Psixologiya elminin əsas cərəyanları
İnsan davranışı sahəsindəki ən əhəmiyyətli mütəfəkkirlərdən biri Hermann Ebbinghausun dediyi kimi, “psixologiyanın çox keçmişi var, amma qısa bir tarixi var.” Ebbinghaus bu sözləri ilə bu sahədəki inkişafın mahiyyətini əks etdirir. Psixologiya elminin başlanğıcı ilk dövrlər, fəlsəfəyə aid sualların və fiziologiya metodlarının birləşməsini əhatə etmişdir. Psixologiyanın bir elm olma yolunda inkişafına şərait yaradan düşüncələrin keçmişi e.ə 4-5 yüzillərə qədər gedib çıxır. (Morgan, 2011, s.3).
1879-cu ildə Leipzig Almaniyasında strukturizmin qurucusu olan Wundt, ilk rəsmi eksperimental psixologiya laboratoriyasını quraraq fizioloq olaraq başladığı karyerasında diqqəti bədəndən zehnə yönəldərək modern psixologiyanın təməllərini atmışdır.(Schultz&Schultz, 2007, s.26-29; Myers, 2013, s.9-11) Nəticə etibarilə, fəlsəfi sorğulamalarla başlayan insanı anlama cəhdi Strukturizm ilə elmi bir çərçəvə qazanmışdır. Modern psixologiya uzun illər üç böyük məktəbin; ənənəvi neyropsixiyatriya, psixoanaliz və biheviorial psixologiyanın təsirində qalmışdır. Bu üç məktəb arasında səssizcə inkişaf edən koqnitiv psixologiya məktəbi ilk olaraq Piaget’in 1920-ci illərdə zehinsəl inkişaf mərhələlərini açıqlaması ilə varlığını hiss etdirməyə başlayır.
Neisser və Miller’in liderliyi ilə koqnitiv qavramı , digər tərəfdən Maslow və Rogers’in liderliyi ilə humanist anlayışı psixologiya elmində radikal bir geri dönüşün xəbərçisi olaraq 1940-1950 illərdən etibarən öz təsir gücünü artırmışdır. (Papillia; Sally, 1998,s.7; Schultz&Schultz, 2007, s.26-29; Arkonanç, 2005, s.7, Eysenck; Keane, 1996, s.16)
İlk təcrübə psixoloji laboratoriyasını 1879-cu ildə açan Alman psixoloq Wilhelm Wundt’un strukturizmini, əslində, rəsmi olaraq quran Wundt’un şagirdlərindən biri Titchener idi. Strukturizm, adından da göründüyü kimi, ağılın quruluşunu araşdırmağa yönəlmişdir.
Wundt psixologiyanın, uşağın oyuncaq hissələrini açmaq üçün bir oyuncağı parçaladığı kimi, şüurun əsas elementlərinə bölünməsinə diqqət yetirməli olduğunu düşünürdü. Ağıl qədər mücərrəd və dinamik bir şeyin konkret quruluşunu təyin etmək fikri bu gün çoxlarına absurd görünə bilər. Bununla birlikdə, strukturistlər bu hədəfi nəinki yerinə yetirə biləcəklərinə, elmi olaraq da edə biləcəklərinə əmin idi. Wundt, tədqiqatçılara ağılın quruluşunu ortaya qoymağa imkan verəcək bir “elmi” vasitə kimi introspeksiya texnikasını inkişaf etdirdi. İntrospeksiya içəri baxmağı əhatə edir: analiz və öz daxili təcrübələrimizi meydana gəldikdə anlamağa çalışmaq.
Bu texnikadan istifadə edərək təlim keçmiş subyektlərə müxtəlif növ stimullar təqdim edildi və o dövrdə yaşadıqlarını mümkün qədər aydın və “obyektiv” təsvir etmələri istənildi. Məruzələr daha sonra şüurun əsas elementlərini müəyyənləşdirmək üçün araşdırıldı. Məsələn, sizə bir parça tort təqdim edərlərsə, qarşınızdakı yemək növünü sadəcə müəyyənləşdirmək kifayət etməz. Tortun hissləri ilə müəyyən edilə bilən əsas elementlərini də izah etmək lazımdır.
Məsələn, tortun dadı, qoxusu, toxuması, rəngi və forması mümkün qədər ətraflı təsvir edilə bilər.
Strukturizm inkişaf etdiyi illərdə psixologiya sahəsinin formalaşmasında çox vacib rol oynamışdır. Wundt və onun tərəfdarları psixologiyanın müstəqil bir eksperimental elm kimi qurulmasına təkan verdilər və elmi araşdırma metoduna vurğu etmələri günümüzdə intizamın əsas aspekti olaraq qalır.
Lakin , strukturistlər nəzəriyyələrinin tənqidlərindən də qaça bilmədilər. Elmi tədqiqatlarda göstərdiyi yenilikci cəhdlərinə baxmayaraq, daxili araşdırma (özünü müşahidə) bu məqsəd üçün ideal deyildi, çünki heç kim eyni şeyi eyni şəkildə qəbul etmir. Subyektlərin hesabatları bu şəkildə subyektiv və ziddiyyətli olmağa meyllidir.
Strukturizmin ən aqressiv tənqidlərindən bəziləri psixologiyaya funksionalist perspektiv təklif edən psixoloqlardan biri William James tərəfindən gəldi. William James-ə görə zehnin quruluşunu öyrənməkdənsə funksiyanı öyrənmək daha faydalı idi. Bu mənada funksiya iki mənanı ifadə edə bilər: ağılın necə işləməsi və ya zehni proseslərin uyğunlaşmanı necə təşviq etməsi. Strukturistlər əqli fəaliyyətimizi inkişaf etdirdiyimiz zaman “nə olur” deyə soruşsalar da, funksionalistlər bu proseslərin necə baş verdiyini və niyə daha çox sual verdilər. Funksionalistlər bəzi zehni proseslərin gedişatı, niyə yaranması ilə maraqlanırdılar. Həmçinin, heyvanların, uşaqların və anormal davranışın psixologiyaya gətirilməsi dəx onlarla bağlıdır. Tədqiqat metodu olaraq isə, funksionalistlər introspeksiyaya əlavə olaraq testlər, anketlər və fizioloji tədbirlərdən istifadə edərək mövcud repertuarlarını genişləndirdilər. Bütün bunlara baxmayaraq , elmin inkişafı ilə, funksionalizm də çox yaşamadı və , onun yaradıcıları “funksiya” qavramını yetəri qədər açıqlamamaqla tənqid olundular.
Və, nəhayət, Freyd nə strukturizmin ,nə də funksionalizmin nəzərə almadığı məsələni psixologiya elminə gətirdi; şüursuzluq.
Psixoanaliz Freyd tərəfindən əsası qoyulan və onun adıyla ayrılmaz şəkildə bağlı olan elmi bir sahədir. Bir neçə il ərzində inkişaf etdirildiyi üçün onun başlanğıc tarixini dəqiq söyləmək olmur. Bununla bərabər, 1895-ci ilə qədər psixoanaliz çox irəliləmişdi. Başqa elmi sahələrdə olduğu kimi psixoanaliz də müşahidələrə əsaslanır və bunları sistemleşdirib izah etməyə cəhd göstərərək öz nəzəriyyələrini ortaya qoymaqdadır. Bundan dolayı, psixoanaliz adını verdiyimiz nəzəriyyənin insanın zehni fəaliyyəti və inkişafı ilə bağlı hipotezlerin icmalı hesab edirik.
Freyd avtobiyoqrafik oçerkində (1925) yazdığı kimi tibbi kariyerinə çox qabiliyyətli bir neyroanatom kimi başlamışdır. Bununla bərabər, o, güzəranını təmin etmək məcburiyyətində qaldığı üçün nevroloq – həkim kimi tibbi praktikaya daxil oldu və bugün nevrotik və ya psixotik dediyimiz xəstələri müalicə etməyə başladı.
o, isterik simptomların müalicəsi üçün klinik elektorfiziologiya sahəsində parlaq işləri bugün də dəyərini qoruyan böyük nevroloq Erbin tövsiyə etdiyi elektrik cərəyanını tətbiq etdi. Təəssüf ki, Erbin isteriya müalicəsi üçün tövsiyələri möhkəm bir əsas üzərində inşa edilməmişdi və Freyd sonunda bu tövsiyələrin dəyərsiz və iddia edilən nəticələrin səhv olduğu qərarına gəldi. 1885-ci ildə Freyd təhsilini daha da artırmaq üçün bir neçə aylığına Şarkonun Parisdə yerləşən klinikasına getdi. O burada Şarkonun müəyyən etdiyi böyük və kiçik isteriya sindromu ilə bağlı isterik simptomların əmələ gətirilməsində və müalicəsində istifadə edilən hipnozla tanış oldu. Freyd xəstələrinin simptomlarını müasiri olan digər nevroloqlar kimi hər zaman eyni dərəcədə müvəffəqiyyətli olmayan hipnoz üsulu ilə dəf etməyə çalışdı.
Təxminən elə bu vaxtlarda dostu Breyer ona psixoanalizin ərsəyə gəlməsində kritik əhəmiyyətə malik olan isterik bir xəstəsi ilə bağlı bir təcrübəsini danışdı. Breyerin özü yüksək səviyyədə fizioloji təhsili almışdı və praktik cəhətdən olduqca qabiliyyətli bir həkim idi. Başqa şeylərlə yanaşı, Herinq-Breyer refleksi kimi bilinən tənəffüs refleksinin kəşf olunmasında iştirak etmiş və kəskin ağciyər ödemində morfinin istifadə edilməsini tibbə daxil etmişdir.
Breyer Freydə bir neçə il əvvəl isterik bir qadını müalicə etdiyini və hipnozda ikən söhbət mövzusu simptomlara səbəb olan yaşadığı hadisələri və o sırada keçirdiyi hisləri xatırladığı zaman xəstənin simptomlarının ortadan qalxdığını bildirdi. (Brenner, C ( 1973). An Elementary Textbook of Psychoanalysis (rev. ed.) New York: International Universities Press).
Freyd bu metodu öz isterik xəstələrində həvəslə tətbiq etdi və yaxşı nəticələr aldı.
Beləliklə, psixoterapevtik praktikanın nəticələrinin, həmçinin normal psixi həyatın müxtəlif hadisələri- yuxugörmənin, dil çaşmalarının, yanlış hərəkətlərin, zarafatların analizi- Freyd tərəfindən ümumi psixoloji mexanizmlərin fəaliyyətinin nəticəsi kimi şərh edilmişdir.Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri psixikanı şüurlu və şüursuz hissələrə ayirmasıdır. İnsanın bildiyi, bu dəgigə dərk etdiyi hər bir şey şüurlu hesab olunur. Unutduğu, tam dərk etmədiyi və ya dərk etmək sərf etmədiyi üçün şuurundan kənarda qalan bütün başqa şeylər isə onun şuursuz sferasını təşkil edir.İnsanın təfəkkürünü, hislərini və davranışını– kökü uşaqlıq dövrünün psixotravmatik təəssüratlarına gedən və ya cəmiyyətdə mövcud olan əxlaq və mədəni normalarla toqquşan şüuraltı istəklər təyin edir. Beləliklə daxili psixoloji konfliktlər yaranır. Bu konfliktlərin həll edilməsi şüurdan pis, lakin təbii instinktlərin və arzuların kənarlaşdırılması ilə yerinə yetirilir. Şüurdan kənarlaşdırılmış bu istək və arzular izsiz keçmir. Onlar insan psixikasının dərinliyinə keçir, əvvəl-axır gərginlik yaradaraq özünü hər hansı bir formada biruzə verir.
Freud, uşaqlıqdan sonrakı təcrübələrin şəxsiyyət inkişafına necə töhfə verdiyinə dair məlumat vermədi. Bundan əlavə, daha çox müsbət və adaptiv davranışlardan daha çox psixoloji xəstəliklərə diqqət yetirdi.
20-ci əsrdə psixologiyanı inkişaf etdirənlərdən biri istedadlı amerikalı gənc Con Brodes Uotson idi və 1913-cü ildə o psixologiyanın yeni qolu-bihevorioizmin əsasını qoydu(ing. behavior-davranış.).
“Mənə bir neçə normal uşaq verin,mən onu böyütsəm,istedadlarından,əcdadlarından asılı olmayaraq istənilən sahənin mütəxəssisi-həkim,vəkil,tacir edə bilərəm”,-Uotsonun sitatı nəzəriyyəsini ifadə edirdi.
Biheviorizm tezliklə məşhur oldu və Uotson hətta Amerika psixoloqlar assosiasiyasının başında durdu.
Nəzəri işlərinin qəbul olunmasına baxmayaraq psixoloq biheviorizmi praktikada sübut etmək istəyirdi.1919-cu ildə assistenti və məşuqəsi olan Rozali Reynerlə Uotson 11 aylıq uşaq üzərində təcrübəyə başladılar.Uotsonun sözlərinə görə sonradan çıxan məqalədə adı Albert kimi hallanan körpə tamamilə sağlam idi.
İlk mərhələdə körpəyə ağ siçovul və ona oxşayan cisimlər-saqqal,tük və s. göstərirdilər.Əvvəlcə Albert siçovuldan qorxmurdu,lakin sonradan körpə hər dəfə siçovulla oynayanda onun başı üzərində çəkiclə dəmir lentə vururdu.Körpə Uotsonun nə etdiyini görmürdü və bir neçə təkrardan sonra Albert siçovuldan qorxmağa başladı.
Keçmişdəki Bəzi psixoloji eksperimentləri etik olaraq təkrar etmək düzgün olmaz.Bu təcrübələr arasına “Balaca Albert” adlı təcrübə də daxildir.
Amma bu təcrübənin aparılmasında yeganə problem etika deyil,həmçinin elmi təcrübənin özünün düzgün aparılmaması olmuşdur.
20-ci əsrdə psixologiyanı inkişaf etdirənlərdən biri istedadlı amerikalı gənc Con Brodes Uotson idi və 1913-cü ildə o psixologiyanın yeni qolu-bihevorioizmin əsasını qoydu(ing. behavior-davranış.).
“Mənə bir neçə normal uşaq verin,mən onu böyütsəm,istedadlarından,əcdadlarından asılı olmayaraq istənilən sahənin mütəxəssisi-həkim,vəkil,tacir edə bilərəm”,-Uotsonun sitatı nəzəriyyəsini ifadə edirdi.
Biheviorizm tezliklə məşhur oldu və Uotson hətta Amerika psixoloqlar assosiasiyasının başında durdu.
Nəzəri işlərinin qəbul olunmasına baxmayaraq psixoloq biheviorizmi praktikada sübut etmək istəyirdi.1919-cu ildə assistenti və məşuqəsi olan Rozali Reynerlə Uotson 11 aylıq uşaq üzərində təcrübəyə başladılar.Uotsonun sözlərinə görə sonradan çıxan məqalədə adı Albert kimi hallanan körpə tamamilə sağlam idi.
İlk mərhələdə körpəyə ağ siçovul və ona oxşayan cisimlər-saqqal,tük və s. göstərirdilər.Əvvəlcə Albert siçovuldan qorxmurdu,lakin sonradan körpə hər dəfə siçovulla oynayanda onun başı üzərində çəkiclə dəmir lentə vururdu.Körpə Uotsonun nə etdiyini görmürdü və bir neçə təkrardan sonra Albert siçovuldan qorxmağa başladı.
•
Bundan sonra Albert siçovula azca bənzəyən-it,Santa-Klaus saqqalı,dovşandan da qorxurdu.Tədqiqatçının sözünə görə bu reaksiya minimum bir ay qalacaqdı,lakin uşağı tezliklə götürdülər və bunu aydınlaşdırmaq mümkün olmadı.
Uotsonun uğuru çox davam etmədi.Kritiklər onun təcrübəsini şübhə altına qoydular.Təcrübə zamanı Uotson fobiyanı saxlamaq üçün çəkici bir müddətdən bir lentə vururdu və onun fobiyanın davametmə müddəti haqda olan sözləri həqiqətə uyğun deyil.Bundan başqa Uotson və Reyner körpənin xəstəxanadan götürüləcəyini bilirdilər.Uotson körpənin getməyəcəyi halda bu fobiyaları aradan götürmək üçün Albertə konfet verib cinsi orqanını stimulə etməyi planlaşdırırdı(!).
Hazırki dövrdə biheviorizm bir psixologiya şaxəsi olaraq mövcud olsa da,müasir elmi təsəvvürlərə görə insanın davranışı onun haqda məlumat verəcək yeganə faktordur.
İndiki dövrdə belə təcrübələrə görə Uotson işdən qovular,bütün elmi işləri yararsız hesab edilərdi və assistentinin onun məşuqəsi olması heç kimi narahat etməzdi.Lakin,1920-ci ildə universitet rəhbərliyi məhz buna görə ondan işdən getməyi “xahiş etdi” .O, assistenti ilə evləndi və 15 il Rozalinin ölümünə kimi onunla yaşadı,lakin elm yolu onun üçün artıq bağlı idi.Tədqiqatçı reklam biznesinə qatıldı və buna görə də hazırda psixoloji təsirli reklamlar Uotson işlərinə az söykənmir.
Yalnız 2012-ci ildə Albert adı ilə tanınan uşağın əsl adı məlum oldu.Adı Duqlas Meritt olan körpə hidrosefaliya-baş beyində normadan artıq mayenin olmasından əziyyət çəkirdi.Bu xəstəlikdən uşaq 1925-ci ildə 6 yaşında ölmüşdür.Uotson və Reyner uşağın xəstə olmasını və təcrübə obyekti kimi yaramadığını bilsələr də,təcrübələrini həyata keçirmişlər.
Watson-un daha çox obyektivliyə ehtiyacı psixologiyanın fəlsəfənin bir qolu olmaqdansa, bir elm halına gəlməsinə kömək etdi. Bu gün psixoloqlar tərəfindən istifadə olunan bir çox öyrənmə nəzəriyyəsi davranış düşüncə məktəbindən yaranıb və davranış modifikasiyasında və bəzi zehni xəstəliklərin müalicəsində tez-tez istifadə olunur. Bununla belə, Watson-un sərt davranışçı baxışı, strukturistlər və funksionalistlər tərəfindən zehni həyata verilən vurğudan üstün deyildi. Şübhəsiz ki, “insan təcrübəsinin bir çox cəhəti (düşüncə, daxili motivasiya, yaradıcılıq) psixologiyanın nə olduğunun sərt davranışçı tərifindən kənarda qalır” (Walters, 2002, s.29).
Geştalt nəzəriyyə;
“Geştalt” sözünün mənası “bütün” deməkdir. Gestalt nəzəriyyəsini 1912-ci ildə Almaniyada ilk olaraq Makc Vertheymer ortaya atmışdır. Daha sonra K.Kofküy KLevin, V.KÖhler kimi Alman psixoloqları bu nəzəriyyənin öndəri olmuşlar.Qavrayış və hafizə mövzularını araşdırmışlar.Daxili müşahidə, müşahidə və eksperiment metodundan istifadə etmişlər. Ortaya qoyduqları ideyalardan əsasən pedaqoji sahədə faydalanılmışdır. Bu nəzəriyyə tərəfdarları davranışın bir bütün olduğunu, bütünün parçalara ayrılmamasınm gərəkli olduğu düşüncəsini müdafiə etmişlər. Gestalt psixologiyasına görə, parçaların bir bütünlük içərisində anlamı mövcuddur, parçaların aynlıqda anlamı yoxdur.
Koqnitiv nəzəriyyə ;
Yaradıcısı İsveçrə psixoloqu Jan Piajedir. Bu nəzəriyyəyə görə, insanın davranışlarını və psixoloji problemləri anlamaq üçün diqqət, qavrayış, hafizə və düşüncə kimi psixi prosesləri araşdırmaq gərəklidir. J.Piajeyə görə, zehni inkişafı sistemli şəkildə baş verir. O, uşaqların dörd inkişaf mərhələsini müəyənləşdinuişdir.
Koqnitiv nəzəriyyə tərəfdarlarından olan və uşaqların idrak proseslərinin inkişaf qanunauyğunluqlarını öyrənən Amerika psixoloqu Con Brunerin kiçik yaşlı uşaqların qavrayış, öyrənmə və hafizə kimi zehni proseslərlə bağlı araşdırmalarından pedaqoji sahədə istifadə olunmuşdur. Ona görə, bütün uşaqlarda təbii bir həvəs və müxtəlif mövzulara maraq vardır. O, qeyd edirdi ki, hansı sahədə olursa-olsun hər bir uşağa hər hansı bir mövzunu uyğun bir şəkildə öyrədilməsi şərtilə mənimsətmək mümkündür.
Humanist nəzəriyyə;
Humanist psixologiya 1950-ci illərdə məşhur Amerika psixoloqu Abraham Maslou tərəfindən yaradılmışdır. Humanist psixologiya insana bütövlükdə yanaşmağı, iradə, özünüdərk, özünügerçəkləşdirmə kimi anlayışları vurğulayan düşüncə məktəbidir. İnsan əsaslı humanist psixologiya disfunksiyaya diqqət yetirmək əvəzinə, insanlara öz potensiallarını reallaşdırmağa və rifahını yaxşılaşdırmağa kömək edir.
Humanistik psixologiya II Dünya müharibəsindən sonra dünyada, Amerika cəmiyyətində yaranan mühitin tələbindən meydana çıxdı. Əgər I Dünya müharibəsi insanın aqressiv, qəddar təbiətini üzə çıxarıb cəmiyyətdə şok yaradır, insanlarda qorxu və ümidsizlik formalaşdırırdısa, II Dünya müharibəsindən sonra insanın bu təbiəti ilə yanaşı maarifçi, xeyirxah, humanist təbiəti də meydana çıxdı. İnsanlarda məhz belə cəmiyyətlərə, belə münasibətlərə dərin ehtiyac yarandığı özünü göstərirdi. Məlum oldu ki, hətta ekstremal vəziyyətlərdə insanlar öz ləyaqətlərini, öz keyfiyyətlərini qoruya bilirlər. Bu və ya digər faktlar, 30-50-ci illərdə aparılan tədqiqatlar göstərdi ki, insanın yalnız mühitə uyğunlaşdırılması üçün motivasiyası kifayət etmir. Situasiyanın təzyiqini aradan qaldırmaq imkanları insanlarda deyildiyindən daha çoxdur.
“Üçüncü güc” kimi tanınan humanist psixologiyanın atası Abraham Maslou: “İnsan təbiəti yalnız obyektiv və subyektiv şəkildə işləndikdə başa düşüləndir. İnsan növlərinin xoşbəxtliyi və gələcəyi üçün fərdin nə olduğunu, nəyin baş verə biləcəyini, hansı potensiala sahib olduğunu araşdırmaq çox vacibdir” deyə bildirir. Maslounun rəhbərlik etdiyi humanist psixoloqlara qədər elmi baxış güc və potensiala deyil, insan çatışmazlıqlarına yönəldilirdi, lakin Maslounun inancına görə, ruhi sağlamlığı başa düşmədən ruhi xəstəlikləri başa düşmək olmur. Maslounun yanaşmasında əsas olan, digər nəzəriyyələri kökündən rədd etmək deyil, fərqli perspektivləri vahid bir anlayışa çevirməkdir.
Maslouya görə insan təbiəti.
Maslou insan təbiəti ilə bağlı bu fikirləri deyir:
1. Hər bir şəxsin bioloji kökə dayanan daxili təbiəti vardır. Daxili təbiət dəyişdirilə bilməz və pis deyildir.
2. İnsanın duyğuları, bacarıqları yaxşıdır. Kin, qəddarlıq, sadizm və s. şeylərə qarşı hiss edilən nifrətdir.
3. İnsan öz daxili təbiətini idarə etdiyi vəziyyətdə, sağlam düşünən zaman xoşbəxt olacaqdır.
4. İnsanın daxili təbiəti basdırılanda, rədd ediləndə psixi sağlamlığı da pozulmağa başlayır.
5. Maslouya görə, psixoanaliz insanın ancaq xəstə tərəflərini göstərir. Bu isə kifayət etmir. İnsanların sağlam tərəflərini də göstərmək lazımdır.
Müxtəlif dövrlərdə, müxtəlif sosial-ictimai , elmi səbəblərdən yaranmış bütün bu psixoloji cərəyanlar bu günki aktuallıqlarından asılı olmayaraq , bu elmin inkişafına öz töhvələrini vermişlər.
YAZAR: Gülsüm Bayram
Həmçinin bax: Vyana Konqresi
Həmçinin bax: https://tehsilim.org/mart-ayi-ucun-taninma-uzre-muracietlerin-statistikasi/
Həmçinin bax: https://turaz.org/abs-cine-xeberdarliq-etdi/