PSJ 13-cü dəfə Fransa kubokunu qazanıb
PSJ 13-cü dəfə Fransa kubokunu qazanıb
Fransa kubokunun qalibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən uzun müddətdir ölkədə yaranan futbol həsrətinə kubokun final matçı ilə son qoyulub.
Həlledici qarşılaşmada yarımçıq başa çatdırılan Liqa1-in çempionu elan olunan PSJ “Stad De Frans”da “Sent-Etyenn”lə üz-üzə gəlib. Rəqibin təxminən bir saat azlıqda çıxış etdiyi matçdan qalib ayrılan PSJ ölkə kubokuna da yiyələnib və “qızıl dubl” edib.
Bununla Paris klubu 13-cü dəfə kubokun sahibi olub. Sonuncu dəfə 1977-ci ildə Fransa kubokunu qazanan “Sent-Etyenn” isə 1982-ci ildən bəri çıxdığı ilk finalda yenə uduzub.
Mənbə:Apa.az
Müxbir:Aytac Cəfərova