Qabiliyyətlər

Qabiliyyət bir  insanın potensialı və ya təbiətidir.İzahlı lüğətlərdə,qabiliyyət sözünün mənası bir insanın özünəməxsus fərdi meylləri kimi müəyyən edilir.Qabiliyyət sözünün mənası qədim dövrlərdə ağırlıq ölçüsü,pul hesablama mənasını verən yunan kökü sayəsində maraqlı bir şəkildə açılmışdır.Burada bizə yalnız sikkələr haqqında deyil,təbiətin verdiyi bacarıqlarla necə davranmağı da öyrədilir-onları “basdırmaq” yox,hər şəkildə çoxaltmaq üçün.Qabiliyyət doğuşdan bizə verilən və müəyyən bir təlimlə inkişaf etdirilən gizli bir gücdür.
Bu modeldə bəzi qabiliyyətlər dominant,bəzi qabiliyyətlər orta,bəzi qabiliyyətlər aşağı və bəzi qabiliyyətlər isə heç yoxdur.Qabiliyyətin təmiz hissəsi genlərdən keçir. İnsanın hər hansı bir fəaliyyəti uğurla yerinə yetirməsi üçün tək bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir.İnkişaf etməyən qabiliyyətlər görünmür və ya zəif qalır.
Qabiliyyətlərin kompensasiya imkanları vardır.Məsələn,görmə və eşitmə qabiliyyətini itirmiş insanda xüsusi təlim nəticəsində həm elmi yaradıcılıq,həm də ədiblik qabiliyyətinin olduğu müəyyənləşdirilmiş və inkişaf etdirilmişdir.Düzgün təlim sistemi və böyük,təkidli zəhmət sayəsində həmin insan özündə iybilmə, ehtizaz,lamisə duyğularının yüksək səviyyəsini təmin edən həssaslığı inkişaf etdirmiş və nəticədə özündə çatışmayan qabiliyyətləri əvəz etmək imkanı əldə etmişdir.O,iyindən insanları tanıya,əlini toxundurmaqla əşyaları fərqləndirə, otaqdakı əşyaların arasında sərbəst hərəkət edə bilmişdir.Bununla yanaşı olaraq ciddi elmi-tədqiqat işi ilə məşğul olmuş,yazdığı şeirləri ilə ətrafdakıları təəccübləndirmişdir.Burada qabiliyyətlərin konpensasiyası baş verir.Yəni mövcud olmayan qabiliyyət çox geniş səviyyədə həmin insanda mövcud olan yüksək inkişaf etmiş digər qabiliyyətlə əvəz oluna bilər.
Hər hansı bir fəaliyyət növü uyğun qabiliyyətlər olmadan uğurla həyata keçirilə bilməz. Qabiliyyətlərin iki növü var:ümumi və xüsusi qabiliyyətlər.

1. Ümumi qabiliyyətlərə insanın müxtəlif fəaliyyət növlərinin uğurla yerinə yetirilməsi üçün gərəkli olan qabiliyyətləri aid edirlər.Nitq qabiliyyəti,zehni qabiliyyətlər,hafizə, müşahidəçilik və s.qabiliyyətləri ümumi qabiliyyətlərə aid etmək olar.
2. Xüsusi qabiliyyətlər isə insanın hər hansı bir spesifik fəaliyyət növünü uğurla yerinə yetirməsi üçün gərəkli olan qabiliyyətlərdir.Bu cür qabiliyyətlərə musiqi,riyazi, linqvistik,texniki,ədəbi,idman və s.qabiliyyətləri aid etmək olar.Adətən,xüsusi qabiliyyətli insanda uyğun təbii imkanların olması gərəklidir.Xüsusi qabiliyyətlərin fəal şəkildə yaranması,özünü göstərməsi məktəbəqədər dövrdə müşahidə olunur, kiçik və orta məktəb yaşı dövründə inkişaf tempi daha da yüksəlir.
Təlim qabiliyyətlərin formalaşmasında ən önəmli amildir.Adətən,tətbiq olunan metod uğur qazanmağa imkan vermədikdə qabiliyyətin anadangəlmə olmasına xüsusi diqqət yetirirlər.Bununla belə,şübhəsiz təbii imkanlann səviyyəsindən asılı olaraq uşaqların müəyyən fəaliyyət növünü mənimsəmələri fərqli xarakter daşıyacaqdır.Qabiliyyətlərin formalaşmasında davamlı xüsusi maraqlar da önəmli rol oynayır,insanda yaranan idrak maraqları onu uyğun fəaliyyətin üsullarına yiyələnməyə təhrik edir.Deməli,hər hansı bir fəaliyyət sahəsində idrak maraqlarının meydana gəlməsi bu sahədə qabiliyyətlərin oyanması ilə sıx bağlıdır.Qabiliyyətlər inkişaf dərəcəsinə görə müxtəlif formada özünü göstərir.Qabiliyyətlərin əsas formaları aşağıdakılardır.
1.İstedad
2.Talant
3.Dahilik
Bir neçə qabiliyyətin özünə məxsus birliyinə istedad deyilir.İstedad hər hansı bir fəaliyyət sahəsində yüksək yaradıcılıq nümunəsi yaratmaq,o sahədə yüksək uğurlar qazanmaqdır.İstedad istənilən fəaliyyət sahəsində özünü göstərə bilər.Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır.Talant müəyyən fəaliyyət sahəsində mürəkkəb məsələləri müvəffəqiyyətlə və orijinallıqla həll etməkdir.Talant gərgin yaradıcı əmək tələb edir.
Dahilik isə talantın ən yüksək inkişaf dərəcəsidir.Dahilik gələcəyi qabaqcadan görmək,yeni nəzəriyyələr irəli sürməkdə,böyük kəşflərdə meydana çıxır.Dahilik psixoloji cəhətdən tükənməz iradə,dərin ehtiras,hüdudsuz zəka,fövqəladə hafizə,parlaq təxəyyül,dərin,geniş və tənqidi təfəkkür,daim alovlanan əmək sevərlik kimi qabiliyyətlərin özünəməxsus birliyindən ibarətdir.

YAZAR: Səkinə Mürsəlova 

Həmçinin bax:Avropa qitəsi

Həmçinin bax:https://turaz.org/macaristan-xarici-elaqeler-ve-ticaret-nazirliyinin-dovlet-katibi-gencede-mulki-ehaliye-qarsi-hucumlarin-sahidi-olduq/

Həmçinin bax: https://tehsilim.org/dostlugun-sehri-musabiqesi-davam-edir/