Qastrit Nədir?

Qastrit

Qastrit, mədə qişasının zədələnməsindən sonra iltihablandığı zaman baş verir. Səbəbləri geniş olan ümumi bir vəziyyətdir. Əksər insanlar üçün qastrit ciddi deyil və müalicə olunarsa sürətlə yaxşılaşır. Ancaq olmasa, illərlə davam edə bilər.

Qastritin əmələ gəlməsinin əsas səbəblərindən biri Helicobacter pylori adlanan bakteriyalardır. Müalicə edilməyən qastrit bir müddətdən sonra mədə xorasına gətirib çıxara bilir.

Qastrit gedişinə görə kəskin və xroniki olar bilər .

Kəskin qastrit:

Kəskin qastrit mədənin hansısa səbəbdən kəskin qıcıqlanmasının nəticəsində əmələ gəlir və öz növbəsində 4 tipə ayrılır :

Kataral və ya sadə qastrit – çox vaxt yüngül zəhərlənmələr və qeyri-düzgün qidalanma nəticəsində yaranır .

Fibrinoz qastrit – adətən turşularla zəhərlənmələr və ya ağır infeksion xəstəliklər zamanı yaranır .

Korroziv qastrit ( nekrotik, toksiki-kimyəvi qastrit) – ağır metalların, qatı halda turşuların və qələvilərin mədəyə düşməsi zamanı yaranır.

Fleqmonoz ( irinli ) qastrit – ağır gedişli Xora xəstəliyindən, xərçəng xəstəliyindən , bəzi infeksion xəstəliklərdən və travmalardan sonra yaranır.

 

Xroniki qastrit:

Qastiritin bu növünə  daha çox rast gəlinir və əsas olaraq 3 tipə ayrılır ( Hyuston klassifikasiyasına görə )

A – autoimmun qastrit

B – bakterial qastrit ( 90 % hallarda Helikobakter Pilori mənşəli )

C – reflüks qastrit ( adətən öd turşularının mədəyə əks axımı, yəni duodenoqastral reflüks nəticəsində yaranır )

Bundan başqa daha az rast gəlinən xronik qastrit tiplərinə – eozinofil , limfositar, qranulematoz və radiason qastritlər aiddir.

Bundan başqa qastritləri mədə turşusunun səviyyəsinə görə – hiperasid, hipoasid, anasid tip qastritə, zədələnmə nahiyələrinə görə – panqastrit, antral qastrit , fundal qastrit , selikli qişadakı morfoloji dəyişiklərlə görə isə şərti olaraq – hipertrofik, hipotrofik, atrofik qastritlərə bölürlər.

Qastritin yaranma səbəbləri:

– Bakterial infeksiya. Təsdiq edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qastritin əmələ gəlməsində ilk növbədə rolu vardır.

– Qeyri-stereoid dərman preparatların uzunmüddətli qəbulu.

– Həddən ziyadə alkoqol qəbulu.

– Gün ərzində çox sayda siqaret çəkmə.

– Stress, əsəb gərginliyi, tez-tez təkrarlanan qəzəb.

– Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması və bunun tez-tez baş verməsi.

– Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərməsi.

– Travmatik zədələnmə .

– İsti qida və ya içkidən müntəzəm qəbul etmə.

– Soyuq mayenin qəbulu (bu hər-hansı qazlı və ya qazsız, yaxud da soyuq şirələr ola bilər).

– Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər.

 

Qastritin əlamətləri:

– Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort

– İştihanın azalması və ya itməsi

– Gəyirmə

– Ürəkbulanma

– Qusma

– Hərarət

– Yuxululuq

– Qanqusma

 

Qastrit diaqnoz necə qoyulur?

– Mədənin Rentgen müayinəsi selikli qişada zədələnmənin olub-olmamasını üzə çıxarır.

– Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir

– Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.

 

Ağırlaşmaları:

– Qastrit müalicə olunmazsa mədə xorasına gətirib çıxara bilər

– Xroniki qastritin bəzi formaları mədə xərçənginin əmələ gəlməsinə səbəb ola bilər.

 

Fəsadlar :

Müalicə olunmayan qastrit mədə xoralarına və mədə qanamasına səbəb ola bilər. Nadir hallarda, xroniki qastritin bəzi formaları mədə xərçəngi riskinizi artıra bilər, xüsusən də mədə astarınızın geniş incəldilməsi və astar hüceyrələrindəki dəyişikliklər.

Requlyar olaraq ağrıkəsici dərmanların qəbulu, travmatik zədələnmələr, spirtli içkilərin qəbulu, emoisional gərginlik kimi faktorlar da qastrit törədir.

 

Səbəbləri:

– Bakterial infeksiya. Təsqid edilmişdir ki, Helicobacter pylori infeksiyası mədənin selikli qişasını zədələyə bilir və qatritin əmələ gəlməsində böyük rolu var

– Qeyri-sterioid dərmanların (aspirin, ibuprofen və s.) uzunmüddətli qəbulu

– Həddən ziyadə alkoqol qəbulu

– Siqaret çəkmək

– Stress

– Ödün 12 barmaq bağırsaqdan geri mədəyə qayıtması

– Bədənimizdə gedən autoimmun proses mədəmizin selikli qişasına zədələyici təsir göstərərək onun iltihabını törədir

– Travmatik zədələnmə

– İsti qida və ya içki ilə yanma

– Cərrahi əməliyyatlardan sonrakı dövrdə qastrit yarana bilər

 

Əlamətlər:

– Epqastral nayihədə, yəni döş sümüyünün altında olan ağrılar və ya diskomfort

– İştihanın azalması və ya itməsi

– Gəyirmə

– Ürəkbulanma

– Qusma

– Hərarət

– Yuxululuq

– Qanqusma

 

Diaqnoz necə qoyulur?

– Mədənin Rentgen müayinəsi selikli qişada zədənmənin olub-olmamasını üzə çıxarir

– Mədənin Endoskopik müayinəsi həkimə mədənin selikli qişasını görməyə və rentgen müayinəsinin müəyyən edə bilmədiyi zədələnməni aşkar etməyə imkan verir

– Helicobacter pylori infeksiyasının olub-olmaması fərqli üsullarla müəyyən edilə bilər: endoskopik müayinə zamanı götürülmüş mədə toxumasının histoloji müayinəsi, nəfəs testi, qan testi və nəcis testi.

Qastritin müalicəsi:

Qastritin müalicəsinin əsas prinsipi qıcıqlandırıcı və zədələyici faktorların aradan qaldırılmasıdır:

– Helicobacter pylori infeksiyasını aradan qaldırmaq üçün iki antibiotikin və proton nasosu inhibitoru adlanan dərmanlar birgə təyin edilir.

– Antiasidlər mədənin turşuluğunu neytrallaşdırır və onun zədələyici təsirini azaldır

– Turşu blokatorları adlanan dərmanlar həkiminiz tərəfindən təyin edilə bilər.

– Proton Nasosu İnhibitorları mədənin turşu ifrazını etibarlı şəkildə azalda biləcək yeni nəsil dərmanlardır.

– Dərman müalicəsindən əlavə mədəni zədələyə biləcək faktorlardan – alkoqol qəbulundan, siqaret çəkmədən, stressdən, çox isti qidalar və içkilərdən çəkinmək lazımdır.

– Qastritdən əziyyət çəkən insanlar çox yağlı, istiotlu yeməklərdən qaçmaları məsləhət görülür.

Həkim məsləhəti olmadan dərmanlar qəbul edib qastriti müalicə etməyə çalışmayın. Çünki xəstəliyi diferensiasiya etmək mütləq vacibdir.

Qastrit və xora xəstəliyi mədə-bağırsaq sistemi xəstəliklərinin arasında birinci yerlər tutur.  Mədə və 12 barmaq bağırsağı xorası çox təhlükəli xəstəlikdir ki, uzun müddət ərzində movcud olan xora mədə və 12 barmaq bağırsağı xərçənginə səbəb ola bilər. Müasir dərman preparatların köməyi ilə qastrit və xora xəstəliyi çox uğurla müalicə olunur. Lakin müalicədən əlavə bu xəstəliklər zamanı xüsusi qidalanma rejimi də çox böyük müalicəvi rol oynayır.

 

Əsas qaydalar:

– Bütün qızardılmış, duzlu, istiotlu, hisə verilmiş, marinada qoyulmuş qidalar qidalanmadan tamamilə çıxarılmalıdır.

– Bütün qidalar yalnız suda və buğda bişirilmişməlidir (yağda yox!).

– Qida daha tez-tez və kiçik miqdarlarla qəbul olunmalıdır ki, mədə yüklənməsin.

– Çox isti və çox soyuq qidaları və içkiləri qəbul etmək olmaz. Bu qaydaya hətta tam sağlam insanlar riayət etməlidir. Həm çox soyuq, həm də çox isti qida və içkilər insan sağlamlığına ciddi ziyan vurur.

– Bu kimi qidaları qəbul etmək olmaz: təzə çörək və un məmulatları; çiy meyvə-tərəvəz, giləmeyvə; pendir; turş süd məhsulları; şokolad; tünd çay, qəhvə; ketçup, mayonez və s. souslar; kolbasa və sosis məmulatları; şirniyyatlar (tortlar, pirojnalar).

 

Bu kimi qidaların qəbulu tövsiyə olunur:

  • duru südlü sıyıqlar (manna, yulaf, qarabaşq, düyü),

 

  • buğda və ya suda bişirilmiş ət (ət yağlı olmamlıdır), buğda bişirilmiş kotlet, bişmiş yumurta, bişmiş kök, kartof, çuğundur,

 

  • moruqlu, çiyələkli kisel (kiselin tərkibində olan nişasta qastrit və xora xəstəliyi zamanı müalicəvi təsir edir – mədənin divarlarında qoruyucu qat əmələ gətirir)

 

  • süd, qaymaq, südlü kokteyl, südlü çay

 

  • kərə yağı və bitki yağları.

 

Xəstə az porsiyalarla gün ərzində 5-6 dəfə qidalanmalı, ədviyyatlı, tomatlı, konservləşdirilmiş, çox yağlı və qızardılmış qidalardan istifadə etməməli, spitrli içkilərdən və tütün məmulatlarından uzaq olmalıdır. Qiqalar asan həzm olunan olmalı, yaxşı bişməli, ağızda yaxşı çeynəməli, çox isti və ya soyuq olmamalıdır. Reflüks-qastritlərdə və tuşluğun artması ilə gedən qastritlərdə kofe, şokalad, tünd çay, qazlı içiklər məsləhət görülmür.

 

 

 

 

 

 

 

 

Yazar: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://turaz.org/sabah-bakida-hava-kulekli-olacaq-dagliq-rayonlara-yagis-yagacaq/

 

Həmçinin bax: https://kafkazh.com/qan-qruplari/