Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib

 

Rusiya prezidenti Vladimir Putin və Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmanı müzakirə ediblər.

 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov söyləyib.

 

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb”, – o deyib.

 

D.Peskovun sözlərinə görə, Rusiya prezidenti münaqişənin alovlanması ilə bağlı narahatlığını bildirib və atəşkəs rejiminin tətbiqinin vacibliyini vurğulayıb.

 

Mənbə: Report.az

Xəbərçi: Qafqazh.com saytının xüsusi müxbiri Jalə Hüseynova