Psixoloji Treninqlər və ünsiyyət çətinlikləri

Psixoloji Treninqlər

Adi həyatda ünsiyyət qurmağı bacarmayan insanlar bir sıra çətinliklərlə üzləşirlər. Ünsiyyətə hazır olmayan şəxslərin hətta psixikasında problemlər yaranır. Ünsiyyət çətinlikləri olan şəxslər lazım gəldikdə ətrafdakı adamlara kömək üçün belə müraciət edə bilmirlər. Məişət həyatında ünsiyyət qurmağı bacarmayan insanlar bir sıra çətinliklərlə üzləşirlər.Ünsiyyətə hazır olmayan şəxslərin hətta psixikasında problemlər yaranır.

Ünsiyyət çətinlikləri olan şəxslər lazım gəldikdə ətrafdakı adamlara kömək üçün belə müraciət edə bilmirlər. Treninq xüsusi təşkil olunmuş ünsiyyət formasıdır. Treninq aktiv öyrənmə metodu olub,müəyyən sahədə bilik, bacarıq və vərdişlərin formalaşmasına yönələn fəaliyyət formasıdır.

Psixoloji treninq psixoloq tərəfindən müxtəlif psixoloji çalışma və metodlardan istifadə edilməklə keçirilən və əsas məqsədi ünsiyyətdə səriştəliliyin artırılması,cəmiyyətdə davranışı müəyyən edən bilik,bacarıq və vərdişlərin formalaşması olan aktiv fəaliyyətdir. Onun nəticəsində şəxsiyyətin inkişafı, kommunikativ vərdiş qazanılması və psixoloji yardımı həyata keçirilir.

Treninq,eyni zamanda,stereotiplərin aradan qaldırılmasına, şəxsi problemlərin həll olunmasına kömək edir.Sosial-psixoloji treninq aktiv təlim metodu olmaqla qrup formasında həyata keçirilir. Sosial-psixoloji treninqlərin daha səmərəli keçirilməsi üçün təşkilatçılar onun məqsədini aydın və dəqiq bilməlidirlər.

Treninqin başlıca məqsədi şəxsiyyətin inkişaf etdirilməsi olmalıdır. Özünüdərketmə, ünsiyyət və qarşılıqlı təsir vərdişlərinin formalaşması sahəsində qrup metodlarının işlənilməsi və tətbiqi onun əsas vəzifəsini təşkil edir.

Sosial-psixoloji treninq prosesində başlıca vasitə kimi müxtəlif modifikasiyalarda tətbiq edilən qrup diskussiyasından və rollu oyunlardan istifadə olunur.Sosial-psixoloji treninq ideyasını mahiyyət etibarilə alman psixoloqu Kurt Levin irəli sürmüşdür.Sosial-psixoloji treninqlərin məqsədinin həyata keçirilməsi üçün bir sıra konkret vəzifələr qarşıya qoyulmalı və həll edilməlidir:
1.Müəyyən sosial-psixoloji bilikləri mənimsəmək.

2.Özünü və başqalarını adekvat şəkildə dərk etmək.

3.Şagird şəxsiyyətinin diaqnostika və korreksiyasını həyata keçirmək,davranış və münasibətlərin,ünsiyyətin qurulmasına mane olan xüsusiyyətləri aradan qaldırmaq.

4.Şəxsiyyətlərarası münasibət və təsirlərin səmərəliliyinin artırılması üçün hər bir iştirakçının fərdi keyfiyyətlərini nəzərə almaq.
Sosial-psixoloji treninq məqsədilə xüsusi kiçik qruplar təşkil olunur.Hal-hazırda sosial-psixoloji treninq praktikası psixologiya elminin sürətlə inkişaf edən tətbiqi sahələrindən birinə çevrilmişdir.Sosial-psixoloji treninqdən müxtəlif profilli mütəxəssislərin – rəhbər işçilər,müəllimlər,həkimlər,psixoloqlar,ticarət işçiləri və s. hazırlığında istifadə olunur.

Ər-arvad konfliktlərinin aradan qaldırılması, valideynlərlə uşaqlar arasında münasibətlərin yaxşılaşdırılması, “ətin” yeniyetmələrin tərbiyəsində də geniş istifadə olunur. Sosial-psixoloji treninqin köməyilə,bir tərəfdən,ünsiyyət sahəsində həyati çətinliklərlə rastlaşmış adamlarda kommunikativ vərdişlər formalaşdırılır və ya onların ümumi kommunikativ hazırlığı təkmilləşdirilir,digər tərəfdən isə adamlarla bağlı olan peşə sahiblərində-rəhbər işçilərdə, pedaqoqlarda,tibb işçilərində,idman məşqçilərində və b.-da xüsusi kommunikativ vərdişlər
yaradılır.

YAZAR: Səkinə Mürsəlova

Həmçinin bax:Sosial normalar. Ünsiyyətdə rol və rol gözləmələri

Həmçinin bax:https://turaz.org/selim-muslumov-haqqinda-qerar-oxundu/

Həmçinin bax:https://tehsilim.org/dovlet-imtahan-merkezinin-psixoloji-xidmet-layihesi-cercivesinde-e-psixoloq-az-elektron-portali-fealiyyte-baslayib/