. İnsanlıq bu meşəçilər sayəsində ağac kimi hər sahədə işləyəcək həyati maddələr əldə edə bildilər. Tutarlı bir nümunə versək əgər: Nəhəng çöl ordularının meşəlik ərazini tutmadan döyüşdə atacağı oxu əldə etmək mümkün deyildi. Üstəlik, qədim türklər müqəddəsliyi meşəyə bağlayırdılar. Meşə, köhnə türk düşüncəsində nizamın, dövlətin və müqəddəs xanın olduğu yer idi.
Çöldən,şəhərdən və ya kənddən çox fərqli bir yer olan meşədə yaşayan türklər ovçuluq, balıqçılıq və ağac emalı ilə məşğul idilər. Meşə tərəfindən təmin edilən təcrid olunmuş mühit və qoruyucu mühit ilə ənənələrini və adətlərini çox uzun müddət qoruya bildilər. Qədim türklər, meşələrdə əhliləşdirilmiş maral kimi heyvanları bəsləmək, müxtəlif meşə heyvanlarını ovlamaq, müxtəlif meşə bitkiləri və meyvələrini toplamaq, ağacları kəsib işləməklə həyatlarını davam etdirirdilər. Onlar çaylar və vadilərin sahillərindəki meşə ərazisinə səpələnmiş kiçik icmalarda yaşayaraq çadır şəklində taxta evlər tikdilər. Onlar həmçinin taxta tirlərdən evlər də hazırlayırdılar.
QAYNAQ: Kürşat Yıldırım- Hun Tarihi
TƏRCÜMƏÇİ: Nilufər Məmmədli
HƏMÇİNİN BAX: Hun adının mənşəyi və hunların kökəni
HƏMÇİNİN BAX: Tehsilim.org/omur-ciragi/