Qafqaz Maarif Birliyi müəllimləri təbrik edib
Qafqaz Maarif Birliyi müəllimləri təbrik edib. Təbrik mətnini sizinlə paylaşırıq:
” Toplumlara nəfəs verən, onları irəli aparan və toplumların tarixinə yön verən şəxslər müəllimlərdir. Müəllimlər cəmiyyəti yaradır, qurur və onu tərbiyə edir. Buna görə də dünyada ən şərəfli peşə, ən uca ad müəllim adıdır. Azərbaycan xalqına maarif sahəsində xidmət etməyi qarşısına məqsəd qoyan və maarifçi liderlərimizin yandırdığı çırağın işığı altında məhz yenə maarifçi liderlərimizin açdığı cığırda əmin addımlarla irəliləyən Qafqaz Maarif Birliyi olaraq bütün Azərbaycan müəllimlərini təbrik edirik. Əziz müəllimlər, bu gün yenə sizin yetişdirdiyiniz igid Azərbaycan övladları Qarabağ cəbhəsində – Vətən Müharibəsində dastan yazır.
Azərbaycan müəllimləri, yaxşı ki, sizlər varsınız… ”
Həmçinin bax: Azərbaycanlı deputatların Rusiya dövlət dumalarında iştirakları
Həmçinin bax: https://tehsilim.org/resad-tagiyev-azerbaycan-muellimi-butun-cebhelerde-onde-getmeye-qadirdir/
Həmçinin bax: https://turaz.org/qafqaz-maarif-birliyi-muellimleri-tebrik-edib/