“Qarabağ bizim dünənki və bugünkü ağrımız”
Dərd üstündən dərdi mənim dərdimi,
Alıb yerə sərdi mənim dərdimi,
Dərk eyləyər dərdli mənim dərdimi
Qara üstdən bağlayıbdır qara bax,
Qara bəxtlim, Qarabağım, Qarabağ.
Qarabağ, qəlbimizin ən dərin yarası!
Qarabağ, yaşlı gözlərimizin nuru!
Qarabağ, Vətənimizin ən dilbər guşəsi!
Qarabağ, yurdumuzun ən müqəddəs torpağı!
O torpaq ki, yüzlərlə Babək və Koroğlu kimi oğullar yetişdirib… O torpaq ki, vətənimizin keşiyində duran vətənpərvər igidlər böyüdüb.
Torpaq insanın alın təri ilə yoğrulduqca qiymətlənir, şəhidlərin qanı ilə suvarıldıqca müqəddəsləşir. Vətənimizin dilbər guşəsi olan Dağlıq Qarabağ və neçə-neçə rayonlarımız 30 ildir ki, başına qara örtük sarımış, ürəyindən qara qanlar axır. Minlərlə mərd oğullarımız şəhid olmuş,qız-gəlinlərimiz əsir düşmüş, bəziləri də vəhşicəsinə qətlə yetirilmişdir (Həmçinin hamilə qadınlar da). Qocalara hətta körpə uşaqların da canına qıymış və çoxunu orqanlarını hissələrə bölərək hərəsini bir bucağa atmışlar.
Vətən torpağının 20%-i düşmən əsarəti altında qalmışdır. Bununla da qeyrətli Vətən övladlarının içində intiqam ocağı alovlanmışdır. Əsir Qarabağımızın qarşısında həmişə utancla baş əymişik. Lakin biz-Azərbaycan övladları birlik olsaq, intiqam ocaqları yer-yerdən alovlanaraq, göy üzünün bütün təbəqələrinə (qatlarına) ucalar. Bu birlik əbədi məşələ çevrilərək öz yuvasında düşmənin bağrına saplanar..!
“Gün o gün olsun ki” o günü görək,
İrəvan xanlığı qurulsun orda.
Vətənin müqəddəs borcunu verək,
Babəklər yerləşsin o qoca yurda.
Yazanı: Gülnar Nəzərli
İnşallah, tezliklə Koroğlu nəslinin davamçılarının nərəsi Qarabağın uca zirvələrindən eşidilər. Əlbəttə, bu Vətən eşqi ilə çırpınan hər bir ürəyin arzusudur. Vətən qarşısındakı borcumuzu ləyaqətlə yerinə yetirmək üçün hamımız bir əsgərtək hazır dayanmalıyıq. Biz bu gün “Qarabağ bizimdir”- deyib özümüzə təsəlli versək də, Qarabağ mənfur Erməni cəlladlarının işğalı altındadır. Onu qaytarmaq üçün sülh danışıqlarından çox, vətənpərvərlik hissi, mübarizə əzmi, lazımdır. Çünki, sülh danışıqları onlara kar etməz. Mənə Pedaqogikadan dərs deyən müəllimim-Əlibala Zalov deyirdi ki, “Düşmən ilə öz dilində danışmaq lazımdır.”
Ana Vətən, sinəsi dağlı Qarabağ bizi çağırır, Qarabağımız dardadır… Bizi səsləyir, bizi gözləyir, bizdən kömək diləyir..! Bu torpaq yad əlləri, yad dilləri, yad nəfəsləri qəbul edə bilmir!!! Dişi şirəyə batan mənfur Erməni cəlladları Dağlıq Qarabağı ondan-bundan saxtakarlıqla zəbt etdikləri ərazilərə birləşdirib bir dövlət qurmağı qarşılarına məqsəd qoyaraq Azərbaycan xalqına qarşı amansız terror törətdilər.
Yüzlərlə, minlərlə Vətən övladları canlarından keçdilər. Bu yolda qələbə çalmaq üçün, hər şeylərini fəda etdilər və qəhrəmancasına vuruşdular. Əliyalın, köməksiz əhali əsas insani keyfiyyətlərinə güvənərək bu yolda addımladılar; cəsurluq, mərdlik, igidlik, qürurluluq, özünəinam və ən önəmlisi isə ŞƏRƏF !!! Mənfur Erməni cəlladları qalib olduqlarını zənn etsələr də, onların süni silahları bizim həmvətənlərimizin sadəcə cismini aldılar. Amma bizim həmvətənlərimiz öz adlarını qanlarıyla yazaraq o uca məqamı- ŞƏHİDLİK məqamını qazandılar. Əsl qələbə bu deyilmi?! Onlar öz qürur və şərəflərini hər şeydən uca tutaraq ölümə sevinərək addımladılar. Ona görə biz Ən Böyük qalibik.
Zaman-zaman acınacaqlı itkilər verən bir vətənin oğul və qızlarının sakit, süküt içində ömür sürməyə haqları varmı?!
Ana Vətənə düşmən gözləri dikilibsə bütün el ayağa qalxmalı, düşmənin gözlərini oymalıdır! Kiçikdən böyüyə qədər hamı bir əsgərtək hazır dayanmalıdır.
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən!
Yazanı: Səməd Vurğun💐💙
Mən də bir Vətən övladı olaraq, Vətən qarşısında söz verirəm ki,bu erməni faşistlərinin cavabını öz yazılarımla verəcəyəm. Və bütün qəlbimlə, bir ömür boyu elə məhz bunun üçün çalışacağam.
Yazar: Gülnar Nəzərli Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi.