Psixoanalitik nəzəriyyə: Edip və elektra kompleksi

Edip Kompleksi

Freydə görə,insanların davranışını istiqamətləndirən iki əsas aparıcı qüvvə var. Bu,seksuallıq və aqresivlikdir(təcavüzkarlıq). Freyd cəmiyyət tərəfindən xoş qarşılanmayan və bastırılmağa çalışılan bu iki impulsun şüuraltına itələndiyini iddia edir. Beləliklə,fərd təzyiqdən azad olur. Şüuraltına atılan bu istək və çağırışlar,şüurlu səviyyədə olmasa da,fərdin davranışına təsir göstərməyə davam edir. Psixoanalitik nəzəriyyə, şüuraltıya atılan bu istəkləri ifadə edən sürüşmələri və unutmağı qəbul edir.
Freydə görə şəxsiyyət üç əsas quruluşdan ibarətdir:

  • id
  • ego
  • superego.

İd şəxsiyyətin ibtidai tərəfini təşkil edir və zövq prinsipinə uyğun işləyir. Başqa sözlə İd-ə görə istəklər dərhal yerinə yetirilməlidir, id şəxsiyyətin daima tələbkar tərəfidir, bu istəklər cinsəllik və aqresivlik(təcavüz)impulslarından qaynaqlanır. Ego isə id’i idarədə saxlamağa çalışan və reallıq prinsipi ilə işləyən bir şəxsiyyət vahididir. İd’in düşüncəsiz istəklərini məntiq süzgəcindən keçirərək cilovlamağa çalışır.

Eqo mövcud vəziyyət üçün ən uyğun şəkildə davranmağa çalışır. Superego şəxsiyyətin üçüncü və son inkişaf vahididir. Cəmiyyətin inandığına və qəbul etdiyi şeyə görə hərəkət edir. Superego,şəxsiyyətin əxlaqi tərəfini təmsil edir və onda vicdani dəyərlər ön plandadır. Superego id’in istəklərini bastırmağa çalışarkən nəfsini real məqsədlərdən çox əxlaqi istiqamətə yönəltməyə çalışır və mükəmməl olmağı hədəfləyir.

Şəxsiyyətin bu üç elementi bir-birindən ayrı şəkildə işləmir. Cinsiyyətin inkişafı sevgi,zövq,duyğusal ifadə,gizlilik və təmas kimi əsas insan ehtiyaclarının ödənilməsindən asılıdır. Şəxsiyyətin ayrılmaz hissəsi olan seksuallıq,bir insanın doğulmasından başlayaraq bir inkişaf macərasındadır.

Kimlik dedikdə bunu bir insanın kimliyi və şəxsiyyət xüsusiyyətləri kimi təyin edə bilərik. Cinsiyyət şəxsiyyətin kişiliyi və ya qadınlığı ilə şəxsiyyətini müəyyənləşdirməkdir.Bir insanın bədənini, düşüncələrini və davranışlarını dərk etdiyi cinsiyyət,özünə psixoloji olaraq nə qədər kişi və ya qadın kimi baxdığına görə qiymətləndirilir. Cinsi şəxsiyyət duygusu,cinsiyyət orqanlarının kəşfi ilə başlayır və fərdin özünü və özünü dərk etməsini tanımağa başladığı ilk mərhələdir.

Cinsi inkişafa işıq tutan alimlərdən biri olan Freydə görə 0-6 yaş dövrü bu anlamda xüsusi dövr hesab olunur . Psixoseksual inkişaf prosesi olaraq bilinən bu dövr qısaca oral,anal və fallik dövrüdür. Bu, cinsi identikliyin,eləcə də şəxsiyyətin inkişafında kritik bir dövrdür.

Oral dövr doğumdan 1,5 yaşa qədər olan dövrü əhatə edir. Bu dövr ağızdan zövq alma zonası əmmə,dişləmə və çeynəmə kimi davranışlar zövq yaradan davranışlardır. Ağız ləzzət bölgəsi olduğundan,körpə bu dövrdə ağzına aldığı hər şeyi alır.Ağız zövq alma bölgəsi olduğundan,körpə bu dövrdə əlinə aldığı hər şeyi ağzına aparır. Körpənin əmmə yolu ilə aldığı zövq,yetkin insanın cinsi məmnuniyyətdən aldığı zövgə bənzəyir. Bu kimi cinsi stimullaşdırma sadəcə fizioloji bir cavabdır və eyni zamanda cinsi düşüncədən tamamilə azaddır.

1,5 ilə 3 yaş arası dövr anal dövrdür. Zövq bölgəsi bu dövrdə anus əzələləridir. Uşaq nəcisini tutmaqdan və buraxmaqdan zövq alır. Həm öz bədənini,həm də ətrafını idarə etməyə başlamışdır. Bu dövrdə verilən tualet təlimi cəzalandırıcı və təzyiqlidirsə,uşağın inkişafı üçün sağlam olmayacaqdır.
3-6 yaş dövrü fallik dövrü adlanır. Bu dövrdə uşaq cinsiyyət orqanlarının zövq bölgəsi olduğunu anlayır. Cinsiyyət orqanı ilə oynamaqdan zövq alır və kəşf edir. Cinsi şəxsiyyət inkişafın normal bir prosesidir.Bu müddətdə qızlar ataya yaxındır və atanı anası ilə bölüşmək istəmirlər.

Qız uşağın anası ilə identikliyi quraraq,onun cinsi ilə bağlı davranışı modelləşdirir.Bu vəziyyətə qızlarda elektra kompleksi deyilir. Oğlan anaya yaxın hiss edir və ata ilə ananı bölüşmək istəmir.Bu vəziyyətə edip kompleksi deyilir. Uşaq atayla identikliyi müəyyən edir,kişi nəslinə münasibətdə davranışı modelləşdirir və atanı əvəz etməyə çalışır. Bu ad bilmədən atasını öldürən və anası ilə evlənən əfsanəvi Yunan obrazından alınmışdır.

Oğlu tərəfindən öldürüləcəyinə dair qənaətə gələn kral övladını ölümə tərk edir.Lakin oğul ölmür,illər sonra bu gerçəkləşir. Oedipus naməlum atasını öldürür və öz anası ilə evlənir.
Bu dövrdə oğlanın qarşı cinsin ən yaxın anası,qız isə atası ilə maraqlanacağı gözlənilir. Edip qarşıdurması,qızın atasına olan sevgisinə (böyüklərdən fərqli bir uşaq fantaziyası) qarşılıq əsas rəqibi anaya “nifrət”ini ifadə edir.Oğlanın anasına olan sevgisinə qarşılıq isə atasına “nifrəti” oyanır .

Zamanla oğlan anası ilə atası arasında özünə yer edə bilməyəcəyini və atanın gücünün öhdəsindən gələ bilməyəcəyini anlayır.Beləliklə, edipal qarşıdurma həll olunur və oğlan anadan başqa əks cinslə maraqlanmağa başlayır.Qız üçün vəziyyət çox çətindir,çünki rəqabət etdiyi insan həm də ilk sevgi obyekti olan anadır.

Bir yandan anaya ehtiyac duyarkən, onun yox olmasını istəyir.Sağlam bir inkişafda qız anası kimi olmağı seçir (anası ilə eyniləşir) və atasından imtina edir. Uşaqlar əslində “anamla mən yatacağam,ata,sən get”,”atamla evlənəcəyəm,övladımız olacaq” kimi sözlər sərf edərək mesaj verirlər. Uşaq ata kimi gəzməyə və üzünü qırxmağa çalışarkən,bir tərəfdən də onu yataqdan qovlayar.Bu dəyişkən əhval-ruhiyyəni anlamaq bəzən valideynlər üçün çətin ola bilər.

Qız uşağının anaya,oğlan uşağının ataya etdiyi pis rəftar bu inkişaf mərhələsinin xüsusiyyətidir. Buna görə,qızları dünənə qədər yanından ayırmayan analar,narahat olmayın,qızınız hələ də sizi sevir,sadəcə çox mürəkkəb hisslərinin öhdəsindən gəlməyə çalışır.Atalar,oğlunuz yalnız sizin kimi olmağa çalışır.

Bu mərhələdə bir qız atasını və ya bir oğlan anasını seçəndə “amma mən kədərlənirəm,niyə belə edirsən” kimi qarışıq reaksiyalar verməyin,inciməyin, qəzəblənməməyə çalışın (təbii hirs hiss etməniz normaldı), utandırmayın.övladınız həddən artıq  inadkarlıq etdikdə (məsələn,uşaq ananın/atanın onu yumasına icazə vermədiyi zaman)siz də inadkar olmayın.

Onun inadkarlığına səbəb olan gərgin duyğuları xatırlayın və qəbuledilməz olmadığı və şərtlər doğru olduğu təqdirdə xahişinə icazə verin.Şərtlər uyğun deyilsə,”Bunu etmək istəmədiyini başa düşürəm,amma indi anan / atan uyğun deyil bu dəfə mənimlə,yuyun sonra atanla/ananla”deyərək inandıra bilərsiniz.

Onları öz gərginliyimizdən qoruyub bir az əyləndirməyi bacarsaq,vəziyyəti tez qəbul edəcəklər. Ancaq bir böhran halına gəlmişsə,vəziyyət daha sonra danışmaq üçün təxirə salına bilər. Ana/ata ilə yatmaq,ana/ataya pis sözlər söyləmək,vurmaq kimi yersiz davranışlarda israr edirsə,burada məhdudiyyətlər qoymağınız tövsiyə olunur.

Onu çox sevdiyinizi izah edin,öz yatağında yatmalı olduğunu başa salın və güzəştə getməyin. Ancaq səhər yuxudan oyandıqda ana/ata ilə kiçik flört etməsinə icazə verin.Uşağın cinsiyyətini kəşf etdiyi və ana/ata ilə rəqabət etdiyi bu dövrdə qarşı cinsin valideyninin uşağın uyğun olmayan tələblərini bəsləyən və hədsiz yaxınlığı təşviq edən münasibətləri uşaq üçün qarışıq ola bilər.

YAZAR: Səkinə Mürsəlova

Həmçinin bax:Psixososial inkişaf nəzəriyyəsi

Həmçinin bax:https://tehsilim.org/v-ix-sinifler-enenevi-tedrise-baslayir/

Həmçinin bax:https://turaz.org/aztu-muellimlerinin-hemmuellifi-oldugu-modul-ders-vesaiti-cap-olundu/