Qanunlar və nəzəriyyələr
Tədqiqatın məqsədlərindən biri məlumatı bir çox hallarda tətbiq oluna bilən mənalı ifadələr şəklində təşkil etməkdir. Müəyyən bir araşdırma sahəsindəki bütün vəziyyətlərə tətbiq ediləcək qədər ümumi olan prinsiplər qanunlar kimi tanınır. Fizika elmlərində cazibə qanunu və termodinamika qanunları kimi məşhur qanunlar, psixologiyada təsir qanunu və Veber qanunu kimi hamı tərəfindən qəbul edilmiş bəzi qanunlar var. Lakin qanunlar çox ümumi prinsiplər olduğundan və etibarlılıqları kifayət qədər yaxşı təsdiq olunduğundan, onlar artıq birbaşa olaraq elmi sınaqlara nadir hallarda məruz qalırlar.
Təşkilat prinsipləri iyerarxiyasında qanunlardan sonra növbəti addım nəzəriyyədir. Nəzəriyyə müəyyən bir araşdırma sahəsində müşahidə edilən münasibətlərin hamısını deyil, çoxunu izah edən və proqnozlaşdıran inteqrasiya olunmuş prinsiplər toplusudur. Psixologiyada vacib bir nəzəriyyəyə misal olaraq isveçrəli psixoloq Jean Piaget tərəfindən irəli sürülmüş idrak inkişafının mərhələləri nəzəriyyəsidir. Nəzəriyyə bildirir ki, uşaqlar böyüdükcə bir sıra koqnitiv mərhələlərdən keçirlər, növbəti idrak mərhələsinə keçməzdən əvvəl onların hər biri ardıcıl olaraq mənimsənilməlidir. Bu, insan inkişafı baxımından son dərəcə faydalı bir nəzəriyyədir, çünki bir çox müxtəlif məzmun sahələrinə tətbiq oluna bilər və bir çox fərqli yollarla sınaqdan keçirilə bilər.
Yaxşı nəzəriyyələrin dörd mühüm xüsusiyyəti var. Birincisi, yaxşı nəzəriyyələr ümumidir, yəni bir çox fərqli nəticələri ümumiləşdirir. İkincisi, onlar təvazökardırlar, yəni bu nəticələrin mümkün olan ən sadə hesabını təqdim edirlər. İdrak inkişafının mərhələləri nəzəriyyəsi bu tələblərin hər ikisinə cavab verir. O, müxtəlif sahələr üzrə davranışdakı inkişaf dəyişikliklərini açıqlaya bilir və bununla belə, bunu cüzi şəkildə – sadə idrak mərhələləri nəzəriyyəsini fərziyyə etməklə edir. Üçüncüsü, yaxşı nəzəriyyələr gələcək tədqiqatlar üçün ideyalar verir. İdrak inkişafının mərhələləri nəzəriyyəsi təkcə idrak bacarıqlarını öyrənmək üçün deyil, həm də uşaqların əxlaqi (Kohlberg, 1966) və gender (Ruble & Martin, 1998) inkişafının öyrənilməsi üçün tətbiq edilmişdir.
Nəhayət, yaxşı nəzəriyyələr saxtalaşdırıla bilər (Popper, 1959), bu o deməkdir ki, faiz dəyişkənlikləri adekvat şəkildə ölçülə bilər və nəzəriyyə tərəfindən proqnozlaşdırılan dəyişkənliklər arasında əlaqələrin yanlış olduğu tədqiqat vasitəsilə göstərilə bilər. İdrak inkişafının mərhələləri nəzəriyyəsi saxtalaşdırıla bilər, çünki idrak təfəkkürünün mərhələləri ölçülə bilir və əgər tədqiqat, məsələn, uşaqların bu tapşırıq üçün tələb olunan idrak mərhələsinə çatmamışdan əvvəl yeni tapşırıqları öyrəndiyini aşkar edərsə, o zaman nəzəriyyənin yanlış olduğu göstərilməlidir.
Heç bir nəzəriyyə bütün hallarda hər bir davranışı izah edə bilməz. Əksinə, nəzəriyyələrin hər biri məhduddur, belə ki, onlar bəzi vəziyyətlər və ya bəzi insanlar üçün dəqiq proqnozlar verdiyi halda digər vəziyyətlər və ya digər insanlar üçün bu eyni olmur. Nəticə etibarı ilə nəzəriyyə ilə verilənlər arasında daima mübadilə olur: mövcud nəzəriyyələr toplanmış məlumatlar əsasında dəyişdirilir və yeni dəyişdirilmiş nəzəriyyələr daha sonra yeni məlumatlarla sınaqdan keçirilən yeni proqnozlar verir və s. Daha yaxşı nəzəriyyə tapılanda köhnəni əvəz edəcək. Bu, elmi biliklərin toplanmasının bir hissəsidir.
QAYNAQ: Girma Lemma- General Psychology
TƏRCÜMƏÇİ: Fəridə Mahmudova
HƏMÇİNİN BAX: Siyasi ideologiyalar: Feminizm- II hissə
HƏMÇİNİN BAX: Tehsilim.org/tehsil-nazirinin-muavini-istanbul-kent-universitetinin-rektoru-ile-gorusub/