Psixofiziki infantilizim (debillik,imbesitlik,idiotiya)
Birinə yaxşılıq etmək istiyirsənsə ona balıq vermə, balıq tutmağı öyrət .Konfutsi☯️
Düşünürəm ki müəyyən qədər həyatda öz mövqeyini tutmağı bacarmayan insanlarada bu şəkildə yanaşmaq daha doğrudur. Çünki, onların yanında daim olmayacağıq və ən sadə təlabat bacarıqlarına yiyələnmiş gücləri varsa bunu onlara öyrətmək məhz onların çapında həyata hazırlamaqdır bir növ. Fırtınalı keçmişə malik olan Roma və sakit şəkildə inkişaf edən heç bir müharibəyə şahid olmamağı göz önündə saxlayan London da da köhnə binalar uçurulub yeni göydələnlər ucaldılıb məhz bu halı insan psixi sistemi ilə bənzətmək əsl nümunədir psixi travmalar dövründə yeni addımlar atılmasına. Siqmund Freyd “Mədəniyyət sancıları” əsərindən təsir edici bir parça.
Bəzi uşaqlarda öz həmyaşıdlarından fərqli inkişaf gedir. Bu proses əqli, fiziki və psixi halları əhatə edir. Əqli gerilik zamanı bəzi hallarda fiziki ləngimələr də gedir. Təbii bu proses bütün hallarda özünü göstərmir. Bu tip uşaqlar ünsiyyət çətinliyi yaşayır öz ehtiyac və tələbatlarını ödəməkdə çətinlik çəkirlər. Fikrimcə ətrafdan təcrid olma cəmiyyət tərəfindən qəbul olunmama hissi onların yaşamını əngəlləyir və özgüvən hissini paramparça edir. Bu tip uşaqlarda qızıl dönəm adlanan dövr var ki, 2-5 yaş aralığında özünü göstərir və uşaq bu dövrdə digər yaş dövrlərinə nisbətən psixi prosesləri daha çox inkişaf etmiş olur və nitqi daha sürətlə inkişaf edir.
Əgər uşaqların beyni informasiyalardan təcrid edilərsə, o heç vaxt normal inkişaf etməyəcək. Beyin nə qədər çox informasiya qəbul edərsə, bir o qədər çox inkişaf etmiş olar.
Hər bir uşaq 3 əsas sahədə inkişaf edir:
1. Fiziki (bədən) inkişaf
2. Əqli (intellektual) inkişaf
3. Sosial (ünsiyyət) inkişaf
Uşağın sosial inkişafı üçün əqli cəhətdən inkişaf etməsi zəruridir. Lakin istisna hallar da mümkündür. Məsələn, ictimai həyatımızda bəzən elə hallarla rastlaşırıq ki, əqli cəhətdən geri qalan bir şəxs öz sosial inkişafına görə tipik olan həmyaşıdlarından heç də geri qalmır. Sual olunur: “Əgər insanın sosial inkişafı onun əqli inkişafından asılıdırsa, bu necə olur?” Sualın cavabı çox sadədir: Sosial cəhətdən inkişaf etmiş əqli cəhətdən geri qalan uşaqla mütəxəssis məşğul olub və onun ətrafındakı insanlar məsələnin ciddiliyini başa düşüb problemi tez və müştərək həll etməyə çalışıblar. Əqli geriliyi xəstəlik kimi yox olğunluqla qarşılayan valideyinlər uşaqlarının inkişafına müəyyən qədər nail olub uşaqlarını sosiallaşdırmağı bacarırlar. Bəzən istər tipik, istərsə də əqli cəhətdən geri qalan uşağın sosial inkişafına elə onun ətrafındakı insanlar mane olur. Bu ya məsuliyyətsizlikdən, ya da savadsızlıqdan irəli gəlir. Əqli gerilik şifahi ünsiyyət qurmaq, öz qayğısına qalmaq, ətrafdakı insanlarla qarşılıqlı münasibətləri davam etdirmək qabiliyyətləri ilə bağlı əqli məhdudiyyətləri olan hər hansı bir şəxsin funksional xəstəliyidir. Bu məhdudiyyətlər göstərilən diaqnozlu uşağın adi uşaqlardan fərqli olaraq daha ləng inkişaf etməsinə, onun öyrənmə qabiliyyətinin daha zəif olmasına səbəb olur. Əqli geriliyi olan uşaqlarda danışmaq, yerimək, öz paltarlarını geyinmək, yemək qəbulu ilə bağlı fərdi ehtiyaclarını ödəmək prosesləri ləng gedir. Məktəbdə oxuyan zaman da, çətinliklər meydana çıxır. Onlar nəyəsə nail ola bilsələr də, bunun üçün çox vaxt tələb olunur.
Mütəxəssislər əqli geriliyin bir çox səbəblərini aşkar etmişlər. Bunlardan ən mühümləri aşağıdakılardır:
Genetik hallar.
Hamiləlik zamanı yaranan problemlər.
Doğuş problemləri.
Sağlamlıq problemləri
infantilizm, bütünlükdə ya da qismən olabilər, irsi ya da xarici təsirlər nəticəsi ilə ortaya çıxa bilər. Hormon təsirləri də çok zaman rol oynayabilər. Bu terimi ilk dəfə ortaya atan Lasegue adlı bir bilgindir. Bəzi yönlərdən dəyişik anlarda istifadə olunur. İnfantilizm qavramını gərəksiz olduğunu da irəli sürənlər vardır. Ama gerizəkalılıqla infantilizm arasında bir bənzərlik yoxdur. Bəlkə bəzi münasibətlər və bağlılıqlar tapıla bilər. İnfantilizm çox zaman xaricdən, özəlliklə üz görünüşündən tanınabilər. Çox dərinləşmiş hallarda ən çox gözə çarpan nöqtələr bunlardı: Əşyalara bağımsız davranmaq, uşaqca məntiqsiz hərəkətlər etmək, egosantrik düşünmək, əşya formalarının dərkində mübağilələr etmək, diqqəti toplaya bilməmək, asanca təsir altına düşmək,həddindən çox duyğusallıq. Ümumilikdə çox saf bir dünya görüşü meydana gəlmişdir. Bunun ən diqqət çəkən biçimi də cinsəl orqanların inkişafdan geri qalmasıdır. Burada ən başda gələn nöqtələr yavaşlama problemi ilə əlaqəlidir. Kretschmer’ə görə insan, yaşına özəl gənəl davranış yönündə böyüyür. Bütün ya da parça halındakı yavaşlamalarda bu büyümə yetərsizdir.
İnfantilizm 15-dən yuxarı yaşlarda müəyyənləşdirilən, yumurtalıqların hipofunksiyası və inkişafdan qalması ilə xarakterizə olunan bir xəstəlikdir. İnfantilizmin 2 növü ayırd edilir: “cinsi infantilizm”, “ümumi infantilizm” Xəstəliyin hər iki növü orqanizmdə patologiya yaradarsa, erkən diaqnoz qoymaq olur.”Etiologiyası”: İnfantilizmin əmələ gəlmə səbəbləri arasında gen pozğunluqları, bətndaxili inkişaf dövründə ağırlaşmalarla yanaşı, həmçinin qidalanma pozulması (avitaminoz), uşaq infeksiyaları, tonzillit, revmatizm, yumurtalıqlarda keçirilən əməliyyatların da rolu olduğu bildirilir. İnfantilizm zamanı yumurtalıqların qonodotrop hormonlara olan həssaslığı artır. Digər yandan isə uşaqlıq, uşaqlıq yolu və süd vəzilərinin də steroid hormonlara qarşı həssaslığı artır. İnfatilizm zamanı estrogen reseptorlarının sayının azalması ilə əlaqədar olaraq uşaqlığın yığılma qabiliyyəti azalır. İnfantil qızlar adətən alçaq boylu, nazik bədənli olurlar. Onların çanaqları bərabər şəkildə daralmış vəziyyətdə olur.
Əqli gerilik xəstəlik deyil. Əqli gerilik başqasından yoluxa bilməz. Irsən keçən xəstəliklərin ən başlanğıc xüsusiyyəti yoluxma qabliyyətinin olmamasıdır.
Ən ağır dərəcə (idiotluq). Belə uşaqlarda baş beyin qabığının zədələnməsi bir sıra mərkəzləri əhatə etdiyindən onlarda nəinki intellekt çox aşağı səviyyədə inkişaf edir, həm də hərəkət, nitq, eşitmə və digər analizatorlar da inkişafdan qalmış olur. İdiot uşaqlar ətraf aləmi mənalandırıb qavraya bilmir. Əhatəmdə olan əqli gerilik dərəcəsi idiotluq səviyyəsində olan bir uşağa müşahidə metodu vasitəsiylə diqqət etdim. Nəticə olaraq müəyyən qədər qeydlər apardım. Uşağın hal hazırda 6 yaşı var və bu hal onda anadan gəlmə mövcuddur.S əbəb olaraq anasının hamiləlik dövründə keçirdiyi travma ilə əlaqəli olduğu düşünməsi labütdür. Həmin uşaq qavrayış zəifliyi səbəbiylə deyiləni dərk edib yerinə yetirmək əvəzinə inadlaşır deyiləni olduğu kimi təkrar edir. Bəzi masaj və terapiyalar nəticəsi ilə bu problemi aradan qaldırmağa qismən müvəffəq olmuşuq. Qavrayışı funksiyasının inkişafdan qalması qeyd olunur. Beləliklə, bu xəstəliyi keçirən uşaqların çoxsunun təfəkkür prosesi daha məhduddur. Nitq səslərdən ibarətdir və ya, biri digəri ilə bağlı olmayan və aydın deyilməyən sözlərdən ibarətdir. Müraciət nitqində məna deyil, intonasiya və nitqi müşayiət edən mimika və jestlər qavranılır. Öz nitqinin xüsusiyyətləri idiotluğun dərinliyindən asılıdır. Nitq ayrı-ayrı anlaşılmaz səslərlə məhdudlaşmış olur, yaxud da qrammatik uzlaşma olmadan kobud tələffüz pozuntuları ilə mənanın başa düşülməsindən ibarət olan ayrı-ayrı səslər yığımından ibarətdir. Əgər onlar kiməsə müraciət edirsə, dedikləri sözün mənasına görə yox, ancaq intonasiyaya əsasən onları başa düşmək mümkün olur. Emosiyalar elementar səciyyə daşıyır və bir çox hallarda fiziki əhval-ruhiyyə, fizioloji tələbatla bağlı olur. Məmnunluq və sevincin primitiv təzahürlərinin mənbəyi somatik, salamatlıq, toxluq, istilik duyğuları, patoloji həvəsin təmin edilməsidir. Qeyri-məmnunluq hissi soyuq, aclıq, ağrı somatik diskomfortun duyulmasında irəli gəlir. Affektin ifadə forması primitivdir: sevinc hərəki oyanmada, ifadəli qışqırtıda və mimikada təzahür edir, kin qəzəb halında təcavüzə, özünü zədələməyə meyil müşahidə olunur. Lakin idiotiyanın daha yüngül dərəcələrində sosial hislərin rüşeymlərini aşkar etmək olar: onları yedizdirən, qulluq edən adamlara bağlılıq elementləri. Tərif zamanı sevinc hislərinin təzahürü, tənqid zamanı narahatlığın fasilə verməsi nəticəsində baş verir. İdiotlarda ancaq ona qulluq edən adamlara güclü bağlılıq qeyd olunur. Onlara təsir edəndə, narahat olurlar, təriflədikdə isə sevinirlər. Hərəki inkişafdan qalma mimikanın kəsad olmasında hərəkətlərin birtərzli və ləngliyində, onların koordinasiyasında, pozğunluqlarda təzahür edilir. Demək olar ki, fəaliyyət yoxdur. Özünəxidmət vərdişləri yoxdur. Davranış instiktiv tələbatların yerinə yetirilməsi ilə, yaxud xarici qıcığa qarşı elementlər affektiv və hərəki reaksiyalarla bağlı hərəkətlərlə məhdudlaşmışdır. Öz öhdələrinə buraxılmış belə xəstələrin bəziləri ətrafdakılara uzanmış və yaxud, oturmuş, digərləri isə (kəllənin) başın deformasiyası, kəsiklər, ifliclər, qıcolma, yan keçmələr tez-tez baş verir. İdiotiya xəstəliyi keçirən uşaqlar təlim-tərbiyəyə çox gec uyğunlaşırlar. Bu uşaqlar qapalı yerlərdə müalicə olunurlar. Bəziləri müalicədən sonra, təlim-tərbiyəyə nisbətən uyğunlaşırlar
Ağır və orta dərəcə ( imbessillik). İmbesil uşaqlar nitqə, çox da çətin olmayan, sadə əmək vərdişlərinə yiyələnmək imkanına malikdirlər. Lakin dərk etmə, hafizə, təfəkkür, emosional-iradi proseslərin, dilin kommunikativ funksiyaların inkişafdan geri qalması onların təlim-tərbiyə işini demək olar ki, qeyri-mümkün edir. Oliqofreniyanın ağırlaşmış formaları olmadıqda, imbesillikdən əziyyət çəkən uşaqlar və yeniyetmələr bəzən fiziki əməyin elementar formalarına yiyələnməyə qabil olurlar (sadə karton işləri, kəsmək, yapışdırmaq, müxtəlif məişət məmulatları üçün sadə detalların rənginə və ölçüsünə görə və s.işlər). Ağır formalı imbesillik zamanı isə, hətta istehsalat əməyinin sadə növlərini öyrətmək belə mümkün deyil. İmbesillik zamanı intellektual defektin ifadə tərzi müxtəlifdir. Ağıl kəmliyinin nisbətən yüngül dərəcələrində debilliklə defferensiyası müəyyən çətinliklər törədir. Belə hallarda uşaqları yardımçı məktəblərin diaqnostik siniflərinə göndərmək məqsədə uyğundur. Bu zaman ağıl kəmliyi özünü daha az büruzə verir. Onlar artıq qavradıqları xarici mühit haqda müəyyən əlamətləri sanki toplayır və müəyyən informasiya ehtiyatına malik olurlar. Elementar cümlələrlə nitq mümkündür. Özünə xidmətin elementar vərdişləri vardır. Emosional sferada artıq özünəqiymətvermə, incidikdə həyəcan keçirmə, onları ələ saldıqda mənfi emosional halkeçirmə müşahidə olunur. İmbesil uşaqlara bəzən oxu elementlərini öyrətmək mümkündür. İmbesillikdən əziyyət çəkən uşaqların nevroloji strukturunda müxtəlif simptomlar (kəllə-beyin sinirləri patologiya və digər qabıqaltı pozuntular özünü göstərir), patoloji reflekslər tez-tez olur. Ağır formalarında isə paretik pozuntular: qıcolma, ürəkkeçmə ola bilər. Fiziki simada debillikdə olduğundan tez-tez bədən quruluşunun displaziyası, serebral-endokrin pozuntular müşahidə olunur. İmbesil uşaqlar öz təhsillərini xüsusi məktəblərdə davam etdirirlər.
Yüngül dərəcə (debillik). Belə uşaqlarda intellekt aşağı olur. Emosional-iradi xüsusiyyətlərdə kobud qüsurlar olur. Bütün bunlar onlara ümumtəhsil proqramına yiyələnməyə imkan vermir. (yunan sözü-debilis-zəif)-psixi inkişafın ləngiməsi, oliqofreniyanın nisbətən yüngül dərəcəsidir, oliqofreniyanın daha yüngül formasında elementar proseslər zədələnməsə də, təfəkkürün ali formalarının inkişafdan qalmalı əsas əlamətidir. Digər funksiyaların da ali formalarında çatışmazlıqlar diqqəti cəlb edir. Məsələn: qavrama zamanı ən çox o səviyyə inkişafdan qalır ki, analiz və sintez prosesi ilə bağlıdır. Məlumdur ki, bu uşaqlar xüsusi proqramla məktəbdə oxuyurlar: oxumaq, yazmaq, saymaq kimi vərdişləri qavrayırlar, ümumiyyətlə, müəyyən sənət sahibi olurlar. Bütün bunlar əqli inkişafın kəmiyyətcə təyini vasitəsilə həyata keçir. Bu zaman bilik və bacarığın səviyyəsi təyin olunur və buna əsasən, debil uşaqların inkişaf dinamikası ifadə olunur. Lakin qüsurun keyfiyyət analizi proqnoz verərək bilikalma mümkünlüyünü təyin edir. Debil dərəcəli oliqofren uşaqlar yardımçı məktəb şagirdlərinin əsas istiqamətini təşkil edir. Diaqnostik nöqteyinəzərdən bu forma müəyyən çətinliklər törədir, belə ki, intellektual nöqsan burada qeyri-kobud tərzdə ifadə olunur. Ümumiləşdirmək bacarığı elementləri olur: məktəbəqədər yaş dövründə oyunda primitiv niyyət, onun mümkün sadə təşkili olur: məktəb yaşı dövründə konkret şəraitin müəyyən qiyməti, sadə praktik məsələlərin həllində oriyentasiya olur. Fraza-nitqin yaxşı mexaniki hafizəsi olur. Bütün bunlar, müəyyən məlumatlar ehtiyatının: oxu, say vərdişlərinə yiyələnməyə, bilikləri mənimsəməyə xidmət edir . Yardımçı məktəbin xüsusi şəraitində 9 il ərzində uşaqlar, kütləvi məktəbin ibtidai sinfinin proqramı əsasında bilikləri mənimsəyir və ilk istehsalat hazırlığı almağa qabil olurlar. Bu zaman sensor, motor, emosional, intellektual və nevroloji sferalarda intellektual və nevroloji sferalarda inkişafdan qalma halları müşahidə olunur. Lakin yüngül formalarda uşağın fəaliyyəti, onun intellektual imkanlarından asılıdır. Bu uşaqlar çalışqan, həmçinin xeyirxah olurlar. Ağırlaşmış formalı oliqofreniya vaxtı isə psixi inkişafdanqalma sinir sisteminin zədəsi ilə bağlı olur. Ona görə də, xəstəlik simptomlarına daha çox təsadüf olunur. Serebroastenik sindromda iş qabiliyyəti qəfil aşağı düşür. Bu isə, tezyorulma kimi müşahidə olunur. Nevrozabənzər simptomlarda isə tez küsmə, qorxu, kəkələmə kimi hallar müşahidə olunur. Psixopatobənzər qüsur affektiv coşğunluq, işgüzarlıq, bələdiləşənin itməsi kimi diqqəti cəlb edir. Epileptiform qıcolma tutması kimi olub, intellektual işgüzarlığı aşağı salır, belə uşaqlara adi kütləvi məktəbdə oxumaq qadağası qoyulur. Debilliyə intelektin oliqofrenik inkişafdan qalması xasdır. Təfəkkür əyani, obrazlı xarakterə malikdir, mütərrədliyə və ümumiləşdirməyə qabiliyyət çox zəifdir. Əşyaları və onların təsvirlərini düzgün qavrayan debil uşaqlar əşyaların müqayisəsində, onların arasında olan daxili əlaqəni müəyyən etməkdə çətinlik çəkirlər. Nitqləri çox az və pis inkişaf etmiş olur. Məktəbəqədər yaş dövründə oynamaq fəaliyyəti ancaq əşyalarla olub sadə manipulyasiyalardan və müəyyən stereotipləri yamsilamaqdan ibarətdir. Əgər normal uşaqlarda 6-7 yaş dövründə əsas fəaliyyət təlim fəaliyyətidirsə, oliqofrenlərdə bu yaş dövrü, ancaq oyun fəaliyyəti ilə bağlıdır. Bu bir daha oliqofrenlərdə psixi inkişafdan qalma halının olduğunu sübut edir. Uşaqlar ümumtəhsil hüququna malikdir. Sağlamlığı məhdud olan, uşaqların təhsil alma hüququ təhsil qanununda öz əksini geniş tapmışdır.
Qüsurun müəyyən qədər kompensasiyası üçün oliqofren uşaqlarla bir sıra korreksion iş aparılır. Bunun üçün müəyyən psixoloji və qeyri-ənənəvi metodlardan istifadə olunur. İnkişafetdirici oyunlar – bu, uşağın şəxsiyyət kimi formalaşmasına, kollektivdə öz yaşıdları ilə münasibətlərin yaxılaşmasına istiqamətlənmiş xüsusi məşğələlər komplesidir.
· Kukloterapiya – bu metod sosial həyatda tələb olunan bacarıqların mənimsənilməsi məqsədilə qrup məşğələləri zamanı istifadə olunur. (başqalarını dinləmək, birgə oyunda iştirak etmək, münaqişələrin davasız həll edilməsi).
· Rəsm çəkmə və nə isə düzəltmə – yazmaq və oxumaq üçün hazırlıq mərhələsi kimi əl motorikasını inkişaf etdirir. Məhz incə əl motorikasının uşağın intellektual qabiliyyətlərini inkişafına təsir etdiyi məlumdur.
· Psixoloji nağıl – bu üsul hər bir uşaq üçün tanış olan bir yol nağıl uydurulması əsasında qurularaq uşağın emosional vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirilir.
· Art-terapiya ( yəni uşağın yaradıcı qabiliyyətlərinin aşkar edilməsi) – uşağın təbiətində olan yaradıcı keyfiyyətləri, istedadı inkişaf etdirən üsuldur.[4,s.431- 432]
Əqli cəhətdən geri qalan uşaqlarla iş zamanı istifadə olunan qeyri – ənənəvi metodlar isə aşağıdakılardır:
· Cıdır terapiya – atlar üzərində gəzmək. Uşaqlarda hərəki reflekslərin inkişafına həddindən artıq köməklik göstərir. Atın üzərində əyləşməklə uşaq müvazinətini saxlamağı öyrənir, onda düzgün duruş formalaşır, əzələlər inkişaf edir. Cıdır terapiya üçün xüsusi şərt – yəhərlənməmiş atlar olmalıdır və nəzarətçi olduqca diqqətli olmalıdır. At üzərində gəzinti zamanı bütün əzələlər işə düşür, əzələ tonusu normallaşır. Fiziki inkişafa müsbət təsirdən əlavə, atlarla ünsiyyət onlarda psixoemosional sahəyə də təsir edir. Əqli cəhətdən geri qalan uşaqlar bəzən ətraf mühitlə ünsiyyətdə çətinlik çəkirlər, özlərinə qapanıq olurlar və onları bu vəziyyətdən çıxarmaq olduqca çətin olur.
· Yoqa – reabilitasiya üçün digər effektiv metodlardan biridir. Bu tip uşaqlar güclü elastikliyə sahib olurlar. Yoqa üçün lazım olanlar duruş, əyilmə onlar üçün problem deyil. Oynaqlardakı elastikliyə görə yoqa mütəxəssisi onlara xüsusi ehtiyatlılıqla yanaşaraq əzələ gücünün artılmasına, hərəkətlərdəki koordinasiyanın inkişafına, ayaqların gücünə nəzər yetirməlidir. Yoqa, diqqətin inkişafı, bilik əldə etmə, saymağı öyrənmək üçün əla vasitə ola bilər. Yoqa terapiya nəticəsində əqli cəhətdən geri qalan uşaqlar düzgün nəfəs almağı, diqqətlərini cəmləşdirməyi, öz bədənlərini hiss etməyi, məkanda özünü hiss etməyi öyrənmiş olurlar.
· Musiqi terapiya – musiqi ilə müalicədir. Musiqiyə heç kim biganə yanaşa bilmir. Uşaqdan tutmuş böyüyə qədər hamı musiqiyə reaksiya verir. Musiqi əhval – ruhiyyəni qaldırmağa, insanı dərin düşüncələrə dalmağa, arzu və istəklərin daha da qabarmasına səbəb olur. Bütün bunlar əqli cəhətdən geri qalan uşaqlarda da belədir. Düzgün musiqi seçimi nəticəsində müəllim uşaqda inam hissini artıra, əhval –ruhiyyəsini yaxşılaşdıra bilər. Musiqi terapiya sayəsində diqqət və hafizə inkişaf etdirilir, hərəkətlərin koordinyasiyası 15 yaxşılaşdırılır. Hər bir uşaq üçün ayrılıqda musiqi seçilməlidir. Bununla aqressiyanın azalmasına, rahatlaşdırmaya, və ya əksinə bəzi uşaqlarda ləngimə, hərəkət etməyə məcbur etməyə, tapşırıqlarda rahatlıqla iştirak etməyə nail olmaq olar.
· Kanisterapiya – itlərlə müalicə. Xüsusi təlim keçmiş itləri əqli cəhətdən geri qalan uşaq olan evlərə verirlər. Uşaqlarda qayğı bacarıqlarını, ünsiyyət qurmaq vərdişlərini inkişaf etdirməyə istiqamətlənib.
· Delfinoterapiya – delfinlər vasitəsilə müalicə üsuludur. Ultrasəslər vasitəsilə orqanizmə təsir edən səslər və vibroakustuk dalğalarla həmin uşaqlara təsir etmək olar. Delfinlər vasitəsilə sinə qəfəsində masaja nail olmaq olar. Əgər uşaq dəniz heyvanı ilə rahatlıqla ünsiyyətə girə bilirsə demək psixoemosional sahəyə təsir uğurla baş vermişdir. Uşaqda bunun vasitəsilə motor, sensor sferanı inkişaf etdirmək olar. Uşaqlar daha açıq, ünsiyyətcil, yaddaşları, diqqətləri, nitqləri inkişaf etmiş olur.
Qeyd etmək lazımdır ki, əqli cəhətdən geri qalan uşaqlar daha həssas olurlar. İnsana gec öyrəşdikləri kimi, öyrəşdikdən sonra ondan uzaqlaşmaları da çətin olur. Belə uşaqlar terapevtləri, psixoloqları, inkişaf metodistləri gənc olduqda dərsə daha tez həvəslənirlər.
Bu yaxınlarda əqli gerilik dərəcəsinə malik uşaqlar haqqında oxuduğum jurnaldan sitat gətirmək istərdim.
Bir neçə il bundan əvvəl Seatlle olimpiyadasında fiziki və əqli cəhətdən geri qalan 9 yarışçı, 100 m qaçış üçün başlanğıc xəttinə gəldilər. Başlamaq üçün göstəriş verildi, onlar birlikdə yarışmağa başladılar.Yarış başladıqdan az sonra 1 yarışçı yıxıldı və ağlamağa başladı. Qaçan digər 8 yarışçı onun səsinə arxaya çevrildilər və onun yıxıldığını gördülər. Onlar yarışı dayandırıb geri qayıtdılar. 8 yarışçı onun qoluna girdi və onlar hamısı birlikdə qaçmağa başladılar, finişə də birlikdə çatdılar. Yarışı izləyənlər onları ayaqüstə, saatlarla alqışladılar.
Psixodioqnostika zəka səviyyəsi normalda yüksək və aşağı halları müəyyən etmək üçün bir sıra testlərdən istifadə olunur.Cox təssüf ki bu testlər çox nadir hallarda istifadə olunur və bizim ədəbiyyatlarda nüsxə çox nadir tapılır.
Araşdırdığım İlk və sadə test haqqında qeyd etmək istərdim.3 şəkil verilir və onun ardıcıllığı göstərilir daha sonra ardıcıllıqla şəkilləri düzmək tələb olunur bu sadə test nümunəsinə görə oliqefireniyanın dərəcəsi müəyyən olunur.
Bu hal müxtəlif ölçülü fiqurlarla da aparılır və rənglərdə göz önündə saxlanılır .
Stanford-Binet Zəka Testi: Həm üstün zəkalı uşaqlarda həm də zehinsəl əngəli olan uşaqları araşdırmaq üçün istifadə olunan bir testdir. 2-16 yaş arası uşaqlara uyqulanmaqdadır. Alfred Binet ve Theodore Simon tərəfindən inkişaf etdirilən bu ölçü, 4 fərqli alanda ölçülməyi əsas alır. Bunlar;
Qısa zamanlı Hafizə
Görnüş
Söz bazası
Nicəliksəl
Wisc-r Zeka Testi Uşaqların anlayıb, qavrayabilmə,öyrəndiklərini uygulayabilmə kimi bilimsəl bacariqlarını ölçə bilən bir testdir. 6 – 16 yaş arası uşaqlar üçün uyqun olan Wisc-r zeka ölçməsi, aşağıdaki iki ana kateqoridə zəka testi sualları içərir.
Performans zəka sualları (Bu kateqori altında 6ədət alt test içərir)
Sözəl zəka sualları (Bu kateqori altında 6 ədət alt test içərir)
3- Leiter Zəka Testi Bir növ pərformans testi olan leiter zəka ölçməsi 2-18 yaş arası üçün uyğundur. Dilə dayalı olmayan bir testdir. Dünya görünüşü, qavrama və diqqət kimi zehinsəl alanları ölçər. Alt başlıqları bunlardır:
Qavrama
Müqayisə etmə
Fikir yürütmək
Fərqli Olanı Seçmə
4- MentalUP Zeka Testi MentalUP, kategorilərə ayrılmış zəka oyunları ile uşaqların zehinsəl bacarıqlarının inkişafına təkan verər. Eyni zamanda uşaqların, zəka oyunları/məşqlərinin qarşısındakı pərformansını beş fərqli tərəfdə yaşıdlarıyla müqayisə etdirər. Dolayısıyla əsil amacı, uşaqların zehinsəl bacarıq inkişafını dəstəkləmək, eyni zamanda test işləmi də görür. MentalUP’ın performans planı verib, gelişimə dəstək verdiyi tərəflər bunlardi:
Diqqət bacarığı
Hafizə gücü
Dünya görüşü
Söz bazasının inkişafı
Riyazi və məntiqi bacarıq
Sonda fikrimi İ. P. Pavlovun fikri ilə tamamlamaq istərdim. həmişə sükunətdə olan təsirə düşməyən heç bir şey yoxdur. Lazımi şərait yaratmaqla həmişə istənilən yaxşı nəticə almaq mümkündür. Əqli inkişafdakı qüsuru olan uşağın düzgün öyrənilməsi və vaxtında məktəbəqədər tərbiyə müəssisəsinə gətirilməsi, onu daha da hərtərəfli öyrənməyə, sonra çatışmazlıqları aradan qaldırmağa daha geniş imkan verir.
Yazar: Arzu Mirzəliyeva
həmçinin bax D.John Boulbi
https://tehsilim.org/telebelerin-kocurulmesi-ile-bagli-sened-qebulu-basa-catib/