Psixozlar . Psixozların əsas əlamətləri

Psixozlar

Psixoz – insanın normal psixi fəaliyyətində baş verən dəyişikliklərdən biridir. Bu cür xəstələr reallıqla əlaqənin itirilməsi iıə  xarakterizə olunan müxtəlif  növ düşüncə, qavrama, davranış ,emosiya və s. pozuntularına malik olurlar.

  Psixozların əsas əlamətləri:

1.Davranış pozuntuları;
•Hərəki oyanıqlıq, yaxud güclü tormozlanma
•Qəribə hərəkətlər

2.Düşüncə pozuntuları;

•Sayıqlama – yalnış mülahizələr ( bu mülahizələri xəstə əhatəsində olan insanlarla bölüşmür. İnandırıcı və digər yollarla onu bu vəziyyətdən çəkindirmək olmur.)
•Rabitəsiz, qeyri – adi nitq

3.Qavrama pozuntuları;
•Hallüsinasiyalar – xarici mühitdə olmayan qavrama ( Daha çox eşitmə və görmə hallüsinasiyalarına rast gəlinir.)

Digər pisixi xəstəliklərdə olduğu kimi,bu cür xəstələr də xəstəliyin mövcudluğunu dərk etmək və öz problemlərinin həllinə düzgün  yanaşmaq istəmirlər.
Xəstə özünə və digər insanlara qarşı zorakılıq törətməyə çağıran “səslər” formasında təhlükəli eşitmə və görmə hallüsinasiyalarına sahib ola bilər.

Psixozlar 3 yerə bölünür:

1.Kəskin psixozlar:
•Somatogen (infeksion)
•Psixogen  (reaktiv) dissosiativ
•İntoksikasiya nəticəsində yaranmış
•Bəzi üzvi mənşəli psixozlar
2.Keçici psixozlar
3.Xroniki psixozlar:
•Şizofreniya
•Bipolyar pozuntu
Ümumiyyətlə, belə xəstələr qeyri – adi fikirləri və şikayətləri, qəribə davranışları, dəyişkən  əhvali – ruhiyyələri ilə seçilirlər.
Xroniki psixozlar – şizofreniyalı xəstələr intihar və psixoaktiv maddələrin qəbulu zamanı somatik xəstəliklərin yaranmasının yüksək riskinə malik olurlar. Onlar və onların ailə üzvləri utanma, günah hisləri keçirir və zəruri yardım üçün müraciət etmirlər.
Kişilərdə bu xəstəlik ən çox  15-25 yaş arasında, qadınlarda isə 25-35 yaş və  menapauzadan öncəki dövrdə 40-45 yaş arasında müşahidə olunur. Müasir təsəvvürlərə görə, şizofreniya – düşüncə , qavrama, emosiya, iradə, davranış  kimi psixi sferaların pozuntusu şəklində nəzərdən keçirilir.
Psixozlu xəstələrə rəftara xüsusi diqqət yetirməlidir. Stress törədən və qıcıqlandırıcı amillərin təsirini minimuma endirmək üçün xəstəni tənqid etməkdən, onunla qarşıdurma  yaratmaqdan  uzaq olmaq lazımdır.Bəzən  xəstə düşmənçilik  mövqeyi də nümayiş etdirə bilər.

Bu zaman təhqiredici ifadələrə cavab vermədən onun dediklərinə susqunluqla  ve ya yumşaq formada reaksiya verməlidirlər. Belə xəstələri düşündüklərindən daşındırmaq  mümkün deyil. Onunla razılaşmamaq və mübahisə etmək əvəzinə ,neytral mövqe tutmaq  məqsədəuyğundur. Yalnız o öz düşüncələrinin düzgünlüyü barədə şübhələrini dilə gətirdiyi zaman onu dəstəkləmək olar.

Bəzən psixoz vəziyyətində olan xəstə uzun-uzadı söhbət edir ve söhbətin bitməsini istəmir. Bu zaman siz ayağa durmalı ve görüşün bitdiyini ona aydın
şəkildə bildirməlisiniz.
     
Diaqnostik müayinə

Birinci psixotik epizoddan şübhələnərkən, xəstə təcili yardım şöbəsində somatik status qiymətləndirildikdən sonra müayinə üçün yeniyetmə və ya yetkin psixiatrik yardıma yönəldilməlidir, əgər lazımdırsa intensiv yardım kifayət qədər təcrübəli komanda tərəfindən ambulator və müvafiq yönəldilmə ilə xəstəxanadaxilində palatada göstərilməlidir. Onlar yeniyetmə psixiatriyası şöbəsində çox ixtisaslı komanda tərəfindən qiymətləndirilməlidir.
Diaqnoz anamnez, klinik simptomlar və onların müddəti ilə yanaşı, yeniyetmənin psixiatrik və somatik müayinəsinə əsaslanmalıdır.

YAZAR: Gülaf Məhərrəmova

Həmçinin bax: Halüsinasiyalar

Həmçinin bax:https://tehsilim.org/fevralin-19-da-dovlet-qullugunda-inzibati-rehber-a-novu-ev-inzibati-icraci-b-novu-vezifelere-aid-olan-vezife-qruplari-uzre-test-imtahanlari-kecirilecek/

Həmçinin bax:https://turaz.org/oyun-erdene-ehmed-yazali-qebul-edib/