Qan-damar

Qan – birləşdirici toxuma mayesidir. O, qırmızı rəngli qeyri-şəffaf mayedir, onun qatılığı 4-5 dəfə suyun qatlığından çoxdur, zəif qələvi reaksiyası vardır.

Yaşlı adamlarda orqanizmda 5 l-ə qədər (bədən kütləsi 7-8%-i) qan vardır.

  Qan təzyiqi.

Ürəyin mədəciklərinin yığılma qüvvəsinin təsiri altında qan böyük təzyiqlə damarlara vurulur. Qan-damar sisteminin müxtəlif nahiyələrində qanın təzyiqi eyni deyildir. Arteriya damarının divarı qalın və elastiki olduğuna görə dözür və gərilir. Aorta qan təziqi ən yüksəkdir-125 mm c.s. Qan arteriyalarla irəlilədikcə onun təzyiqi azalır. Arteriyaların xırda şaxələrində qan təzyiqi kəskin düşür, lakin kapillyarlarda qanın təziqi orta hesabla 20-30 mm c.s. təşkil edir. Qan kapillyarlardan venalara keçdikcə onun sürəti tədricən artır təzyiq isə əksinə aşağı düşür. Bunun səbəbi qan damarlarının ümumi sahəsinin kicilməsi və döş qəfəsi və ürəyin sorucu qüvvəsinin qanın hərəkətinə təsiridir. Aşağı və yuxarı boş venalarda qan təziqi ən aşağı olur. Hətda atmosfer təziqindən aşağı düşür. Qan -damar sisteminin müxtəlif nahiyələrində qanın təzyiqi müxtəlif olduğuna görə qan təziqi yuxarı olan yerdən, təzyiqin aşağı olan yerə arakəsilmədən axır.

İnsanda qanın təzyiqini bazu arteriyasında manometr adlanan cihazla ölçürlər. Cavan saglam adam larda  sakitlik halında ürək mədəciklərinin yığılma anında təzyiq 120 mm.c.s. ürək başladıqda isə 70 mm.c.s. olur. Qan təzyiqi vahid zaman ərzində damarlara vurulan qanın miqdarından onun qatlığından, damarların mənfəzindən və s. asılıdır.

Qan təzyiqi sinir və humoral yolla tənzimləyir. Simpatik sinirlər qan damarlarına mənfəzini daraldaraq təziqin artmasına, parasimpatik sinirlər isə orqanların qan damarlarına mənfəzini genişləndirərək təzyiqin azalmasına səbəb olur. Adtenalinin təsirindən qan damarları daralır və təzyiq qalxır. Digər bioloji maddələr isə qan damarlarını genişləndirir və təzyiq aşağı düşür.

   Nəbz.

Fiziki iş zamanı və ya  yüksək emosional vəziyyətlərdə olduqda(qorxu,qəzəb və s.)ürəyin fəaliyyəti artır,nəticədə qan təziyiqidə yüksəlir. Sol mədəcik hər dəfə yığıldıqda qanı böyük zərbə ilə aortanın elastiki divarına vurur. Bu zaman aorta genişlənir,elastiki olduğuna görə onun divarında dalğavari hərəkətlər əmələ gəlir. Dalğavari hərəkətlər sürətlə qan damarlarının divarına yayılır,arteriyaların bədən səthinə yaxın olan yerlərində,məsələn biləyin içəri tərəfində,gicgahında,ayaqda,dizdə,boyunun yanlarında və s. rəqsi hərəkətlər hiss olunur ki,buda nəbz adlanır.

Hər nəbz vurğusu ürəyin bir dəfə yığılmasına uyğun gəlir,ona görədə nəbzi saymaqla ürəyin bir dəqiqədə neçə dəfə vurmasını bilmək olar. Bundan tibbdə xəstələrin ürək fəaliyyətini yoxlamaq üçün istifadə edirlər. Xüsusi cihazların köməyi ilə hətta nəbz vurğularını yazmaq olar.

  Qanın damarlarda axma sürəti.

Qan-damar sisteminin hər yerində damarların ümumi mənfəzi eyni deyildir. Ona görədə qanın axma sürəti damarların ayrı-ayrı yerlərində müxtəlifdir. Aorta qan-damar sisteminin ən dar hissəsidir. Burada qan ən böyük sürətlə bir saniyədə 0.5m hərəkət edir. Kapilyarlar qan damar sisteminin ən genişlənmiş hissəsidir,ona görədə burada qanın axma sürəti bir saniyədə 0.5 -1.2 mm-dir. Kapilyarda qan yavaş axdığına görə,özündə ki oksigeni  və qidalı maddələri hüceyrələri verir,onlardan isə həyat fəaliyyəti məhsullarını və karbon qazını alır. Venalarda qanın hərəkət sürəti ürəyə yaxınlaşdıqca tədricən artaraq 0.2 m/san. çatır.

    Qanın venalarda hərəkəti.

Qanın arteriyalarla hərəkətinə əsasən ürəyin fəaliyyəti və yerin cazibə qüvvəsi təsir göstərir. Qanın venalara ürəyə qayıtması bir sıra çətinliklərlə bağlı olsa da  ona kömək edən bəzi qüvvələr vardır. Bunlar aşağıdakılar aiddir:

Ürəyin özünün fəaliyyəti-ürək nasos kimi işləyərə qanı daim damarlara vurur və o ağırlıq qüvvəsinin təsiri altında ürəyə qayıdır.

Skelet əzələlərinin fəaliyyəti-vena damarlarının ətrafındakı əzələlər yığılıb açıldıqca damarları sıxır və qanın hərəkətinə kömək edir.

Böyük vena damarlarının içərisində aypara daraqlar vardır. Bu cibşəkilli daraqların ağız hissəsi ürəyə tərəf yerləşmişdir. Ona görədə qanın ürəyə qayıtmasına mane olmur,əksinə qan damarlarda geri qayıtmaq istədikdə,cibşəkilli qapaqlar qanla dolur,damarların ağzını bağlayır və qanı geri qayıtmağa qoymur.

Ürəyin sağ və sol hissələri arasında xeyli təzyiqlər fərqi vardır. Paskal qanununa görə mayelər təzyiqi çox olan yerdən təzyiqi az olan yerə asanlıqla axır.

  Qanın orqanizimdə paylanması:

Orqanizimdə qan bərabər paylanmır,bəzi orqanlara çox,bəzi orqanlara isə az gedir. Bu həmin orqanların oksigen və qidalı maddələrə tələbatından asılıdır. Bir qayda olaraq çox işləyən orqanlara çox,az işləyən orqanlara isə az qan gedir.

Qanın bədəndə paylanması sinir və humoral yolla tənzimlənir. Bütün iri qan damarlarına simpatik və parasimpatik sinirlər gəlir. Simpatik sinirlər qan damarlarının mənfəzini daraldır ona görədə qan az gedir. Parasimpatik sinirlər isə qan damarlarının mənzəfini genişləndirir,  bu zaman orqanlara çox qan gedir. Simpatik sinirlərlə damarlara gələn  impulsların tezliyi nə qədər çox olarsa damarların mənfəzi bir o qədər dar olar.

Böyrəküstü vəzin hormonu  adrenalin və tütün zəhəri nikotin qan damarlarını daraldır. Digər bioloji fəal maddələr isə damarların mənfəzini genişləndirir  (məsələn, asetil Histomin niro- preparatlar).

   Limfa dövranı.

Bütün toxumalarda bir ucu bağlı limfa kapilyarı yerləşir. Hüceyrəarası mayenin artıq hissəsi limfa kapilyarlarına taplanır və orda limfan əmələ gətirir. Sonra limfa kapillyarları birləşərək nisbətən iri limfa damarlarını əmələ gətirir. Damarlar boyunca limfa düyünləri yerləşir. Qoltuğun altında, dirsək büküşündə döş və qarın boşluğunda, boyunda, dizdə limfa düyünləri daha çoxdur. Bu düyünlərdə çoxlu limfasitlər vardır. Limfa düyünlərindən keçən limfa mayesi yad cisimciklərdən təmizlənir, daha iti limfa damarlara toplanır və nəhayət iki böyük döş axarları vasitəsi ilə böyük venalarda qana qarışır. Limfa damarlarının içərisində də cibşəkilli aypara qapaqlar var. Onlar limfanın bir istiqamətdə azmasına kömək edir. Beləliklə, limfa sistemi toxumlardakı artıq mayeni  yenidən qana qaytarır. Bu sistemin orqanizmin immun reaksiyalarının əmələ gəlməsində mühüm rol oynayır və orqanizmi yad  cisimciklərdən qoruyur. Qan, limfa və hüceyrəarası maye birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Limfa birləşdirici toxumanın bir növüdür. O, maye plazmadan və hüceyrələrdən əmələ gəlmişdir. Limfa hüceyrələrindən ən çox təsadüf olunan limfasitlərdir.  Limfa həmçinin laxtalana bilir, lakin o qanda iki dəfə gec laxtalanır, çünki onda fibrinogen miqdarı iki dəfə azdır.

 

YAZAR: Gülaf Məhərrəmova

Həmçinin bax: https://kafkazh.com/alzheimer-xesteliyi/

Həmçinin bax: https://tehsilim.org/naxcivan-mekteblilerin-ebediyasar-lider-movzusunda-interaktiv-ders-kecirilib/