Qərbi Azərbaycana köçürülən ermənilər

Qərbi Azərbaycanın dilbər və cənnət guşələrindən biri olan Qaraqoyunlu dərəsi bir ərazi vahidi kimi Gəncə quberniyasının Qazax qəzasının Dilican nahiyəsinə tabe olmuşdur. Ta qədim zamanlardan bu ərazi İşquz (iç oğuz), Murğuz, Manquz çarlığının, sonralar isə Alban çarlığının ərazisi olmuşdur. Qaraqoyunlu dərəsinin Göyərçinli , Vəng, Ağkilsə, Ağnabad, Çaykənd, Qaraqaya, Gölkənd, Əmirxeyr və Cıvıxlını tarixi abidələri və tarixi-maddi əşyalar sübut edir ki, bu torpaqlarda ermənilər yalnız 1828-ci Türkmənçay müqaviləsindən sonra İran milətçiləri və rus şovinistlərinin əli ilə İrandan 40, Türkiyədən isə 80 min erməni ailəsi qədim oğuz-türk torpaqlarına köçürüldü.

1828-ci il müqaviləsindən sonra Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun Peterburqa göndərdiyi məlumatda bildirilir ki, İrandan 40 min erməni ailəsi mütəşəkkil surətdə Azərbaycan torpaqlarına köçürüldü. Bu şovinist və millətçi diplomatın sevinci uzun sürmədi: Tehranda erməniləri Rusiya səfirliyində gizlətdiyi üçün fanatic farslar tərəfindən öldürüldü, onun cəsədini isə xam atın quyruğuna bağlayıb sümükləri çıxana qədər sürdülər.

Qərbi Azərbaycanın mahal və bölgələrində yerləşdirilmiş ermənilər  yerli türklər tərəfindən “persoy”,”qaxdaqan” və “qrroyı ” adı ilə adlandırılmışlar. Persoylar Persiya yəni İrandan, qaxdaqanlar Türkiyədən, qrroylar isə Suriya, Livan və Misirdən gətirilərək qədim oğuz-türk torpaqlarında yerləşdirilmişlər.

Qırmızıkənd (Krasnoselo) və Dilican rayonları ərazisində isə ermənilər çox sonralar, yəni 1920-ci ildən sonra məskunlaşmışlar. Qırmızıkənd rayonunun Martuni kəndinin əsası 1921-ci ildə Qotur bulaq və Təzə Başkəndin əsası isə yalnız 1923-cü ildə qoyulmuşdur.Martuni kəndi yerləşdiyi ərazidə Gölkəndin (Qərbi Azərbaycanın Qaraqoyunlu kəndi) adlı-sanlı və varlı-dövlətli adamlarından olan Ağaməmməd bəyin, Xamoy bəyin, Bala bəyin və Pirilərin qoyun sürüləri, naxırları və ilxıları bəslənilirmiş. 1937-ci ildə həmin Qaraqoyunlu bəyləri həbs edilərək Sibirə sürülmüş,var-dövlətləri isə ermənilər tərəfindən talan edilmişdir.

1968-ci ildə Fizuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarasından tapılmış qədim insane aid çənə sümüyünün antropoloqlar və tarixçilər tərəfindən tədqiqi bir-daha sübut etdi ki, həmin çənə sümüyü eramızdan çox-çox əvvəl burada yaşamış türkə məxsusdur. Bu azıxlar kimdir? Bəzilərinə görə Azıxlar qədim türklərdir. Hal hazırda Qazaxıstanda azıx adı ilə çağırılan türklərə rast gəlmək olar. 1980-ci illərin sonunda  erməni arxeoloqları Cıvıxlı (Qərbi Azərbaycanda Qaraqoyunlu kəndi) ərazisində qazıntı işləri və axtarışlar aparırdılar. Onların məqsədi Qaraqoyunlu dərəsində “qədim ermənilərin“ yaşadığını sübut etmək idi. Lakin tapılmış qəbir baş daşları üzərindəki yazıları oxuya bilmədilər, çünki həmin yazılar alban hərfləri ilə həkk edilmişdi. Erməni arxeoloqu və etnoqrafı Xaçaturyan əsəbiləşərək eynəyini kənara atıb, linzanın köməyinə ümid edirdi. Lakin, linza da onu xilas edə bilmədiyindən söyərək linzanı daşa çırpıb parça-parça etmişdi. Öncə həvəslə işə girişən ermənilər pərt olmuş və bu vəziyyətdən çıxış yolu axtarmağa başlamışlar.

Gürcü publisisti A.Cavadzade özünün “Erməni alimləri və fəryad edən daşlar” kitabında yazır: ”Peterburq universitetinin professoru, milliyətcə erməni olan, lakin atasını belə tanımayan Patkanova başa salın ki, siz ermənilər fars, yunan və qaraçılardan törəmisiniz və sizin keçmişiniz yoxdur və öyrənməyə mənəvi haqqınız yoxdur!!!” Həmçinin A.Cavadzade ermənilərin türk, alban, gürcü, yunan və başqa xalqların qədim tarixi keçmişinə aid olan abidələri oğurlamaqlarından, onları erməniləşdirmələrindən təssüflə yazır.

Bəli,ermənilər əzəli türk torpaqları olan Qərbi Azərbaycan ərazisindəki bütün İşquz (iç oğuz), Murğuz, Manquz və Alban çarlıqları dövrlərində inşa edilmiş məbəd, kilsə və körpüləri, qəbirstanları özlərinin dədə malı kimi təqdim etməkdən çəkinməmişlər.

Mənbə-Elbrus Hacılı Qaraqoyunlular (Sumqayıt nəşr 1999)
YAZAR: Amin Xan