Qarayeva sağalanlara müraciət etdi: Könüllü olaraq…
Qarayeva sağalanlara müraciət etdi: Könüllü olaraq…
Bütün dünyada olduğu kimi, koronavirusdan sağalan xəstələrin plazması ağır xəstələrin müalicəsində istifadə olunur.
Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.
“Azərbaycan bu müalicə üsulunu tətbiq edən ilk ölkələrdəndir. Bu prosesə çox diqqətlə yanaşmaq lazımdır. Mən də vətəndaşlara müraciət edirəm ki, sağaldıqları halda könüllü olaraq donor olsunlar. Bu müalicə üsulunun nəticələri çox müsbətdir və müalicə prosesində buna təlabat var”, – o bildirib.
Mənbə:axar.az
Müxbir:kafkazh.com xüsusi müxbir Ələkbərova Nuray