Psychoanalysis-Psixoanaliz

Şüursuz zehni prosesləri vurğulayan və bəzən “dərinlik psixologiyası” kimi xarakterizə olunan psixoanalitik nəzəriyyənin formalaşdırdığı psixoanaliz, psixi pozğunluqların müalicəsi metodudur. Psixoanalitik hərəkət psixoanaliz terminini irəli sürən Avstriya psixiatrı Ziqmund Freydin klinik müşahidələrində və formülasyonlarında meydana gəlmişdir.1980-ci illər ərzində Freyd hipnoz altında olan nevrotik xəstələrin araşdırmalarında Avstriyalı həkim və fizioloq Josef  Breuer ilə çalışdı. Freyd və Breuer hipnotik vəziyyət zamanı xəstələrin fikir və impuls mənbələri şüura gətirildikdə  xəstələrdə yaxşılaşma müşahidə etdilər.

Əksər xəstələrin hipnoz altında qalmadan sərbəst danışdıqlarını müşahidə edən Freyd fikirlərin sərbəst birləşməsi üsulunu inkişaf etdirdi. Xəstə ağlına gələn hər hansı bir şeyi, ehtimal olunan uyğunluq nəzərə alınaraq və nəzərə alınmadan söyləməyə təşviq edildi. Onların bəzən sərbəst birləşmələr qurmaqda çətinlik çəkdiklərini qeyd edən Freyd, bəzi ağrılı təcrübələrin basdırıldığı və ya şüurlu şüurdan uzaqlaşdırıldığı qənaətinə gəldi. Freyd erkən təcrübəsi zamanı görülən xəstələrin əksəriyyətində ən çox qabaqlanan hadisələrin narahatlıq doğuran cinsi təcrübə ilə əlaqəli olduğunu qeyd etdi. Beləliklə, narahatlığın seksuallığa bağlı olan basdırılan enerjinin (libido) bir nəticəsi olduğunu fərz etdi; basdırılan enerji, psixoloji müdafiə mexanizmləri rolunu oynayan müxtəlif simptomlarda ifadə tapdı.

Freyd və davamçıları daha sonra narahatlıq anlayışının təcavüz və düşmənçilik fantaziyalarının nəticəsi olan qorxu, günahkarlıq, utanc hislərini və əziyyət çəkənin asılı olduğu bir insandan ayrılmasından qaynaqlanan təklik qorxusunu özündə cəmləşdirdiyini qeyd etdilər.

Freydin sərbəst birləşmə texnikası ona yuxuların mənalarını, dil sürüşmələrini, unutqanlığı və gündəlik həyatda olan digər səhvləri öyrənmək üçün bir vasitə oldu.Bu araşdırmalardan o, şəxsiyyətin quruluşunun yeni bir konsepsiyasına nail oldu: id, eqo və super-eqo. İd genetik fondan çıxarılan və həyatın qorunması, yayılması ilə əlaqəli sürücü və impulsların şüursuz rezervuardır. Freydə görə eqo şüurun şüurlu və şüuröncəsi səviyyələrində fəaliyyət göstərir. O, şəxsiyyətin reallığın vəzifələri ilə əlaqəli hissəsidir: qavrayış, idrak və icraedici fəaliyyət.Super-eqo’da fərdin ətraf mühitdən qaynaqlanan idealları və dəyərləri, ailə və cəmiyyətin mənəviyyatı yatır: super-eqo eqo funksiyalarına bir senzur kimi xidmət edir.

Freydin yanaşmasına əsasən şəxsiyyətin üç quruluşu arasındakı ziddiyyətlər bastırılır və bu, həyəcanın oyanmasına səbəb olur. Ailə və mədəni təsirlər yolu ilə öyrənilən müdafiə mexanizmlərinin inkişafıyla şəxs həyəcan keçirməkdən birbaşa qorunur. Cəmiyyətdə yaşamaqdan məmnun olmağı hədəflədikdə bu mexanizmlər patoloji olur. Bu uyğunlaşma nümunələrinin və ya müdafiə mexanizmlərinin mövcudluğu psixotik və nevrotik vəziyyətlərdə kəmiyyət baxımından fərqlidir, lakin keyfiyyətcə fərqlənmir.

Sigmund Freud

Freyd, xəstənin analitiklə duyğusal bağlılığını xəstənin valideynlərə və ya əhəmiyyətli valideyn fiqurlarına olan münasibətinin köçürülməsini təmsil etdiyini düşünürdü. O, analitik üçün şüursuzca proqnozlaşdırılan bu güclü hislərin xəstənin sərbəst birləşmə qabiliyyətinə təsir etdiyini düşünürdü. Bu cavabları və onların yaratdığı müqavimətləri obyektiv şəkildə müalicə edərək, xəstəni bu hislərin mənşəyini təhlil etməyə gətirərək Z.Freyd, köçürülmənin təhlili və xəstənin analizə qarşı müqavimətini psixoanalitik terapiyanın əsas daşı olduğu qənaətinə gəlmişdir.

Freydin bioloji instinktiv proseslərə əsas rol kimi aid etdiyi mövzulardakı erkən fikir ayrılığı bir zamanlar Carl Jung, Otto Rank və Alfred Adler’in öz psixoloji nəzəriyyələrini yaratmasına səbəboldu. Freyd nəzəriyyəsindən və ya texnikasından əhəmiyyətli dərəcədə uzaqlaşdırılan digər təsirli nəzəriyyəçilər arasında Melanie Klein, Karen Horney, Ronald Fairbairn, Harry Stack Sullivan, Donald Winnicott, Erich Fromm, Erik Erikson və HeinzKohut da var.Bir zamanlar psixiatrlar psixoanalitik praktikada inhisarda idilər, lakin sonradan qeyri-tibbi terapevtlər də psixoanalitik təlimin stitutlarına qəbul edildi.

Sonrakı inkişaflar, Klein və Z.Freud’un qızı Anna Freud tərəfindən öncülük edilmiş uşaqların psixoanaliz texnikası və nəzəriyyəsi üzərində işləri əhatə etdi. Ağılın id, eqo və super-eqo’ya ayrılan Freyd üçlü bölünməsi getdikcə daha çox işləndi, narahatlıq problemləri getdikcə daha çox diqqət çəkdi və qadın cinsəlliyi araşdırmaları həyata keçirildi. Psixoanaliz həm də sosial düşüncənin digər sahələrində, xüsusən, antropologiya və sosiologiyada, ədəbiyyat və incəsənətdə bir çox ekstraklinik tətbiqetmə tapdı.

YAZAR: Sevinc Əliyeva (Naxçıvan Müəllimlər İnstitutu, ingilis dili müəllimliyi ixtisası, 2-ci kurs tələbəsi)

 

Həmçinin bax: Qarabağ haqqında bilinən və bilinməyən gerçəkliklər

Həmçinin bax: https://turaz.org/susa-isgaldan-azad-edildi/

Həmçinin bax: https://tehsilim.org/mekteblilerimizden-37-ci-balkan-riyaziyyat-olimpiadasinda-ugurlu-netice/