Qafqazda xristianlığın yaranması və inkişafı

QAFQAZDA XRİSTİANLIĞIN YARANMASI VƏ İNKİŞAFI

AZƏRBAYCANDA XRİSTİANLIĞIN YARANMASI 

Xstianlıq_Sözü yunanca məsh olunmuş sözündən goturulmuşdur.İsa Məsihin Əhli_Cədid dini kitabında əksini tapmış həyatının,təsvirinə və baxışlarına əsaslanan dünya dinlərindən biridir.(Monoteist din). Xrisdianlar inanırlarki İsa Məsh olunmuş ilahi varlıqdır.Məsihdir. “Tanrının Kəlamıdır, bəşər olmuş kəlamdır,Allahdır və bəşəriyyəti xilas edəcək varlıqdır. Xrisdianlıq eranın 1 ci əsrində Roma imperiyasının tərkibində olan Fələsdin torpağında,yəhudilərin arasında yaranmışdır. Sonralar isə o digər əyalətlər və xalqlar arasında geniş yayılmağa başlamışdır. Bütün dinlərdə olduğu kimi sonralar xrisdianlıqdada fikir ayriliqlarının meydana gəlməsi nəticəsində Xrisdianlıq ayrı_ayrı cərəyanlara parçalanmışdır.Xrisdianlığın 3 əsas cərəyanı_KATOLİKLİK, PRAVASLAVLIQ VƏ PROTESTANTLIQDIR. Bundan başqa xrisdianlığın Katolisizm,Ortodoks kimi məzhəbləri vardır.Xrisdianlığın tarixi köklərinə nəzər saldıqda onun bir tərəfdən qədim yəhudi dininə,başqa bir tərəfdən isə antik dövr dünyagörüşü və fəlsəfəsi ilə sıx surətdə bağlı olan din olduğu məlum olur.Tarixdən məlum olduğu kimi 1_ci əsrdə yəhudi dövləti Roma imperiyası tərəfindən işğal edilmişdi.Bu cür acınacaqlı vəziyyətdən çıxmaq üçün yəhudilər öz ümidlərini daha çox dinlərə bağlayırdı. Yəhudilər arasında İsraili xilas edən Məsihin gəlməsi ideyası geniş yayılmışdı. Bu cür gərgin şəraitdə İsa adlı bir şəxs Peyğəmbərlik edərək bir sıra yeni dini və etik prinsipləri yaymışdır.Sonralar bu dini fikirlər başqa dövlətlərə yayilmağa başlamışdır.Roma əvvəlcə yeni dinin yaranmasına mənfi münasibət bəsləyirdi.Hətda Nerona qarşı suiqəsdi və Böyük Roma yanğınının xrisdianlar tərəfindən həyata keçirildiyini qeyd edirdi.Lakin sonradan bu dindən əhalinin aşağı təbəqəsini itaətdə saxlamaq üçün isdifadə etməyə başladı və Qərb dünyasının müasir dövr siyasətində olduğu kimi öz əməllərini dini pərdə adı altında gizlətməyə başladı.Müəyyən mənada Qərb xrisdian dünyası günahlarından arınmaq və özlərinə bəraət qazandırmaq üçün tarixdə iık soyqrımı törədənlərin xrisdianlar deyil,ilk dəfə məhz xrisdian ermənilərinə törədən müsəlman türklər olduğunu qeyd edirlər.Ümumiyyətlə müasir dövrdə dini pərdə adı altında baş verən qarşıdurmalara nəzər salsaq,dinin dövlətdən ayrı olması və yerində tolerantlıq məsələlərinin mahiyyətini başa düşmək çətin deyil.Respublikamızın Konstitusyasının 18 ci maddəsində qeyd edilirki “Din dövlətdən ayrıdır”.Lakin subyektiv fikrimə görə din və dövlət daim qarşılıqlı əlaqədə olmalıdır.Dövlətin din üzərində nəzarətinin az olması eləcədə əksinə dinin dövlət üzərində nəzarətinin çox olması müəyyən qədər çətinliklər yarada bilər.Məşhur Fransız yazıçısı Volter qeyd edirki “Din olmasa belə mütləq onu yaratmaq lazımdır.Çünki insanları nəiləsə itaətdə saxlamaq lazımdır”. Ümumiyyətlə bu və ya digər tarixi mərhələdə mövcud olmuş din_dövlət münasibətlərini,həmin dövrün ictimai siyasi durumunu təhlil etmədən baş verən hadisələri düzgün şərh etmək mümkün deyildi.

Xristianlıq Azərbaycan ərazisinə eranın ilk əsrlərindən,hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albanyası vasitəsilə nüfuz etmişdir.70 ci illərdə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər isə İsanın gösdərdiyi möcüzələrdən danışır və təbliğat aparırdılar. Nəticədə bu cür təbliğin təsiri altında bölgədə ilk xrisdian icmaları yaranır. Albanyada xrisdianlığn yayılmasında bu dövr Həvari(Sirofil) dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adı ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey ,Yerusəlimin birinci patriarxı Yaqubun xeyir duası ilə yeni dini təbliğ edə edə Ağvan ölkəsinə gəlmiş və Kiş adlı yerdə kilsə tikmişdir.Bu kilsə Ermənisdandakı birinci xrisdian kilsəsindən qabaq tikilmişdir. 313 cü il Milan ediktinə görə Roma imperatoru Konstantin xrisdianlığa etiqat üzərinə qadağanı götürdükdən sonra Alban hökmdarı Urnayr xrisdianlığı dövlət dini elan etdi. Bu vaxddan etibarən Azərbaycanda xrisdianlığın yayılmasının Qrekofil dövrü adlanan yeni dövrü başdiyir.Akademik Ziya Bünyadov gösdərirki, Urnayr, 2 Vaçe və 3 Cəsur Vaçaqan ölkədə xrisdianlığı yaymaq üçün mübarizə aparmışlar.Feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar.Dini kitablar arami və yunan dilindən Alban dilinə tərcümə edilir. Sinayda aşkar edilən “Alban yazısında və Alban dilində Leksionari” dünyada xrisdianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. 451 ci ildə keçirilən Xalkidon kilsə məclisində Albanya Monofizitliyə üsdünlük verdiyi üçün Monofizitlərlə Diofizitlər arasında mübarizə güclənir.6 cı əsrin sonu 7 ci əsrin əvvəllərində Alban kilsəso Diofizitliyi qəbul edir.Alban katolikosluğunun iqamətgahı Çoqay şəhərində yerləşirdi.552 ci ildə isə iqamətgah Bərdəyə köçürüldü. İslamın zühurundan xüsusilədə Alban məlikliyinin süqutundan sonra ölkədə xrisdianlığın rolu zəifləmiş,Alban dili sıxışdırılıb çıxarılmışdır. 10_11 ci əsrlərdə bölgədə şərq xrisdianlığı nüfuzunu müəyyən qədər qoruyub saxlaya bilmişdi. Bu durum 18 ci əsrə kimi belə davam etmişdir.1836 cı ildə Çar höküməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir,kilsənin bütün əmlakı Üçmüədzin katolikosluğuna həvalə edilir.20 ci əsrin 80 90 cı illərində isə Alban kilsəsi bir daha bərpa olunur.2003 cü ildə Alban_Udi xrisdian icması dövlət qeydiyyatından keçir.Bu Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur.Hazırda Qəbələ rayonu Nic kəndində olan kilsənin bərpası davam etdirilir.Azərbaycanda xrisdianlıq özünün provaslavlıq, Katoliklik, protestantlıq qolları habelə müxdəlif sektant icmaları ilə təmsil olunmuşdur.Dövlətin qeydiyyatında 5 Qriqorian icması vardır. Qriqorianlar İsanın ilahi təbiətinin olduğuna inanır,lakin insani keyfiyyətlərini inkar edirdi.Provaslavlığ isə Azərbaycana 19 cu əsrin əvvəllərində rus çarizminin köçürmə siyasəti nəticəsində nüfuz etmişdir. Bakıda ilk provaslav kilsəsi 1815 ci ildə fəaliyyətə başlamışdır.Azərbaycanda ilk rus köçkünləri 1834 cü ilə Şamaxı qəzasında Altı_Ağac kəndini ,1838 ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842 ci ildə Yelizavetpol qəzasında Rus Borisi kəndlərini salırlar.1868 ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi.Bu kəndlərdə 13 min sektant yaşayırdı.
KATOLİSİZM_Bakıda ilk Roma katolik prixodu 19 cu əsrin 50 ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar yaranmışdır.Prixod Tetri adlaman bu icma Sxaradakı(Gürcüsdan) Roma katolik prixoduna tabe idi.1882 ci ildə isə Bakı prixodu müsdəqilləşir.1895 ci ildə Müqəddəs Məryəmin şərəfinə kilsə,1903 cü ildə Bakı qəbrisdanlığında Müqəddəs Xaç kilsəsi tikilir.1909_1912 ci illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs Məryəm kilsəsi qotik üslubda yenidən tikilir.Sovet dövründə isə kilsə dağıdılmışdır.Hazırda Bakıda Roma katolik kilsəsinin bərpası üçün torpaq sahəsi ayrılmışdır.22 23 may 2002 ci ildə Roma katolik kilsəsinin sabiq başçısı Papa 2 Pavel Bakıda rəsmi səfərdə olmuşdur.
BAPTİZM_ İncilçi lüteran kilsəsinin ardıcılları sayılan Baptistlər Bakıya hələ 19 cu əsrin 2 ci yarısında neft yataqlarının isdismarında işdirak edən alman sənayeçiləri sırasında gəlmişdir. Onların gəlişinin bir səbəbi isə Almanyada 19 cu əsrin əvvəllərində baş verən dini və siyasi iğtişaşlar idi. O vaxd belə bir şaiə yayılmışdırki, Qərbdə qiyamət günü yaxınlaşır.Nicat ancaq şərqdədir.Əhali,xüsusilədə sektant dindarlar Rusiya və Qafqaza köçməklə qiyamət gününün sorğu sualından yaxa qurtarmaq üçün çalışırdılar .Bakıda İncilçi_Lüteran icması 1870 ci ildə yaradılmışdır.1899 cu ildə icma üzvləri şəhərdə öz məbədlərink tikmişdilər.Yelenendorfda isə kilsə daha əvvəl tikilmişdi. 1937 ci ildə Lüteran kilsəsinin keşişləri sürgün edilib güllələnmiş, 1994 cü ildə yenidən fəaliyyətə başlamışdır

 

GÜRCÜSTANDA XRİSTİANLIĞIN YARANMASI VƏ İNKİŞAFI

Gürcüstanda feodalizm 3_5 ci əsrlərdə yaranmağa başlamışdır.Bu ictimai keçid dövründə Gürcüstanda xristianlıq dövlət dini elan edilmişdir.Gürcüsdanda Kartli çarlığında 4 cü əsrin birinci yarısında xrisdianlıq(337) dövlət dini elan edilmişdi. O vaxda qədər Gürcüstanda bütpərəstlik hökm sürürdü.Ay,Günəş,Bolluq Allahlarına sitaiş olunurdu.Gürcüsdanda xrisdianlığın qəbul edilməsi ilə bağlı bəzi əfsanələr mövcuddur.Deyilənə görə Kartliyə xrisdianlığı ilk dəfə Nino adlı qadın gətirmişdir.O öz müalicə üsulu ilə şöhrət qazanmış və çariçanı ağır xəssəlikdən xilas edərək onu xrisdianlığ dininə gətirmişdir. Sonra isə çar Mirianda xrisdianlığı qəbul etmişdir.Əfsanənin məzmunu belə olmuşdur. “Bir dəfə çar və onun yaxın adamları dağlarda ov edərkən günəş qəflətən tutulu.Çar Mirian öz Allahlarını köməyə çağırsada bir nəticə vermir.Daha sonra isə o Ninonun Allahını köməyə çağırır.Nəticədə qaranlıq aradan qalxır. Bu hadisədən sonra çar Miran və kübarlar Ninonun Allahına inanırlar,xaç çevirib xrisdianlığı qəbul edirlər.Əfsanəyə görə xrisdianlıq Kartliyə hakim təbəqənin dini kimi daxil olmuşdur. Eqrisidə isə xrisdianlıq 1 ci əsrdə yayılmışdı.Buna səbəb Qərbi Gürcüsdanın Roma dövləti ilə coğrafi yaxınlığı idi. Bu proses 4 cü əsrdə başa çataraq Eqrisidə dövlət dininə çevrilmişdir (Eqrisi ilk gürcü dövləti idi). Artıq 325 ci ildə Nikea şəhərində keçirilən ilk dünya kilsə yığıncağında Pitsun yepiskopuda iştirak etmişdir. Vahid dinin yaranması vahid gürcü mədəniyyətinin,xalqının və dilinin formalaşmasında böyük rol oynadı.Gürcülərin əksəriyyəti provaslav xrisdianlığını qəbul etdilər.Ümumiyyətlə Gürcüsdan Ermənisdandan sonra xrisdianlığı dövlət dini olaraq qəbul edən ikinci dövlətdir.Gürcü “Apostol Avtossefalı Ortodoks kilsəsi” dünyanın ən qədim xrisdian kilsələrindən biridir.Əsrlər boyu Gürcüsdanda provaslav xrisdianlarla yanaşı digər xrisdian cərəyanlarının nümayəndələri o cümlədən müsəlman və yəhudilərdə yaşayırdılar. Cənub və cənub qərb bölgəsinin gürcüləri Sünni İslamı qəbul etmişdilər. Gürcüsdanda yaşayan Azərbaycanlılar,Assurilər və Kürdlərdə müsəlmandır. Ermənilərim yunanların və rusların öz provaslav kilsələridə vardır. Həmçinin ölkədə az sayda katolik yaşayır.Müxdəlif dinlərə inananlar arasında sırf dini zəmində heç vaxd düşmənçilik olmamışdır. 4 cü əsrə qədər burada bütpərəsd ənənələr mövcud idi. Bundan əlavə gürcülər bitki və heyvanlarada sitaiş edirdi. Bütlərə müxdəlif matriallardan hazırlanan heykəllərə sitaiş geniş yayilmişdi. Gürcüsdanda xrisdian dininin yaranması zamanı, Mazdeanizm( atəşə sitayiş) onun ərazisinə böyük təsir gosdərmişdi. Bu din müasir İran ərazisindən fəal şəkildə yayılmışdır.Lakin Rəvayətə görə Gürcüsdan ilk olaraq xrisdianlığı qəbul etmişdir.Provaslav əfsanələrində deyilirki, İsa Məsihin ilk əsrdə verdiyi xəbəri 12 Həvaridən biri olan Andrew Gürcüsdana gətirmişdir. Həmin vaxd Gürcüsdan ərazisində 2 böyük dövlət mövcid olmuşdur. Bunlar Şərqdə Kartli və Qərbdə Eqrisi dövlətləri idi. Daha sonra Gürcüsdan adlandırılacaq bu bölgəyə Andrey özbaşına deyil Məryəmin xahişi ilə gəldi. Allah anasının himayəsi altında olan 4 torpaq mövcud idi. Bunlar İberiya , Athos dağı( Yunanısdan) , Kiyev və Serophim monastrı (Rusya) idi.İsa Məsihin qeyb olmasından sonra Həvariləri onlardan hansının hansı ölkəyə müjdəçi olması ilə bağlı püşk atılır.İberya bölgəsinə xəbər vermək isə Müqəddəs Məryəmə həvalə edildi. Məryəm dərhal İberyaya getmək isdəsədə Allahın bir mələyi ona göründü və dedi “ İndi Yerusəlimdən getmə hələ burada qal.Bunun əvəzinə biz Allahın kəlamını çatdırmağı Andreyə həvalə edirik” Buni təkcə gürcü salnamələri deyil, Yunan və Latın kilsə müəllifləridə təsdiqləyir. Andrey Şərqi və Qərbi Gürcüsdanin müxdəlif yerlərində təbliğat aparıb vəftiz etdi.Təbliğat sahəsində artıq 326 cı ildə xrisdianlıq İberyada dövlət dini oldu. Müsdəqil kilsə həyatının başlanğıcında, Gürcüsdan ilk növbədə ərəblər olan İslamla əsrlər boyu qanlı mübarizəyə başlamağa məcbur oldu.7 ci əsrdən başlayaraq ərəblər Fars və Bizans güclərinin geniş torpaqlarını ələ keçirdilər.8 ci əsrdə Gürcüsdan amansızlığına görə Kar ləqəbli Murvanın başçılıq etdiyi ərəblər tərəfindən dağıdılıdı.10 cu əsrə qədər İslam Gürcüsdanda bir sıra yerlərdə təbliğ edilməyə başladı. Ancaq gürcülər arasında provaslavlıq davam etdi və bəzi gürcü torpaqları müsdəqillik isdədi.9 cu əsrdə Tao_Claregeti krallığı( İndiki Türkiyə ərazisi) ərəblər və dini mərkəz arasında qarşıdurmanın mərkəzinə çevrildi.1008 ci ildə Baqrotoni sülaləsindən olan Abxazya kralı 3 Baqrat torpaqlarını bu krallıqla birləşdirdi . 11 ci əsrin ikinci yarısında Gürcüsdan kilsəsi daxili bir böhran keçirdi. Yepiskop şöbələri nəcib ailələrdən olan insanlar tərəfindən əksər hallarda dünyəvi həyat tərzi sürən insanlar tərəfindən işğal edilirdi.Gürcü kralı 6 Baqrat kildə asayişini bərpa etməyə çalışsada buna nail ola bilmədi. Amma buna kral 4 David nail oldu. Şəxsi həyatında padşah yüksək xrisdian dindarliği ilə fərqlənirdi. 4 David Səlçuqlara qarşı mübarizəni davam etdirdi.Məbədlər və kilsələr tikdi.Gelati monastrini və onunla bərabər İlahiyyat İnstitunu qurdu. İnşaatçı kral 4 Davidin rəhbərliyu altında qıpçaq köçəriləridə provaslavlığı qəbul etdi. Məşhur kraliça Tamar Davidin işini davam etdirdi. Qüdrətini Qara dənizdən Xəzər dənizinə qədər Genişləndirdi.1204 cü ildə Xaçlılar tərəfindən Konstantinapolun tutulması Gürcüsdanı bütüm Şərqi Aralıq dənizindəki xrisdian dövlətinin ən güclüsünə çevrildi.Müqəddəs Tamarın rəhbərliyi altında ölkədə çoxlu sayda maarifçilər,ilahiyyatçılar, filosof və tarixçilər meydana çıxdı.12 13 cü əsrlərdə Gürcü Provaslav kilsəsinin təsiri qonşu Şimali Qafqaz ölkəsinə yayıldı və Dağısdanda yepiskop kafedra yarandı.Kilsə ermənilərlə mədəni əlaqələr yaratdı və Gürcü əsərləri erməni dilinə tərcümə edildi. 15 ci əsrdə Gürcü dövləti nəhayət 3 krallığa_Kaxeti ,Kartli və İmereti krallığına bölündü.Siyasi parçalanma kilsə parçalanmasınıda gətirddi.
Bu günün özündə provaslav din Gürcülərin həyatında mühüm rol oynayır.Gürcüsdanın keçdiyi demək olarki bütün tarixi yol boyu provaslav xrisdianlığı ölkənin mədəni və mənəvi inkişafına əhəmiyyətli dərəcədə təsir gösdərdi.Təhsil mərkəzinə çevrilən bir çox kilsə və monastr tikildi.2001 ci ildə ölkə höküməti ilə Provaslav kilsəsinin rəhbərliyi arasında bir razılaşma imzalanmış buna görədə Gürcüsdandaki Provaslav kilsəsinə digər dinlərdən fərqli olaraq müəyyən üsdünlüklər verilmişdi. Gürcüsdan Konstitusyasinin 9 cu maddəsində yazirki “ Dövlət Gürcüsdan Provaslav kilsəsinin ölkə tarixindəki müsdəsna rolunu tanıyır və eyni zamanda dini azadlıq və kilsənin dövlətdən ayrı olmasını məsələsini qeyd edir.

ERMƏNİLƏR ARASINDA XRİSTİANLIĞIN YARANMASI VƏ İNKİŞAFI

Din amili ermənilərdə başlıca strateji vasitələrdən biridir. Bu sayədə din siyasi müsdəviyə oturdulmaqda,dünyanın bir çox ölkəsində genişmiqyaslı təbliğatlar aparılmaqda sərgir nümayiş etdirilməkdədir. Təşkil olunan hər bir konfransda və nümayiş olunan hər bir sərgidə üzərində durulan əsas mövzular daha çox “Nuhun xəzinələri” “Nuh Peyğəmbər və Ermənistan” “Xristianlığın ilk şahid milləti” və s dir. Bu işlərin arxasında erməni kilsəsinin rolu inkaredilməzdir.Tarixi həqiqətlərdə təsdiq edirki erməni millətçiliyi din üzərində qurulmuşdur.Erməni tarixçisi Dikran Boyacıyanın təbiri ilə desək “ Erməni kilsəsi ilə erməni millətçiliyi o qədər iç içədirki,biri olmadan digərini təsəvvür etmək mümkün deyildir” Kilsə ənənələrinə görə Hz.İsa Üçmüədzinə enərək erməni kilsəsini inşa etmiş və onu dihər kilsələrdən fərqli olaraq fərqli və möhtəşəm mövqeyə gətirmişdir. Erməni iddialarına görə bunun səbəbi “Ermənilərin tanrı tərəfindən seçilmiş millət olması idi” Onlar eyni zamanda Şərqi Anadolu,Azərbaycan və ümumiyyətlə bütün Qafqazın bir zamanlar məhz Hz.Nuh tərəfindən nəvəsinin nəvəsi olan Haya vəd edildiyini önə sürməkdədir. Belə bir ideya ortaya çıxırki Tanrı daim erməniləri sevdiyi üçün kilsənidə onların torpaqlarında qurub.
Vatikan isə bu iddianı rədd edərək kilsənin ilk dəfə Roma torpaqlarında qurulduğuni və bu işin icrası üçün Hz.İsa tərəfindən müqəddəs St.Pierreyə tapşırıldığını irəli sürməkdədir. Katoliklərə görə İsanın vəkili məhz bu şəxsdir. Bu məsələ üzərində dayanmaq niyyətində deyiləm və məqsədim xrisdian məzhəbləri arasında cərəyan edən ziddiyyətləri aşkara çıxarmaq deyil. Şübhəsizki bunlar dini siyasi oyunlar müsdəvisində ortaya çixan məsələlərdir. Ermənilər xrisdianlığın ilk dəfə olaraq rəsmi dövlət səviyyəsində 301 ci ildə Ermənisdanda elan olduğunu iddia edirlər.Ermənisdanin ilk xrisdian dövləti olması məsələsi müəyyən rəvayətlərədə əsaslanır. Bu rəvayətlərdən biri bizim eranın əvvəllərində yaşamış Urfa(Edessa) kralı olan Abkarla, digəri isə müqəddəs Qriqorianla əlaqələndirilir. Birinci rəvayətə görə Urfa kralı Abkar cüzam xəsdəliyinə tutulmuşdu.Hz.İsanın varlığından və onun xəsdələrə şəfa verməsindən xəbərdar olan Abkar Anan adlı adamı ilə bu şəxsə məktub göndərir.O məktubda İsanın tanrı və ya tanrının oğlu olacağına inanacağını bildirir və gəlib onu sağaltmasını xahiş edir.İsa isə bir həvari vasitəsilə Abkarı sağaldır.Bu möcüzədən olduqca heyrətlənən Abkar və xalqı xrisdianlığı qəbul edir.İkinci rəvayətdə isə Qriqorianlığın banisi müqəddəs Qriqorianla kral Trdat arasında cərəyan edən hadisələrdən və ermənilərin kütləvi olaraq xrisdianliği qəbul etmələrindən danışır.Bu rəvayətə görə Arşaki şəhzadəsi Anağ öz yaxın qohumu olan kral Xosrofu öldürür və qaçarkən yolda kralın adamları tərəfindən öldürülür.Onlarin uşaqları Trdat və Qriqoriyan bu zaman hələ uşaq idi. Qriqor xrisdian Trdat isə bütpərəsd olaraq yetişdirilir.Trdat Qriqorun düşməni olduğunu öyrəndikdən sonra onu Artaşat qəsrinin dərin quyusuna saldırır. Tezliklə Trdat sağalmaz xəsdəliyə düçar olur və yuxusinda xəsdəliyin çarəsinin Qriqoriyanda olduğunu öyrənir.Bu hadisədən sonra Qriqoru quyudan çıxaran Trdat və xalqı xrisdianlığı qəbul edir. Dünyanın ilk xrisdian dövləti olmaq ideyasından başqa ermənilərin bir digər iddiası isə “xrisdianlığın ilk şəhid miləti” olmaq iddiasıdır. Bu iddia 1915 ci il hadisələri ilə bağlıdır. Kilsə qondarma erməni soyqrımı hekayəsini ilahiləşdirmiş,uydurulan soyqrım ilə Nuh tufanı arasında məntiqsiz bir əlaqə qurub erməni_türk düşmənçiliyini dahada gərginləşdirir. Yəni tanrı onları Nuh tufanı ilə sınağa çəkmiş və onlarda bu sınaqdan üzü ağ çıxmışdır. Ermənilərin arasında yayılan inanca görə birinci fəlakət tufandırsa ikincisi türklərdir. Amerikan tətqiqatçısı S.Uimz bu barədə yazırki “Bu günlərdə ermənilərin danişdiği ən böyük nağıl budurki guya 1915 ci ildə 1.5mln erməni Türklər tərəfindən öldürülüb. Bu 20 ci əsrin ilk genosid nağılıdır. Ermənilətin “Böyük erməni tarixini “yaratmaq iddiası tarici realliqlarin saxdalaşdirilmasina yol açmışdır.Din strategiyası ermənilərin beynəlxalq aləmdə mövqeyinin haqsız yerə gücləndirilməsinə səbəb olur.Hər şeydən əvvəl ona görəki, bu strategiya Qərb dövlətlərinin siyasi maraqlarına xidmət edirki,buda tarixdən miras qalan səlibçi zehniyyətindən və günahlardan arınma psixologyasından qaynaqlanır.

 

 

ƏDƏBİYYAT SİYAHISI
1)L.AZARYAN “ERMƏNİ XAÇKARLARI” 1973
2) F.İSMAYILOVA “ALBAN MƏDƏNİYYƏTİNƏ ERMƏNİ TƏCAVÜZÜ”BAKI 2007
3) AYDIN ƏLİZADƏ “XRİSTİANLIQ:TARİX VƏ FƏLSƏFƏ
4) Z.KANANÇEV “ALBAN HƏVARİ XRİSTİANLIĞI” BAKI 2002
5) KÜRŞAD DEMİRCİ “ORTODOKSLUQ MADDƏSİ”

YAZAR: Müşfiqə Quliyeva

Həmçin bax: Türk olmaq
Həmçin bax: https://tehsilim.org/
Həmçin bax: https://turaz.org/