Psixoloji cins və bioloji cins nədir?
Psixoloji cins nədir?
Biz gözün və saçın rəngini, üzün cizgilərini, insanın əynindəki paltarı və üstündə hansı bəzək əşyasının olduğunu unuda bilərik. Lakin onun kişi yaxud qadın olduğunu heç vaxt yaddan çıxarmarıq. Son onilliklər ərzində insanlar kişi və qadın təsnifatına daha çox diqqət verməyə və onun müxtəlif məna aspektləri barədə suallar verməyə başlayıb. Bu suallar təkcə psixologiya və o cümlədən, sosial psixologiyada deyil, həm də humanitar elmlərin digər sahələrində meydana çıxır. Həmin problemlə bağlı sosial psixoloqların fikri olduqca vacibdir, çünki onlar diqqəti davranışımızı “maskulin” yaxud “feminin” kimi formalaşdıran norma və rollara yönəldir. Qadın və kişinin psixoloji xasiyyətnamələrindəki fərq, bəlkə də, kişi başlanğıcının birinciliyini və üstünlüyünü sübut etmək məqsədi güdən alimləri həmişə maraqlandırmışdır. Çünki qadın psixoloji xasiyyətnaməsi kişi alimləri tərəfindən diqqətəlayiq sayılmırdı.Avstriya psixoloqu, psixoanalizin müəllifi Zigmund Freyd (Sigmund Freud) idi və o, qadını natamamlıq kompleksindən əziyyət çəkən, kişi cinsiyyət üzvləri arzusunda olan və ona həsəd aparan “alçaldılmış kişi” kimi təsvir edirdi. Sonralar, Karl Qustav Yunq (Karl Gustav Yung) “Anim”u kişi şəxsiyyətinin şüursuz qadın tərəfi, “Animus”u isə qadın şəxsiyyətində şüursuz kişi tərəfi kimi qeyd edərək heterogen şəxsiyyət strukturundan söhbət açır. Karen Horninin (Karen Horney) neofreydizmini qadın psixologiyasının rüşeymi hesab etmək olar. Son onilliklərdə daha geniş məna məqsədilə psixoloqlar “cins” əvəzinə “gender” sözündən istifadə edir. Çoxsaylı elmi mübahisələr nəticəsində, cins və gender anlayışları arasında dəqiq sərhəd qoyuldu. Cins konkret bir insanın kim – qadın yaxud kişi – olduğunu bildirir və həmin insanın bioloji statusunu göstərir. Elmi araşdırmaların inkişafı ilə aydın oldu ki, bioloji cəhətdən kişi ilə qadın arasında fərqdən daha çox, oxşarlıq mövcuddur. Boya və bədənin ağırlığına, həmçinin, fiziki qüvvəyə yemək, həyat tərzi mühüm dərəcədə təsir göstərir ki, bu da öz növbəsində kişiyə yaxud qadınamı daha artıq yemək verməyin daha düzgün olması, kalorili yeməyin kimə daha gərəkli olması, kim üçün idman məşğələlərinin daha əlverişli olması ilə bağlı ictimai baxışın təsiri altındadır. Cins və gender anlayışlarının fərqləndirilməsi sosial proseslərin yeni nəzəri dərkolunma səviyyəsinə çıxış demək idi. Sosial rolların, fəaliyyət formalarının bölünməsi, davranışında və cinsə görə emosional xasiyyətnamələrin fərqliliyi şübhəsizdir və bu, Azərbaycan cəmiyyəti də ümumi siyahıdan istisna olunmadan, şərq mədəniyyəti üçün daha səciyyəvidir. Antropoloq, etnoqraf və tarixçilər çoxdandır ki, “tipik kişi” yaxud “tipik qadın” barədə təsəvvürlərin nisbiliyini müəyyən etmişlər: bir cəmiyyətdə kişi işi sayılan, digərində qadına aid edilə bilər
Bioloji cins nədir?
Bioloji mənada , iki cins vardır : Qadın və kişi. Artıma sistemləri , bu cinsiyyətləri ayıran xüsusiyyətdir. Fərdlər,mütləq doğuşdan,bu iki cinsiyyətdən birinə aid olar.Cins rolu anlayışı , bir adamın , öz gender şəxsiyyətini sübut etmək üçün söylədiyi və etdiyi hər şeyi ifadə etmək üçün istifadə edilir. -Money , 1955 . İctimai Cins və gender şəxsiyyəti anlayışlarını , 1963-cü ildə Robert Stoller və Ralph Greenson bu şəkildə təyin etmişdir. Bir çox insanda , fiziki, ictimai və gender şəxsiyyəti bir uyğunlaşma içindədir.Bu kəslər,müəyyən bir cinsiyyətin xüsusiyyətlərinə sahibdirlər və mədəniyyətlərinin də təsiriylə bu cinsiyyətə uyğun davranır,özünü o cinsiyyətə aid kimi hiss edərlər. Cins – insanı səciyyələndirən ən vacib amillərdən biridir. Cins adlandırılan mövhumun genetic əsası artıq mayalanma mərhələsində yaranır. Ümumiyyətlə, insanın yaradılması haqqında İncildə gətirilən əfsanə həqiqətdən çox uzaqdır. Alimlər isə göstərirlər ki, insan cismi və zəkasının başlıca matrisası – qadınınkidir. Hamımız həyatımızı qız olaraq başlayırıq. 22 cüt xromosom (autosom) qadın kodlarından ibarətdir; yalnız 23-cü cütdə – cinsi xromosomda Y – xromosom, yəni kişilərə aid genetik kod yerləşə bilər.
«Cinsin təkamül nəzəriyyəsi» məqaləsində cinsin təkamülü təşkilolunmanın müxtəlif mərhələ və səviyyələrində təhlil olunur. Burada biz bir sıra mexanizmləri aşkar edirik: onlar qadın cinsinin mühafizəkar (yaradıcı bərpaedici) axını kimi cinsinin isə – analoji (operativ) axını ilə əlaqələndirir.
Deyiləni cinslərin dispersiyası (səpələnmə) və cinsi dimorfizmin filogenetik qaydaları adlandırmaq olar. Ontogenezdə mütənasibsizlik həm də qadın cinsində əlamətlərin inkişafının müəyyən yaş mərhələlərində gecikdirilməsidir: ontogenezin əvvəlində dimorf əlamətinin qadın forması, onun axırında isə kişi forması üstünlüyü təşkil edir.
Bu – cinsi dimorfizmin ontogenetik qaydasıdır: əgər hər hansı bir əlamətə görə qrupda cinsi dimorfizm varsa, ontogenez prosesində o, qadın formasından kişi formasına doğru hərəkət edir. Başqa sözlə, yaş artdıqca, ana tərəfinin əlamətləri zəyifləyir, atanınkı isə artır. Hormonlar dölün beyninəmüdaxilə etdikcə, burada kişi və yaxud qadın beyninə xas olan əvvəlcə struktur, sonra həm də funksional dəyişikliklər baş verir. Bu proses döl vəziyyətindən başlayaraq, yeniyetmə dövrünə qədər uzanır. Kişi (testosteron) və qadın (estron, estriol, estrariol) cinsi hormonlar inkişaf etməkdə olan orqanizmdə ana bətnində ikən artıq əmələ gəlməyə başlayır; bu da insanın xarakteri və qabiliyyətlərinin formalaşmasına çox ciddi təsir göstərir. Anadan olan uşaqlara cinsi hormonlar onun cinsi mənsubiyyətinə uyğun, yəni oğlan və ya qız olaraq, normal fiziki və psixi inkişaf yolunu keçmək üçün kifayət edir. Yəni anadan olandan insan, heç də cinsi mənada neytral bir məxluq kimi yaşamır. Onun orqanizmində əmələ gələn hormonlar, digər amillərlə yanaşı, davranışda, maraq və meyllərin istiqamətləndirilməsində cinsi fərqlərin müəyyən edilməsində kifayət edir. Genetik amillərin cinsi özünümüəyyənləşdirmə (özünübənzətmə) prosesində təsiri ömür boyu davam edir.
YAZAR: ŞIXALIYEVA NAİDƏ
HƏMÇİNİN BAX: ”Maladaptive daydreaming” sindromu və ya uyğunsuzluq xəyal qurma.
HƏMÇİNİN BAX: https://turaz.org/prezident-minatemizleme-fealiyyetinin-elaqelendirilmesi-ile-bagli-ferman-imzalayib/
HƏMÇİNİN BAX: https://tehsilim.org/dovlet-qullugunda-movcud-islahatlar-cagirislar-ve-perspektivler/