Qanaxmanın Növləri
Qanaxmanın növləri
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır.
Arteriya > Kapilyar > Vena
Kapilyar qanaxmalar
Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür.
Venoz qanaxmalar
Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər:
Qan yaradan sakit axır.
Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.
Arterial qanaxmalar
Bu halda qanı ürəkdən orqanlara daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olan belə qan duru və açıq qırmızı rəngdə olur. Belə qanaxma zamanı qan, yaradan güclü fontan şəklində axır, qan ürək nəbzinə uyğun olaraq pulsasiya edir. Ən təhlükəli qanaxma arterial qanaxmadır.
Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkmiş bir neçə dəqiqə ərzində çoxlu qan itirə bilər. Dərhal qanaxmanı saxlamaq üçün tədbirlər görülməlidir.
Orta yaşlı sağlam insanlarda sakit vəziyyətdə maksimal qan tazyiqi 110-15 civə sütununa, minimal təzyiq isa 70-80 mm civə sütununa barabardir. Qan az artması hipertoniyar, azalmast isa hipotoniya adlanır. Qan tazyiqi tonometr ölçülür.
Qanın hərəkət sürəti
Qan damarlarda müxtəlif sürətlə axır. Onun sürəti damar yatağının asılıdır.
Qanın damarlarda axma sürəti:
Aortada-0,5 m/san Arteriyalarda-0.25 m/san
Kapilyarlarda-0,5 mm/san Venalarda-0,2 m/san
Insan bədənində olan kapilyarları manfazinin cəmi aortanın mənfəzindən 500-600 dəfə genişdir. Ona görə də aortada qan kapilyarlara nisbətən daha hərəkət edir. Kapilyarlarda qanın yavaş axması toxumalarla qan arasında maddələr mübadiləsinin getməsinə alverişli şərait yaradır.
Qanın venalarda hərəkəti. Qanın venalarda hərəkətinə təsir edən amillər
Nəfəsalma zamanı döş boşluğunda əmələ gələn mənfi təzyiq;
Ürəyin sorucu qabiliyyəti: Skelet əzələlərinin yığılması.
Qeyd: Qanın venalarda geriya axmasına venaların içəri tərəfində yerlaşan ürək istiqamətində açılan aypara qapaqlar mane olur. Vahid zaman ərzində aşağı və yuxarı boş vena ilə ürəyə gələn qanın miqdari aortaya vurduğu qanın miqdarına bərabər olur.
Qanaxmalar müxtəlif səbəblərdən – qan damarlarının zədələnməsi, bəzi xəs təliklər zamanı qanın laxtalanma qabiliyyətinin pozulması (məsələn, hemofiliya) vas. nəticəsində baş verə bilər. Qanaxmalar zamanı qan təzyiqi aşağı düşdüyü üçün müxtəlif orqanlar arasında qanın paylanılması tarazlığı pozulur.
Bunun nəticəsin də baş beyin, ürək, qaraciyər və s. orqanların qida maddələri və oksigenlə təmin olunmasında çətinliklər meydana çıxır.
Üç növ qanaxma ayırd edilir: kapilyar, venoz va arterial.
Kapilyar damarlarda qanın axma sürəti və qan təzyiqi aşağı olduğu üçün qanaxmanı saxlamaq çətinlik törətmir. Kapilyar qanaxma zamanı zədələnmiş nahiyə ətrafına yod cövhəri sürtməli, steril tənziflə sarğı qoyulmalıdır. Vena damarlarında qanın axma sürəti kapilyarlara nisbətən yüksək olur. Venalarda qa naxma kapilyarlarla müqayisədə həyat üçün təhlükəlidir.
Kiçik vena qanaxmaları zamanı zədə ətrafını yod cövhəri ilə təmizlədikdən sonra üzərinə sıxıcı sarğı qoyul malidir. Arterial damarlarda tazyiq və qanın axma sürəti daha yüksək olduğu üçün qanaxma çox güclü olur.
Arterial qanaxmalar zamanı sıxıcı sarğının qoyulması o qadar da əhəmiyyət kəsb etmir. O, yalnız qanaxmanın sürətini azalda bilər. Daxili qanaxma vermiş insanın rəngi qaçır, soyuq tar basır, nəbzi tezləşir.
Daxili qanaxmalar zamanı üzvüm anatomik tamlığı pozulduğu hallarda (dalagın partlaması və yaralanmalarında yaranın tikilməsi, qütbünün rezeksiyası.,splenektomiya; qara ciyərin yaralanmalarında yaranın tikilməsi, ürək yarasına tikişin qoyulması və s.) və digər mənşəli qanaxmalarda (məs. şiş, yaxud xora mənşəli mədə qanaxmasında mədə rezeksiyası və.s) müvafiq cərrahiyə əməliyyatının aparılması,
yaxud digər vasitələrdən istifadə edilməsi (məs. portal hipertenziyada arikoz genəlmiş yemək borusu venalarindan qanaxmant saxla- maq üzün Blekmor zondunun işlədilməsi).
Damarları yapışdırmaq üçün MK-1, MK-2, Tissukol, akrilmetakrilat və s. yapışqanlardan istifadə edilir.
Bəzən damarları uc-uca birləşdirmək məqsədilə xüsusi qırmaqlı həlqələr (məs. Donetsk həlqəsi) işlədilir.
Müasir klinikalarda damarların tamlığını bərpa etmək üçün ultrasəs və lazer şüaları ilə qaynaqdan istifadə edilir.
Daxili qanaxma
Mədə qanaxması.
Bu əlamət müxtəlif mədə xəstəliklərinin ən ciddi və təhlükəli ağırlaşmalarından biri hesab edilir. Bəzi hallarda qanaxma bu və ya digər mədə xəstəliyinin aparıcı əlamətlərindən biri kimi böyük diaqnostik əhəmiyyət kəsb edir. Mədə-bağırsaq traktının xəstəliklərində qanaxma olduqda qan ağız boşluğundan və ya bağırsaqlardan, yaxud bunların hər ikisindən eyni vaxta xaric oluna bilər.
Mədə qanaxmasının əsas əlamətləri (birbaşa əlamətləri) qanqusma ( haematemesis ) və qara qətranabənzər nəcis ifrazının (maelena) olmasıdır. Qanqusma bir qayda olaraq qanaxma nəticəsində mədədə qanın miqdarı 500 ml-dən artıq olan hallarda müşahidə olunur.
Bu zaman qusuntu kütləllərinin rəngi xlorid turşusunun sekresiyasının vəziyyəti və qanaxmanın sürəti ilə təyin edilir. Belə ki, mədənin turşu ifrazetmə funksiyasının saxlanılmış olduğu hallarda qusuntu kütlələri qəhvə xıltı rəngini alır.
Bağırsaq qanaxması
Bağırsaq qanaxması müxtəlif xəstəliklərin vacib diaqnostik əlaməti hesab edilir. Bu simptoma bağırsaq şişləri, babasil, QSXK, dizinteriya, qarın yatalağı, bağırdak divertikulları, müsariqə arteriyalarının tromvozu zamanı rast gelinir. Nazik bağırsağın zədələnməsi zamanı qanaxma adətən, qara rəngli qatranabənzər nəcis ifrazı (melena) ilə təzahür olunur.
Əlamətləri
- Soyuq və nəm dəri.
- Zəiflik.
- Narahatlıq.
- Ağızda quruluq, susuzluq.
- Zəif, tezləşmiş nəbz.
- Tezləşmiş tənəffüs.
- Şüurun qarışıqlığı.
- Şüurun itməsi.
- Daxili qanaxma zamanı ilk yardım
- Yuxarıda qeyd olunan tədbirlər kompleksi.
- Ağrı və şişkinliyi azaltmaq məqsədilə soyuq kompressin qoyulması.
- Soyuq kompress saatda 15dəqiqə ərzində qoyula bilər.
Yazar: Əliyeva Gültac
Həmçinin bax: https://turaz.org/braziliyada-covid-19-olum-ortalamasi-fevral-ayindan-beri-en-asagi-seviyyeye-endi/
Həmçinin bax: https://kafkazh.com/qaraciyer-qaraciyerin-boyumesi/