Qaraxani dövlətində təsərrüfat və siyasi quruluş.
Qaraxanilər dövləti feodal dövlət idi. Onun ərazisi əyalətlərə bölünmüşdü. Hər əyalətin başında xaqan tərəfindən təyin olunan və “iləkxan” adlanan canişin dururdu. İləkxan ona tabe əyalətdə məhkəmə və vegi məsələlərinə baxırdı. Bu canişinlər dövlətə hərbi xidmətlərinə görə iqta adlanan iri torpaq mülklərinə sahib olduqlarına görə farsca iqtadar adlanırdılar.
Qaraxanilərin hakimiyyəti illərində Mərkəzi Asiyada əkinçilik , sənətkarlıq və ticarət inkişaf etmişdi. Şəhərlərdə islam dini təhsil ocaqları açılmışdı. Mədəniyyət öz dövrünə görə yüksəliş dövrü keçirirdi. Yusif Balasaqunlunun “Kutadqu biliq” (Xoşbəxtlik bəxş edən elm) əsəri bu dövrdə yaranmışdı. Uzkənd şəhərində zəngin naxışlı portallı türbələr tikilmişdi. Hindistan və Ön Asiya dövlətləri ilə ticarət əlaqələri genişlənmişdi. Əhalinin əksəriyyəti türk tayfalarından ibarət idi. Lakin bu köçəri maldarlıq yaylaq-qışlaq maldarlığı idi, yəni maldar ellər yayda yaylaqlara , qışda qışlaqlara gedirdilər. Ona görə də həm əkinçiliklə, həm də sənətkarlıqla məşğul olurdular.
Çu və Talas çaylarının hövzələrində, Kara-Tau ( Qaradağ) dağlarının şimal yamaclarında əhalinin əksəriyyət hissəsi əkinçi idi. Maldarlar ən çox qoyun saxlayırdılar , lakin qaramal da saxlayırdılar, çünki yeməklərin əsasını maldarlıq məhsulları təşkil edirdi. “Hüdud əl-Aləm” adlı bir anonim farsca coğrafi əsərdə qeyd olunurki, Qaraxanilər dövlətinin şərq hissəsinin əhalisi olan yaqma, karluk, çiqil, tuksi və qırğız tayfalarının əsas var dövləti qoyun , inək və atdır. Mərkəzi Tyan-Şanda əhali dəvə və keçi də saxlayırdılar. Yusif Balasaqunlunun əsərində maldarların yeməklərinin adları çəkilir: kumıs(at südü), süd, yun, yağ kurt( azərbaycan dilində “ qurut” , bu qurudulmuş pendir yumrusudur), süzmə və s. Maldarlar alaçıq və çadırlarda yaşayırdılar. Həmin müəllif yazır ki, köçərilərdə kiyik , maral, sayçaq və ayı ovu geniş yayılmışdı. Mal-qaranı və qoyunu canavardan qorumaq üçün tələlər qururdular. Bunun üçün canavar keçidlərində quyular qazıyır, üstünü nazik otla örtürdülər , qəsdən quyuların yaxınlıqlarında isə ağaca qoyunlar bağlayırdılar. Qoyunu görən canavar hücm etdikdə quyuya düşürdü. Türk tayfaları ov itlərindən və ev qularından da istifadə edirdilər. X-XII əsrlərdə Qaraxanilər də köçərilər tədricən oturaq həyata keçməsi prosesi genişlənmişdi. Qaraxanilərin xaqanları əkinçilər üçün müəyyən güzəştlər qoyurdular və bununla maldarları əkinçiliyə sövq edirdilər . Müharibələr vaxtı əkinləri tapdalamaq və əkinçilərə toxunmaq qadağan idi. Mahmud Qaşqari Mərkəzi Asiya türklərinin işlətdiyi əkinçilik terminlərini vermişdir: omaç, xış, bukursu “xışın dəmiri” , kətmən , oraq və b. Bundan başqa müəllif tarıq, yəni “darı” və arpa sözlərini də çəkir.
Qaraxanilər feodal torpaq sahibliyi hakim idi. Feodal torpaq sahibliyinin bir neçə forması idi.Onlardan biri “iqta” adlanırdı. Bu, hərbi xidmətlərinə görə bəylərə bağışlanmış torpaq sahəsi idi. İqta torpaq sahəsində yaşayan əhali həm iqta sahibinə, həm də dövlətə vergi verirdi. İqta sahibi “iqtidar” adlanırdı. Lakin iqta sahibi bu torpağı öz mülkünə çevirə bilməzdi. Feodal torpaq sahibliyinin digər forması “xaqan” torpaqları idi. Bu “əmlaki xas” adlanırdı. Bundan başqa “divan” torpaqları da vardı.
Yusif Balasaqunlunun əsərindən aydın olur ki, Qaraxanilər dövründə əhali qara camaat adlanır ki, buna qədim türklər “kara-budun” deyirdilər və üç təbəqədən ibarət idi: sıravi ailələr , orta ailələr və varlılar . Şəhər əhalisinin yoxsul adamları “əyyar” adlanırdı. Mənbələrdən aydın olur ki, bu dövlətlərdə qul əməyindən hələdə geniş surətdə istifadə olunurdu, lakin qullar əsasən mülkədarlara məxsus təsərrüfatlarda işlədilirdi.
Qaraxanilərdə pul buraxılırdı ki, bu da ticarət və sənətkarlığa təkan verən mühüm amil idi. Bazarlarda həm qızıl dinar, həm gümüş dirhəm, həm də mis pul işlədilirdi. Qədim türklər pula “təngə” deyirdilər. Türklərdə dinar uluqluk altın , gümüş pul əqinqə və bənək adlanırdı.
Qeyd edilməlidir ki, Qaraxanilər dövründə qədim türklərdə işlədilən bir sıra vəzifə adları və tutulları fars sözləri ilə əvəz olunmuşdu. Lakin sarayda ipək paltarları saxlayan qaiçi, qonaqları qəbul edilməsinə başçılıq edən- baruk, xörək bişirənlərin başçısı –aşçi, yazı yazanlar –bitukçi və s. adlanırdı.Vəzir yoqruş, ordu sü və çərik, sərkərdə sübaşi, tərcüməçi yalavac və s. adlanırdı.
Ədəbiyyat:
Əsməd Muxtarova-Türk Xalqlari Tarixi- ELM 1999
Yazar: İbrahimli Samirə
Həmçinin bax Qaraxanilər dövləti
Həmçinin bax https://tehsilim.org/huseyn-cavidin-dogum-gunu-qeyd-olunub/