Qarabağda Vətən müharibəsi
Artıq 30 ildir öz yurdundan didərgin düşmüş, həsrət çəkən xalqım 2016-2018 – ci illərdən sonra 2020-ci ildə düşmənə qarşı daha tədbirli cavab verməyə başladı. Hələ iyul aylarından başlayaraq düşmən mövcud olan sakitliyi pozmuşdur. Onların Tovuza hücumları zamanı bir neçə hədəfləri vardı. Ümumiyyətlə, düşmən əvvəlcədən bəyan etmişdir ki, Qarabağ ətarfında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa çalışacaq. İyuldaki hücum zamanı onlar haraya qədər irəliləyə biləcəklərini test edirdilər. Əsas məqsəd dövlətin sərhəddini keçərək Azərbaycan ərazilərini işğal etmək və TANAP boru xəttini nəzarətə almaq idi. Lakin, düşmənin bu həmlələri də uğursuz oldu. Sentyabrın 27 – dən başlayaraq Azərbaycan və Ermənistan arasındakı atəşkəs yenidən pozuldu. Düşmən 30 ildir boyunduruq altında qalan xalqımı nə qədər kiçik görsə də, bu gün Azərbaycan ordusu qarşısında aciz qalmışdır. Ordumuz bu günə qədərki ən böyük hünərini göstərərək istər hava qüvvələri, istər silahlı qüvvələr vasitəsilə düşmən təxribatlarının qarşısını alır.
Bəs Azərbaycanın bugünkü zəfər bayarmında digər ölkələr hansı baxışdan çıxış edir? Onlar dəstəyini necə göstərirlər?
TÜRKİYƏ: istər maddi, istərsə də mənəvi cəhətdən ən böyük dəstəkçimiz qardaş ölkə Türkiyədir. Onlardan aldığımız texnologiyalar, PUA-lar bizə avantaj saxlayır. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi cəbhəyə 500 ədəd ilk yardım çantası göndərmişdir. Bununla yanaşı, Türkiyədə Halkın Kurtuluş Partiyası Azərbaycana dəstək mitinqi keçirib. Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfəri zamanı nitqində bildirdi: “ Türkiyə və Türk xalqlarının can Azərbaycana dəstəyini göstərmək üçün gəldim. Bizə nə vaxt ehtiyac olarsa, hansı sahədə ehtiyac duyularsa, Azərbaycana hər cür dəstəyə hazırıq ”. Həmçinin o, çıxışında ” bütün dünya sülh istəyir, lakin 30 ildir atəşkəsdir və heç bir nəticə yoxdur ” – deyə də bildirib. Çavuşoğlu bildirdi ki, başda NATO olmaqla, bütün təşkilatlar və ölkələr ermənilərin Qarabağdan çıxmasını tələb etməlidir. Türkiyə prezidentinin çıxışlarında da bu dəstəyi görmək mümkündür: “ Türkiyə əlində olan bütün imkanlarla bu qanlı oyunu pozmağa hazırdır ”. Təbii ki, Türkiyənin bu dəstəyi düşməni təşvişə salır. Paşinyan öz nitqlərində Türkiyənin əsas məqsədinin “Türkiyə imperiyası” qurmaq və bu siyasət nəticəsində onların Avropaya qədər irəliləməsini iddia edir. O bildirir ki, sülh şəraiti yalnız terrorçular və Türkiyə bizim regiondan çıxdıqdan sonra olacaq. Lakin, bunu deyən Paşinyan ölkəmizə qarşı hərbi təcavüzdə xarici muzdlulardan, İraq və Suriya ərazisindən gətirilmiş kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edir. Onu da qeyd edək ki, ölkəmiz əleyhinə hərbi əməliyyatlarda iştirak etmiş PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilmişdir. Danışıqlardan terrorçuların ermənilərə köməyə gəlməsindən peşman olduqları və digər terrorçuların gəlməsinin qarşısını almağa çalışdıqları görülür. Və bunlar da düşmənin hər bir iddiasının əsassız olduğunu bir daha sübut edir. Hərbi əməliyyatlar başladıqdan sonra hər bir dəstəyi ilə yanımızda olan Türk xalqına minnətdarlığımızı bildiririk.
RUSİYA: Rusiya hal-hazırda proseslərə o qədər də qarışmır. Biz hava hücumuna qarşı qurğular olan S-300, bir sıra silahlar alırıq. Təbii ki, bunda heç bir məhdudiyyət yoxdur. Sadəcə, biz bu bahalı sistemləri pulla alsaq da, ermənilərə
hədiyyə olunur və ya kreditlə verilir ki, bu da kağız üzərində qalır. Rusiya, təbii ki, Ermənistanla müttəfiqliyini hər zaman qoruyur. Onlar KTMT təşkilatının ūzvüdürlər və bağladıqları müqaviləyə əsasən Ermənistan ərazisində hərbi
əməliyyatlar olarsa, bu zaman Rusiya müdaxilə etməlidir. Lakin, əməliyyatlar hal-hazırda Azərbaycan torpaqlarında gedir. Biz bizim olanı istəyirik, düşmən torpağını yox!!!
İRAN: Ermənilər etiraf edir ki, cənubdan (İran sərhəddindən) edilən hücumların qarşısını ala bilmirlər. Ermənistan Müdafiə Nazirliyinin iddiasına görə Azərbaycan ordusu cənub xəttindən Araz boyunca irəliləyib Dağlıq Qarabağın İran ilə əlaqəsini kəsmək istəyir və əsas məqsəd İran-Dağlıq Qarabağ qarşıdurması yaratmaqdır. Təbii ki, bunlar düşmənin çarəsizliyinin nümunəsidir. İran prezidenti isə hər zamankı kimi sülhün tərəfdarıdır. O bildirib ki, ərazisinə mərmi düşəcəyi halda, hər iki tərəf cavab verəcək.
FRANSA: Minsk qrupunun həmsədri olaraq Fransanın ermənilərə dəstək olması heç də düzgün deyil. Aydındır ki, bu, ermənilərlə qohumluq və başqa əlaqələrin üstünlüyündən irəli gəlir. Prezidentimizin çıxışında Emmanuel Makronun üzr istəməsi bildirilib. Fransanın Alfortville şəhərində qondarma Dağlıq Qarabağı dəstəkləyən mitinq də keçirilmişdir. Mitinqdə dövlət və hakimiyyət nümayəndələri də iştirak edib. Bununla yanaşı, Əfqanıstan, Gürcüstan, Ukrayna, İngiltərə Azərbaycana olan dəstəklərini nümayiş etdirir. Hətta müsəlman ölkəsi olan İrandan daha çox İsrailin ölkəmizə dəstək olması da danılmazdır.
Bu gün Qarabağda bir dənə də olsun Azərbaycanlı yoxdur. Və ordumuz hər vəchlə torpaqlarımızın düşmən tapdağından alınması və üçrəngli bayrağımızın bütün Azərbaycan yurdunda dalğalanması üçün dayanmadan vuruşur. Bu günə kimi aparılan hərbi əməliyyatlar zamanı 17 kənd (Cəbrayıl rayonunun kəndləri daxil) , Cəbrayıl rayonu, Murov dağı zirvəsi və bir sıra yüksəkliklər azad edilmiş, düşmənin hərbi texnikası və obyektəri məhv edilmiş, qənimət götürülmüşdür.
Atəşin dayandırılması üçün əsas şərtlər isə bunlardır:
• Erməni ordusu Azərbaycan ərazisini tərk etməlidir.
• Ermənistan rəsmi surətdə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.
• Paşinyan Azərbaycan xalqından üzr istəməlidir.
• Ermənistan ordusu qoşununun Azərbaycan ərazisindən çıxarılmasının
qrafikini təqdim etməlidir.
Xalqımız hər zaman səninlədir rəşadətli Azərbaycan Əsgəri!!! Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Yazar: Vəsilə Allahverdiyeva
Həmçinin bax: Azərbaycanlı deputatların Rusiya dövlət dumalarında iştirakları
Həmçinin bax: https://tehsilim.org/dovlet-imtahan-merkezinde-oktyabrin-12-de-gre-general-test-imtahani-kecirilecek/
Həmçinin bax: https://turaz.org/gurcustan-portali-azerbaijandaki-xristian-icmalari-rehberlerinin-fransa-prezidentine-muracietini-yayib/