Putin və Zelenski Donbası müzakirə etdi.
Putin və Zelenski Donbası müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna lideri Vladimir Zelenski arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti rəsmi Kiyevin təşəbbüsü ilə keçirilib.
Liderlər Donbasdakı situasiyanın tənzimlənməsini müzakirə edib, o cümlədən burada atəşin dayandırılması ilə bağlı qəbul edilən qərarları müsbət qiymətləndiriblər.
Müxbir: Ələkbərova Nuray
Mənbə: Axar.az