Qasim Süleymaninin yerini ABŞ kəşfiyyatına bildirən şəxs edam olunub
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandanı, general Qasim Süleymaninin ölümündə təqsirləndirilən Mahmud Musəvi Məcd edam edilib. APA-nın Tehran bürosunun məlumatına görə, casusluqda ittiham olunan şəxslə bağlı çıxarılan hökm iyulun 20-də səhər saatlarında icra olunub. Mahmud Musəvi Məcd həm İsrail kəşfiyyatına, həm də ABŞ kəşfiyyatına işləyib. O, pul alaraq Qasim Süleymaninin gediş-gəlişi ilə bağlı məlumatları toplayıb və aidiyyəti üzrə ötürüb.
Mənbə: apa.az
Xəbərçi: Şəbnəm İbrahimli