Qafqazın Gəncləri
Sabir Etibar oğlu Əliyev 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə N.Babayev adına 144 saylı tam orta məktəbə daxil olan gəncimiz, 2018-ci ildə həmin məktəbi yaxşı qiymətlər və fərqlənmə ilə bitirmişdir. Sabir Əliyev həmin il Qərbi Kaspi Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olub. Gəncin üniversitetə qəbul olmasında “Gələcəyini qur” layihəsi əvəzsiz rol oynamışdır. Bu layihə abituriyentləri bir illik ödənişsiz abituriyent hazırlığı ilə təmin edir. İstər məktəb, istərsə universitet həyatında aktiv biri kimi tanınır. Hələ məktəb illərindən məqalə yazan Sabir bəy, şeir, inşa, hekayə və referat kimi bir çox nominasiyalar üzrə diplom və sertifikatlar ilə təltif olunmuşdur. Məktəb illərində bir çox səhnəciklərdə rol almışdır. Gəncin Heydər Əliyev sarayında çıxışları da olmuşdur. Sabir Əliyev indi də müxtəlif təlim, seminar və layihələrin fəal iştirakçısıdır.
Sabir Əliyev Qafqaz Maarif Birliyinin fəal üzvüdür. Sabir bəy, Milli Maarif Dərnəyi və Qafqazın Günəşi Dərgisinin sosial media hesablarını idarə edir və kafkazh.com saytının SMM sahəsi üzrə rəhbəridir. O, həmçinin SMM sahəsi üzrə saytda və birlikdə təlimlər də keçir.
Sabir Əliyevə gələcək fəaliyyətində və həyatında uğurlar arzu edirik.