Qar və buzlaqlar

*1* Hidrosferin sülb hissəsini təşkil edən qar və buzlaqlar fiziki-coğrafi proseslərin formalaşması və insanların təsərrüfat fəaliyyətində böyük əhəmiyyətə malikdir.

*2 Qar* – buludlardan buz kristalları formasında düşən atmosfer yağıntısıdır.

+ Qrunta çökən yeni yağmış qar çox dəyanətsiz olub tezliklə dəyişir.

+ Onun metamorfizmə uğrama intensivliyi və istiqaməti temperaturdan asılıdır.

*3 Təbii buz* – Yerin müxtəlif təbəqələrində mənfi temperatur şəraitində əmələ gəlir.

*4* Yerləşmə xüsusiyyətinə görə o atmosferdə, səthdə, yerin altında və dənizlərin səthində formalaşa bilər.

*5* Vaxt baxımından bu buzlar qısa dövrlü, mövsümü və çoxillik ola bilər.

+qısa dövrlüyə*epizodik yağmış (tez əriyən) qar*

+mövsümiyə*qış fəslinin qar örtüyü*

+çoxilliyə isə – *buzlaqlar və çoxillik qarlar misal ola bilər*

*6 Buz* -Yer səthində ən geniş yayılmış dağ süxurudur.

+ buzlaqların su həcmi, bütün səth suları həcmindən təxminən 32 dəfə, çay axımı həcmindən isə 600 dəfə artıqdır.

+ Buzlaqlardakı buz kütləsinin yeniləri ilə əvəz olunmasına orta hesabla 9600 il, Antraktidanın mərkəz hissəsindəki buzlar üçün təxminən 200 000 ildən artıq vaxt tələb olunur.

*7* Atmosfer, litosfer və hidrosferin təmas sahəsindəki mənfi temperaturlu zona – *kriosfer* adlanır.

+Kriosferin yuxarı sərhədi təxminən 100 km yüksəkdə, (yüksək dərəcədə soyumuş mezopauza və oradakı gümüşü buludlar sahəsi) aşağı sərhədi Antraktidada yer səthindən 4-5 km dərində, qütbə yaxın adalarda 1,5-2,0 km və aşağı enliklərdə isə yer səthinə yaxınlaşır.

+ *Bütün kriogen proseslər*: qar örtüyü, donmuş torpaq və dağ süxurları, buz əsaslı buludlar, dağ və örtük buzlaqları və yeraltı buzlar kriosferdə formalaşaraq inkişaf edir.

+ Kriosferdəki prosesləri öyrənən elm sahəsi – *kriologiya* adlanır.

*8 Buzlaq* – yer səthində sülb atmosfer yağıntılarının akkumulyasiyası və kipləşərək dəyişməsindən əmələ gələn buz kütləsi olub, ağırlıq qüvvəsinin təsirilə deformasiyaya və sərbəst hərəkətə malikdir.

+ Buzlaqlar haqqında elm – *qlyasiologiya və ya buzlaqşünaslıq* adlanır.

*9* Qlyasiologiyanın məqsədi:

1.buzlaqların əmələgəlmə şəraiti və xüsusiyyətləri,

2.onların tərkibi,quruluşu və fiziki parametrləri,

3.geoloji və geomorfoloji fəaliyyəti,

4.ərazi üzrə paylanması və coğrafi mühitlə qarşılıqlı əlaqələri.

*10* Buzlaqlar haqqında ilk məlumatlar buzlaq massivlərinə yaxın ərazilərdə yaşayan və buzlaqların hərəkəti onların həyat şəraitinə təsir edən xalqlara məxsusdur.

+ *1. Buzlaq* – mənşə etibarı ilə çökmə xüsusiyyətlidir, yəni təbii qarın toplanmasından yaranır.

+ Qütb zonalarına yaxın hissədəki dəniz və okean səthinin donması ilə əmələ gələn pak buz örtüyündən kəskin fərqlənir, çünki dəniz səthində əmələ gələn buz örtüyü əsasən su səthinin donmasından formalaşır, qarın bu prosesdəki rolu çox cüzidir.

+ *2. Buzlaq* – quru səthində formalaşır və onun bəzi ayrı-ayrı çıxışları və dili okean dayazlığına hərəkət edə bilər.

+ Ümumən, bütün buzlaqlar materiklərdə yaranır.

+ *3. Buzlaq* – buzun xüsusiyyətlərindən asılı olaraq sərbəst, özünəməxsus hərəkətə malikdir.

+ Yəni, qurudakı hər hansı bir hərəkətsiz buz parçasını və ya dəniz səthində külək və ya axınların təsirilə üzən aysberqi buzlaq adlandırmaq olmaz.

*11* Buzlaqlar əmələgəlmə xüsusiyyətləri və formalarına görə müxtəlif olduqlarından onları nisbi olaraq morfoloji və dinamik göstəricilərinə görə iki əsas:

+ *örtük və dağ-dərə* qruplarına ayırırlar.

*Örtük (materik) buzlaqları*– mürəkkəb quruluşlu olub buz qalxanları, buz gümbəzləri, şelf buzlağı və buz çıxışlarından ibarət, min və milyonlarla kvadrat kilometr sahəni əhatə edə bilən vahid dinamik sistemdir.

+ Qütblərə yaxın ərazilər üçün xarakterikdir.

+ Buzun hərəkət sürəti buzayırıcıdan kənarlara doğru artır.

+ Buzun sərfi örtüyün kənalarında yerləşən buz çıxışları (buzlaqlardan sınaraq okeana düşən aysberqlər) və səthi ərimə ilə baş verir.

+ Örtük buzlaqlarının buz çıxışının hərəkət sürəti ildə 100-1200m təşkil edə bilər.

+ Buz altındakı relyefin xüsusiyyətləri buz örtüyünün üstündə təzahür olunmur.

+ Örtük buzlaqlarının ümumi sahəsi 14,4 mln. km2 olub, onlardan 85,3%-i Antraktidada, 12.1%-i Qrenlandiyada və 2,6%-i digər ərazilərdədir (Kanada Arktik arxipelaqında, İslandiya, Şpisbergen, Frans İosif Torpağı, Novaya Zemlya, Severnaya Zemlya adalarındadır).

+ Ümumən bütün buzlaqlardakı buz kütləsinin 99 %-dən artığı örtük buzlaqlarında yerləşir.

+ Antraktida və Qrenlandiyanın örtük buzlaqları planetar miqyasda atmosfer sirkulyasiyası və iqlimə təsir edən amildir.

*Dağ-dərə buzlaqları* – aydın seçilən qidalanma (firn hövzəsi) və ablyasiya zonaları (buzlaq dili) ilə xarakterizə olunurlar.

+ Mülayim və isti iqlim ərazilərindəki dağ sistemləri üçün xarakterikdir.

+ Dağ-dərə buzlaqları özlüyündə üç fərqli qrupa bölünürlər: *zirvə, yamac (kar) və dərədə* inkişaf edənlər.

+ Zirvə buzlaqlarına misal olaraq: Qafqazda – Elbrus və Kazbek zirvələrini, Şimali Amerikada – Kordilyer, Cənubi Amerikada – And dağları, Afrikada – Klimancaro zirvəsi, Yeni Zellandiyada – Ruapexu zirvəsi, Kamçatkada – Şiveluç zirvəsi, Tyan Şan, Pamir və sair dağlarda müşahidə olunur.

Yazar ; Səbinə İsmayılova