Qaraxanilər dövləti

X əsrin 90-cı illərində Şərqi Türküstan, Yeddi Su və Cənubi Tyan-Şanda bir türk dövləti yarandı. Dövlət onu idarə  edən  və  “Qara xan”  sülaləsinin adı  ilə  adlanırdı. Qaraxanilər dövlətinin hakim sülaləsi  adı  ilə adlanırdı. Qaraxanilər dövlətinin hakim sülaləsi və onun tarixi haqqında məlumatlar az və ziddiyətlidir. Ərəb müəllifləri  Qaraxanilər  sülaləsini  “Əfrasiabın  varisləri”  adlandırır və “Arslan xan”, “Buqara xan” və “ Xaqan” titullarını  daşıdıqlarını  yazırlar. Bir  qrup tədqiqatçılar Qaraxanilər sülaləsini uyğurlara, digərləri karluklara, Türkiyə  tarixçiləri isə Altay türklərinə aid edirlər. Son  tədqiqatlar   Qaraxanilər   sülaləsinin türkmənşəli Çiqil tayfasından   çıxdığını göstərmişdir. Ehtimal edilir ki, Yaqma adlı türk tayfa birləşməsinin hərbi-feodal əyanları Mərkəzi Asiyaya  daxil olmuş və Çiqil adlı türk tayfasının hərbi  köməyi  ilə  hakimiyyət  uğrunda  mübarizəyə  başlamışdılar. Ərəb müəllifi   ibn  Fədlana  görə hakimiyyət uğrunda  mübarizəyə  başlamışlar.   Qaraxanilər də  çoxlu varlı  bəylər  vardı. Bəzi  bəylərin  10min atı və 100 min baş qoyunu  vardı. Mənbələrdə   aydın  olurki , Qaraxanilər sülaləsinin  banisi   Satuk Buqra xan adlı bir türk olub. Onun atası Bazır  Arslan  xan adlanmışdır. Satuk bu sülalədən  ilk  hakim kimi islamı  qəbul  etmiş  və uşaqlıqda  Kaşqar  şəhərində  əmisi  Oğulçak  Qədir  xanın yanına  köçmüşdü. Satukun  iki  oğlu  olmuşdur: Baytaş( müsəlmanca adı Musa) və  Süleyman. 955-ci ildə  Satuk  öləndən  sonra  olu  Musa  Kaşqarda  hakimiyyəti  ələ almış  islamı   dövlət  dini elan  elan  etmişdir. Ondan  sonra  hakimiyyətə qardaşı oğlu  Harun  Buqra  xan (müsəlmanca adı  Əli -975-998-ci illər)  gəlmişdi.  Onların  vaxtında  dövlətin  ərazisi  xeyli genişlənmişdi. Belə ki , mərkəzi  Tyan Şanın  cənubi-şərqi  hissəsi və Kaşqarın  şimal rayonları Kaşqara  birləşdirilmişdi.  Qaraxanilər  adlanan  sülalə tezliklə indiki  Qazaxıstan  ərazisinə  hücüm  edib Balasaqun  şəhərini tuturlar. Onlar  Çu  vadisində  möhkəmlənərək  şimal-şərqə  hərəkət  etdilər. Daha sonra  Qaraxanilər  İli çayı  hövzələrində  yaşayan  yaqma, tuxsi , çiqil , çaruk  və uqrak  türk tayfalarını  özünə   tabe vəziyyətə  salmışdılar. Qaraxanilərin ordusu  ilə uqraklar  arasında  qanlı  döyüş   haqqında  Mahmud  Qaşqarlı  məlumat  verir. Qaraxanilər  şimalda  İrtış  çayı sahillərində  yaşayan  imək  türk tayfası  ilə də uzun müddətli  döyüşlər  keçirdilər. Şimali şərqdə  Qaraxanilərin  əsas düşməni  Yabaku adlı türk  tayfa birləşməsi  idi. Mahmud Qaşqarlı  Arslan –Tiqinin  başçılığı  ilə  Qaraxanilər  ordusunun  Buqa Budraçın  başçılığı  ilə Yabaku  tayfası  arasındakı  döyüşü  də təsvir edir.

Mahmud Qaşqarlının  məlumatları  əsasında demək olur ki,  Qaraxanilər dövləti  Şimali-şərqdə  Balxaş, Sasık –kul və Ala –Kul istiqamətlərində  sərhədlənirdi. Mərkəzi Tyan-Şanda  və Qazaxıstanda  ərazisində  möhkəmlənmiş qaraxanilər  qərbə tərəf  hərəkətə başladılar. Qərbdə Fərqanə və Mavərənnəhr yerləşirdi. X əsrin  80-ci illərinin  axırlarında qaraxanilər Fərqanəni  və 930-cu ildə  İsficabı  tuturlar.

Bu vaxt  Samanilər dövləti  hansı ki, bu ərazilər  ona tabe idi, böhran keçirirdi. Türk mənşəli Əbu Əli və Faiq adlı  qüvvətli  feodallar samanilərin  əmiri  II Nuh ibn Mənsurun  hakimiyyətini  tanımaq belə  istəmirdilər. 992-ci ildə  Qaraxanilər  hökmdarı  Harun Buqra xan ordusu ilə Buxaraya hərəkət  etdi. Baş vermiş  döyüşdə  Saman qoşunu  başda sərkərdə  Ayaz olmaqla məğlub oldu.

Samanilərə  qulluq etmiş  türk  feodalları  Əbu Əli  və Faiq  Qaraxanilərin  tərəfinə keçdilər. Qaraxanilər ordusu   ilə Saman  ordusunun  böyük  növbəti  döyüşü  Xarcəng adlı yerdə  baş verdi. Saman  ordusunda Faiq  elə etdiki ki, Qaraxanilər  ordusu  qələbə çalsın. Qaraxanilər  xaqanı  Harun Samanilərin  paytaxtı  Buxaranı  tutdu. Az sonra, 992-ci ildə  Harun vəfat etdi. 996-cı ildə  Qaraxanilər  ordusu Nəsir ibn Əli başda olmaqla  yenidən  Mavərənnəhrə səfər etdi. Samanilər ordusunun  başçısı  Sebuk-Tiqin  Nəsir ibn Əli ilə  danışığa girdi və Amudəryadan şimaldakı  ərazini  verməklə  razılığa gəldilər. Samanilərin  sarayında  iğtişaş  baş verdi və saray  adamları Saman hökümdarı  Mənsur ibn  Nuhu tutub  gözlərini  çıxartdılar və 10 oktyabr  999-cu ildə Nəsir  ibn Əli Buxaranı  tutmaqla Samanilər dövlətinə son qoyuldu.

Bundan sonra qaraxanilər Xorasanı  tutdular. Qaraxanilər ordusunun   sərkərdələri  Cəfər –Tiqin, Subaşi-Tiqin Xorasanı  şəhərləri  Herat və  Bəlxi tutdular. Nəticədə  Qaraxanilər   dövləti  Mərkəzi  Asiyanın  böyük bir  dövlətinə  çevirildi. Qaraxanilər  hakimiyyətə gəldikdə  Mərkəzi Asiya  əyalətlərinin  çoxunda  yerlərdə  hakimlər  karluklar idilər. Karluk və çiqil tayfalarından   olan bəylər  Qaraxanilərə  qulluq etməklə  mövqelərini  saxlamışdılar. Harun Buqra  xandan  sonra onun  yerinə İlik  xaqan (müsəlmanca adı Əhməd-998-1017) keçdi. O Səmərqəndi və Buxaranı  işğal etdi. 1024-1025 –ci illərdə  Qaraxanilər  dövlətində  hakimiyyət  Qaraxani  sülaləsinin  başqa bir qolundan   olan  Yusif  Qədir  xana keçdi. O, əvvəlki  Qaraxanilər  xaqanı  Əli-Tiqinə  qarşı mübrizəyə  başladı və hakimiyyəti  ələ keçirdi.

Yusif Qədir  xanın böyük oğlu Əbu Şuca  Süleyman  Arslan xan hakimiyyətə keçdikdə  1043-cü ildə  dövlətin  ərazisini qardaşları  və qohumları  arasında bölüşdürüldü. Balasaqun  və Kaqarı  özü  götürdü. Qardaşları Buqra xan Məhəmmədə və Arslan –Tiqinə isə Tarax  və İsficab əyalətlərini, əmisi Tuban xana  Fərqanəni , Əli –Tiqinin  oğluna  isə Buxara  və Səmərqəndi  verdi.Beləliklə, Qaraxanilər  dövləti iki müstəqil  xanlığa  bölündü: Şərq xaqanlığının  mərkəzi Balasaqun, sonra isə  Kaşqar, Qərb  xaqanlığının  mərkəzi   Uzkənd, sonra isə  Səmərqənd oldu. Əli-Tiqin  öləndən sonra  Mavərənnəhrdə  hakimiyyət  uğrunda  mübarizə  başlandı, nəticədə

XI  əsrin 40-cı  illərinin  əvvəllərində  hakimiyyətə Buru-Tiqin İbrahim ibn  Nəsr gəldi və o, “Tamqac  xan” titulunu qəbul etdi.

Qaraxanilərin şərq hissəsinin  başçısı Toğrul Kara xan  İbrahim ibn Nəsirin  oğlanlarının  hakimiyyət  uğrunda  mübarizəsindən istifadə edərək , 1069-1070-ci illərdə Qərbi Qaraxanilərlə  mübarizəyə başladı  və bir sıra  əyalətləri ondan qopardı.

Bu vaxt  Səlcuq türklərinin  sultanı Məlik şah  artıq  qüvvətlənmişdi, çünki  o, 1089-cu ildə Buxara  və Səmərqəndi tutmuşdu. Həm də bu vaxt   Qərbi Qaraxanilərdə  müsəlman  ruhaniləri  arasında  ziddiyyət yaranmışdı. Müsəlman   ruhanilər  Məlikşaha  müraciət etdilər . Məlikşah  Əhmədi  hakimiyyətdən  kənar etdi və özü Xorasana  yola düşdü.  Bu vaxt  Səmərqənddə  türk çiqil  tayfası  üsyan  qaldırdı və Şərqi  Qaraxanilərdən   xaqanın  qardaşı  Yaqub Tiginə  müracət  etdilər. O, Səmərqəndə  gəldi, lakin nədənsə  çiqillərin  üsyan başçısı  ilə  düz gəlmədi, onu tutub başını  kəsdi və atanın   yəhərinə  bağladı. Onda Sultan  Məlikşah  yenidən  Xorsandan  Mavərənnəhrə qayıtdı,Yaqub-Tiqin qaçdı, sultan  Buxara və Səmərqəndi  tutdu və Şərqi Qaraxan  xaqanına  adam göndərdi ki, Yaqub –Tiqini  tutub ona göndərsin . Qaraxani  xaqanı  onun bu  təklifini  qorxudan  yerinə yetirdi, lakin bu zaman Xorasandda vəziyyət   dəyişdiyinə görə  tez ora qayıtdı.

1092-1093-cü  illərdə ruhanilər  xaqan Əhməd xana qarşı yenə üsyan etdilər və onu tutub kafirlikdə  təqsirləndirərək  dərisini soydula. XI əsrin II  yarısında  Şərqi Qaraxani  xaqanlığının  başında Süleyman ibn Yusif, Qərbi Qaraxani  xaqanlığında  isə  qardaşı  Məhəmməd  xaqan  dururdu. Lakin 1097-cı ildə Məhəmməd  qəfildən  hücm edərək qardaşı Süleymanı tutub dama saldı və şərqi  xaqanlıqda hakimiyyəti ələ aldı.

Bəhanə bu olduki , guya Süleyman dövlət işi ilə məşğul  olmur, bütün  günü sarayda gözəl  arvadlarla keyfdə keçirir.Məhəmməd  vəd etdiki , ondan sonra hakimiyyətə  birinci arvadından  olan oğlu Hüsey keçəcək. Bu söhbət xaqanın ikinci  arvadını narazı saldı , çünki  o da  oğlan  doğmuşdu. Ona görədə  bu arvad  ərini öldürmək  planını qurdu. Axşam əri  onun otağında olanda , qəsdən naz-qəmzələndi, ərinə dediki, istəyir özü   onu yedirtsin, içirtsin. Xaqan da razı oldu. Dəmlənmiş ərinə  arvad orada  zəhərli içki  içirtdi və onu zəhərlədi. Arvad tez sarayda ona sadiq olan nökərlərinə  əmir etdi ki ,  ərinin bütün  qohumlarını, o cümlədən öz günüsünü(yəni xaqanın birinci arvadını) və xaqanlığa  namizəd  oğlunu  öldürtsünlər. Qardaşı  tərəfindən dama  salınmış  Süleymanı  isə  boğdurdu. Bundan sonra arvad  kiçik yaşlı  oğlu İbrahimi  xaqan taxtına  oturtdu. Sonra da  bu xatun  oğulundan  tələb etdi ki,  hakimiyyətini   qüvvətləndirmək  üçün  nüfuzlu  hakim  Barsxanın  əlinə  keçəcəyindən  qorxaraq  özünü öldürdü. Bununla da ,  əslində  Qaraxanilər   dövlətinin  sonu çatdı çünki az sonra  XII əsrin  40-cı  illərinin   əvvəllərində  türk tayfası   kidanlar (yaxud qara kitaylar) Qaraxanilər dövlətini  vassal vəziyyətinə  saldılar. Qaraxanilər dövləti  onlara  illik xərac verdiş 1212-ci ildə Xarəzmşah Məhəmməd bu dövlətə son qoydu.

Ədəbiyyat:
Əsməd Muxtarova-Türk Xalqlari Tarixi- ELM 1999

Yazar: İbrahimli Samirə

Həmçinin bax Qaraxanlı dövləti

Həmçinin bax https://turaz.org/azerbaycan-veteranlari-prezident-ilham-eliyeve-muraciet-edib/