“Puşkovdan Saakaşvili eyhamı: “Borjomi” içmək gecdir.”
Klimkin və tərəfdarları artıq oyunu uduzublar və indi “Borjomi” içmək gecdir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Nə Qərbin sanksiyaları, nə Kiyevin provokasiya və isterikası Moskvanı öz siyasətindən döndərə bilər. Klimkinin çağırışları yalnız Kiyevə problem yarada bilər”, – deyə senator bildirib.
Qeyd edək ki, Ukraynanın sabiq Xarici İşlər naziri P.Klimkin Krımı Rusiya üçün daxili və xarici problem vəziyyətinə gətirməklə bağlı çağırış edib.
Müxbir: kafkazh.com
Xüsusi müxbir: Nuray Ələkbərova
Mənbə: Axar.az